Binəqədi rayonundaNəsimi dühası-650 iladlı layihə çərçivəsində esse müsabiqəsi keçirilib

 

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Binəqədi rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilinNəsimi İlielan olunması dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar keçirilənNəsimi dühası-650 iladlı layihə uğurla davam edir. Belə ki, oktyabrın 28-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında layihə çərçivəsində Binəqədi məktəbliləri arasında esse müsabiqəsi keçirilib.

Müsabiqəyə başlamazdan əvvəl çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mütəfəkkir alimlərinə, şair yazıçılarına həsr olunmuş bu cür layihələrin yüksək əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, dahi şəxsiyyətlərimiz hər zaman hörmətlə yad edilməli, onlar dünyaya tanıdılmalı, Azərbaycanımızın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti yaşadılmalıdır: “Eyni zamanda, istedadlı gənclərin üzə çıxarılması, onların cəmiyyətdə layiqli yer tutması üçün səylə çalışmalıyıq. Bu baxımdan bugünkü esse müsabiqəsi istər Nəsimi yaradıcılığının araşdırılması, öyrənilməsi, təbliğ edilməsi, gənclərə çatdırılması, istərsə istedadlı şagirdlərimizin üzə çıxarılması baxımından olduqca vacibdir”.

Daha sonra şagirdlər esse müsabiqəsinə qoşularaq Nəsiminin həyatı, yaradıcılığı, fəlsəfi düşüncələrinə həsr olunmuş esselərini təqdim ediblər.

Qeyd edək ki, esse müsabiqəsində Binəqədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərin İdrak liseyinin 9-10-cu sinif şagirdləri iştirak ediblər. Müsabiqənin qalibləriNəsimi dühası-650 iladlı layihənin yekun tədbirində təltif ediləcəklər.

 

Yeni Azərbaycan.- 2019.- 30 oktyabr.- S.7