Nəsimi irsinin çağdaş elmdə
təzahürü
Müasir elm sahələrində dahi şairimizin ideyaları elmi dəlillərlə sübuta yetirilir
XIV əsrin
ən böyük söz sənətkarlarından biri də
İmadəddin Nəsimidir. O, hürufilik
təriqətinin yaradıcısı
olan Həllac Mansurun ən fəal davamçısı
olub. Nəsimi hürufilik fəlsəfəsində
insan məhəbbəti
və şəxsiyyət
azadlığını anadilli
şeirlərində humanist
ideyalarla zənginləşdirmiş
dahi şairlərimizdən
biridir. Hürufilik fəlsəfəsində Allah
gizli bir xəzinədir. Hər şeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir.
Gizli bir xəzinə olan Allahın təcəllisi kəlam şəklində
görünən səslərdən
ibarətdir. Səsin kamilliyi isə kəlam, yəni sözdür. Kəlam isə yalnız insanlarda zühur edir və özünü
səsdə göstərir.
Mövcudatdakı səs
ilahi nitqin səsindən fərqli olaraq maddidir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır, maddiləşir və hərfə çevrilir. Söz isə hərflərin külliyyatından
doğan zinətdir. Allahda sözlərlə ifadə olunur və onun yaratdıqları
da sözlərin cəmindən doğur. Quranda da Allah
“Ol” deməklə kainatı yaratdığını
deyir: “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!”
deməkdir. O da dərhal olar” (Yasin/82). Bu, müasir fiziklərin kəşf etdiyi “Big-bang” (böyük partlayış) nəzəriyyəsini
xatırladır. Yəni
kainat birdən, yoxdan yaradılıb. Bilindiyi kimi, Big-bang hadisəsi başlanğıcda kainatdakı
bütün cisimlərin
birlikdə olduğunu
və sonradan ayrıldığını göstərir.
Bu nəzəriyyəyə
görə, kainatın
“0 həcmindəki nöqtə”
insan ağlının
anlamadığı “yoxluq”
mənasını ifadə
edir. Quranda da 15 əsr bundan öncə həmin nəzəriyyə
bu şəkildə ifadə olunur: “Allah göyləri və yeri yoxdan
var edəndir” (Ənam/101). Bu da materialist fəlsəfənin kainatın
var olub və var olacağı
“əzəli maddə”
anlayışını kökündən
dəyişmiş olur.
Hürufilər Quran ayələrindən çıxış edərək
insanın daxili aləmində günəşin,
ayın - bütün
səma cisimlərinin
mövcud olduğuna inanırdılar. Nəsimidən
öncə yaşamış
sənətkarlar da insanı yaranmışların
ən şərəflisi
hesab etmişlər. Nizami, Xəqani, Rumi, Şəbustəri kimi mütəfəkkirlər
Vəhdəti-vücud, yəni
varlığın birliyini
təbliğ edərək
insanı düşünməyə,
öz varlığını
dərk etməyə çağırırdılar. Vəhdəti-vücud fəlsəfəsini
təbliğ edənlər
insanı yaradıcının
zərrələri hesab
edirdilər. Məhz bu ideyalar mütəfəkkir,
söz sənətkarlarının
öz təxəyyül
və ixtiralarına deyil, səmavi kitablardan biri olan Qurana əsaslanaraq
irəli sürülmüş
ideyalar idi. Quranda da insanı
Allah Öz xəlifəsi hesab edir. Quranın bir çox - Bəqərə/30, Sad/26,
Ənam/165, Nəml/62,
Əraf/74 və s. ayələrində xəlifə
sözü istifadə
edilib. Məsələn,
Fatir surəsinin 39-cu ayəsində xəlifə
sözü belə işlədilir: “Sizi yer üzündə xələflər edən
odur”. Xəlifə sözünün mənası
ərəbcə x, l, f kökündəndir
və canişin, əvəzedici bir kəsdən sonra onun yerini tutan
şəxs mənasını
verir. Nəsimi də Quran ayələrindən
çıxış edərək
kainatın bütün
sirlərini insanı öyrənmək yolu ilə tapmağın mümkün olduğunu söyləyir. Mənlik şüurunu inkişaf etdirmək üçün
insan öncə özünü dərk etməlidir. Yalnız bu yolla haqqı,
əsl Həqiqəti
tapmaq olar. Özünü düzgün
dərk edən insanın Həqiqətə
qovuşacağını deyir
Nəsimi. Həqiqətin
isə insanın daxilində olduğu fikrini irəli sürür:
Ey özündən
bixəbər,
gəl tanı,
səndədir,
Gəl vicdan
şəhrinə, seyr
et,
gör anı,
səndədir.
Qandadır deyü
nə sərgərdan
gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün
can məkanı
səndədir.
Mən nə
vəch ilən deyəm
haqqı ki,
səndən ayrıdır,
Çün gözümlə görmüşəm
haqqın nişanı
səndədir.
Bülbüli-qüdsi isən ayrı
gülüstan gözləmə,
Seyrə çıx,
ruhul-əminin
gülüstanı səndədir.
Şüurlu olmaq, fərqində olmaq, bu ikilikdən
qurtulmaq lazımdır.
Mən və sən, mən və o deyil, biz məsələsi vardır Nəsiminin əsərlərinin ideyasında.
Məhz bu ideyalardan çıxış
edərək Nəsimi:
“Haqtəala adəm oğlu özüdür” deyir. Quranda da “biz” deyə
xitab edilmirmi hamımıza? Hamımız böyük holoqramın
kiçik parçalarıyıq,
- deyən müasir fiziklər də burada, bu dünyada
özümüzlə və
o böyüklə əlaqəli
bütün keyfiyyətlərin,
xüsusiyyətlərin mövcudluğu,
bütün inkişaf
imkanlarının mövcudluğu
qənaətinə
artıq gəlmişlər.
Müasir elm
Nəsiminin ideyalarını
elmi dəlillərlə
sübut edir. Kainatın həm maddə, həm də şüurun tək bir sahə halına
daxil edildiyini, bütün bu varlıq aləminin əzəmətli və böyük bir holoqram olduğunu deyən müasir fiziklər Enşteyn, David Bohm və
Karl Pribram “Bütövün (kainat sistemi) haqqında məlumat əldə etmək istəyirsinizsə, bir kiçik parçanın
(insan) haqqında məlumat əldə etməyiniz kafidir”, - deyərək bizə bu gün Holoqram
nəzəriyyəsini təqdim
etməkdədirlər. Bir
kiçik parçanı
analiz edib anladığımız zaman
bütövü də
anlamış oluruq.
Bu parça
ilə bütöv arasında birliyi qurmaq dolayısı ilə kosmik şüur deməkdir. Holoqram fiziki bir kəşfdir. Lakin fəlsəfi yönü daha qüvvətlidir. Kosmik anlayış, kosmik şüur üçün
kainatı kəşf
etməyə ehtiyac yoxdur. Elm adamları
insanlar həyatda ikən belə kosmik şüura sahib olacaqlarını holoqram nəzəriyyəsi
ilə insanlara sübut etmişlər. Hər şey bizim daxilimizdədir, insan özünü tanıyarsa, kainatı da tanımış olur və bununla
da əsl həqiqəti tapmış
olur. Hürufilərdə
belə bir şüarla çıxış
edirdilər: “Mən özüm yoxam, məndə olan da haqdır”,
- yəni öz nəfsini, dünyəvi meyillərini öldürüb,
maddi həzzin əsarətindən qurtulan
şəxs irfani bilik kəsb edərsə, ilahi bir məqama yüksəlib ilahi keyfiyyətlər qazanmış
olur. Belə demək mümkündürsə,
İlahinin ruhu onda təcəssüm etmiş olur. Belə bir mərtəbəyə
yüksələn insan
isə haqq ilə insan arasında batini mənada fərq görmür. Nəsimi də “ənəlhəq” deyərkən öz fikirlərini şeirlərində
belə izah etməyə çalışıb:
Mən ol Mənsuram, ey arif ki,
Həqdən bulmuşam nusrət.
Ənəlhəq söylərəm daim
ki,
Ömrüm payidar oldu.
Hüvəl əvvəl, hüvəl
axir
Gedər
səndən ikilik kim,
Nəsimi
kim yar
ilə çün
Ulaşdı Külli-yar oldu.
Çox
əfsuslar olsun ki, bu sətirlərə
görə onu amansızca edam etmişlər. Lakin buna baxmayaraq, Nəsiminin həm fars, həm
türk, həm də ərəbcə yazdığı əsərləri
hər zaman sevilərək dillər əzbəri olub.
Dahi şairin Azərbaycan dili, ədəbiyyatı, elmi və fəlsəfəsindəki
xidmətlərini nəzərə
alan Prezident İlham Əliyev tərəfindən Nəsiminin
650 illik yubileyi münasibətilə 2019-cu ilin
ölkəmizdə “Nəsimi
ili” elan edilməsi, silsilə tədbirlərin keçirilməsi
təkcə nəsimisevərlər
arasında deyil, elm və ədəbiyyat ictimaiyyətində də
böyük fəxrlə
qarşılanır. Həmçinin UNESKO xətti ilə bu yubileyin keçirilməsi
göstərir ki, Nəsimiyə layiq olduğu qiyməti dünyanın tərəqqipərvər
humanist bəşəriyyəti artıq verib.
Rəxşan Quliyeva
Yeni Azərbaycan.-
2019.- 31 oktyabr.- S.7