“Sputnik” Bakıda Azərbaycanın
KİV nümayəndələri üçün “SputnikPro”
layihəsinin növbəti
moduluna start verib
“Sputnik” Beynəlxalq
İnformasiya Agentliyi və radiosu Bakıda Azərbaycanın
KİV nümayəndələri üçün “SputnikPro”
layihəsinin növbəti
moduluna start verib.
AZƏRTAC xəbər verir ki, onlayn
və çap mətbuatının jurnalistləri
ilə görüşdə
rusiyalı media-menecer,
internet-texnoloq, “Rossiya
seqodnya” agentliyinin dövlət internet layihələri müdirliyinin
direktor müavini İrina Kedrovskaya iştirak edib.
“Sputnik Azərbaycan”
multimedia mətbuat mərkəzində keçirilən
“SputnikPro” layihəsinin
növbəti görüşü
“KİV-lərə məlumatın
ötürülməsinin sintetik
formatları: imkanlar və vasitələr” mövzusuna həsr olunub. Dinləyicilər məkan və zaman səddini aşmağa, mövcudluq effekti yaratmağa imkan verən rəqəmsallaşma və
multimedianın imkanları
ilə tanış olublar.
İrina Kedrovskaya
irimiqyaslı internet portalların timsalında konkret nümunələri
jurnalistlərlə bölüşüb.
Onun sözlərinə
görə, rusiyalı
jurnalistlərin Azərbaycandan
olan həmkarları ilə oxşarlıqları
çoxdur, peşəkar
problemləri də ümumidir. “Mən ikinci dəfədir ki, Bakıdayam. Böyük təəssürat
almışam. Bir tərəfdən səmimi
peşəkar qəbul
iki il bundan
əvvəlki kimi eynidir, digər tərəfdən isə auditoriya qismən dəyişib, çünki
başqa vəziyyət
yaranıb. Bir çox çap KİV-ləri onlayn-rejimə keçiblər. Ona görə indi bizim gələcəkdə
necə inkişaf edəcəyimiz, hansı forma və formatlardan
istifadə etməyimiz
barədə danışmağımız
mühümdür. Bizim
çox canlı söhbətimiz alındı”,
- deyə İ.Kedrovskaya
bildirib.
Qeyd edək ki,
“Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və radiosunun “SputnikPro” layihəsi jurnalistlər, bu sahəyə uyğun ali məktəblərin tələbələri, mətbuat
xidmətlərinin əməkdaşları
və mediamühitin digər mütəxəssisləri
üçün nəzərdə
tutulub, habelə onların xarici həmkarları ilə təcrübə mübadiləsinə, mediakommunikasiyaların
və peşəkar əlaqələrinin inkişafına
istiqamətlənib. Müxtəlif formatlarda mövcudluğu dövründə layihədə
80-dən çox ölkənin
nümayəndələri iştirak
ediblər. Əyani aparılan “SputnikPro” ustad dərsləri Belarus, Gürcüstan, Hindistan, Qırğızıstan,
Türkiyə və digər ölkələrdə
keçirilib. Azərbaycanda
“SputnikPro” yeddinci dəfədir ki, təşkil olunub.
Yeni Azərbaycan.-
2019.- 18 sentyabr.- S.5