Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar
Birliyi arasında əməkdaşlıq möhkəmləndirilir
Beynəlxalq Türk Akademiyasının
prezidenti Darxan Kıdırali Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
Rzayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Darxan
Kıdırali rəhbərlik
etdiyi akademiyanın fəaliyyəti, həyata
keçirilən layihələr,
gələcək planlar
barədə məlumat
verib.
Görüşdə Türk Akademiyası tərəfindən son bir ildə “Türk ədəbiyyatı
antologiyaları” seriyasından
ilk olaraq “Azərbaycan ədəbiyyatı
antologiyası”nın nəfis
tərtibatla çap edildiyi qeyd olunub.
Kitabda Azərbaycanın
20 klassikinin seçilmiş
əsərləri yer
alıb. Bununla yanaşı, böyük
şair və mütəfəkkir İmadəddin
Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində onun şeirləri ilk dəfə akademiya tərəfindən
qazax dilinə çap edilərək nəşr olunub.
Akademiyanın prezidenti təşkilatın
2020-ci ildə Azərbaycanda
üç il davam edəcək çoxtərəfli tədqiqat
işlərinə başlayacağını
bildirib. Beynəlxalq layihə arxeologiya, toponimiya və etnoqrafiya kimi sahələri əhatə
edəcək. Darxan Kıdırali
Beynəlxalq Türk Akademiyasının Monqolustandan
Macarıstana qədər
geniş bir coğrafiyada bu layihəni həyata keçirdiyini, Azərbaycanda
və Qafqaz bölgəsində türk
sivilizasiyası və
mədəniyyətini araşdırmağın
isə xüsusilə
əhəmiyyətli olduğunu
qeyd edib. Həmçinin Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Türkiyə prezidentlərinin
təlimatı əsasında
akademiya tərəfindən
çapa hazırlanan
“Ortaq türk tarixi” dərsliyinin üzv ölkələrdə
tədris proqramına
salındığı, ortaq
ədəbiyyat və
ortaq coğrafiya dərslikləri ilə bağlı işlərin
davam etdiyi vurğulanıb. Həyata
keçirilən layihələrin
ortaq tarix şüuru və düşüncəsinin formalaşdırılmasına
xidmət etdiyi bildirilib.
Beynəlxalq Türk Akademiyasının
fəaliyyətini yaxından
izlədiyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar Rzayev onun fəaliyyətini
yüksək qiymətləndirdiyini
vurğulayıb. O, qardaş
xalqların birliyi yolunda ədəbi əlaqələri möhkəmləndirmək,
şair və yazıçıların əməkdaşlıq
bağlarını gücləndirmək
lazım olduğunu diqqətə çatdırıb.
Xalq yazıçısı
bu baxımdan ziyalı təbəqənin
üzərinə mühüm
vəzifə düşdüyünü,
bu səbəbdən akademiya ilə əməkdaşlıq üzərində
xüsusi dayandıqlarını
vurğulayıb.
Xalq yazıçısı
Qazaxıstanın Latın
əlifbasına keçidinin
xalqlarımızın yaxınlaşmasına
müsbət təsirləri
olacağına da inamını ifadə edib.
Görüşdə Azərbaycanın Qazaxıstandakı
fövqəladə və
səlahiyyətli səfiri
Rəşad Məmmədov
da iştirak edib.
Görüşün yekununda Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi
arasında əməkdaşlığı
möhkəmləndirmək barədə razılıq
əldə edilib. Xalq yazıçısına
akademiyanın Azərbaycanla
bağlı nəşr
etdirdiyi kitablar hədiyyə olunub.
Yeni Azərbaycan.-
2019.- 4 sentyabr.- S.7