İstanbuldaİslam Əməkdaşlıq Təşkilatı Gənclər GünüForumu işə başlayıb

 

Sentyabrın 3-də Türkiyənin İstanbul şəhərindəİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər GünüForumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Gənclər İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirdə, eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin Gənclər İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər İdman naziri Aruna Modibo Toure digərləri iştirak edirlər.

Forumda çıxış edən nazir Azad Rəhimov əvvəlcə Taha Ayhanı İCYF-nin prezidenti seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Nazir bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini ötən dövr ərzində İƏT-ə üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu qeyd edib.

Nazir çıxışında Azərbaycan Hökumətinin daim İCYF-ni dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında İslam Əməkdaşlığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçildiyini diqqətə çatdırıb. Eyni zamanda, İstanbulda İCYF-nın baş qərargahının açılışında da Prezident İlham Əliyevin iştirak etdiyini bildirib. O vurğulayıb ki, həmin gün - 3 sentyabr tarixinin İslam Konfransı Təşkilatı tərəfindən İslam Ölkələri Gənclər Günü kimi qeyd olunması haqqında qərar qəbul edilib.

Azad Rəhimov təşkilat Azərbaycan Hökuməti arasındakı sıx münasibətlərdən danışarkən bildirib: “2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması inkişafındakı təşəbbüs roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi müstəsna dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Gənclərin hamisi ilk Fəxri Nişanını verdiyiniz üçün sizə təşəkkür edirəm”.

Nazir söyləyib ki, bu gün dünyanın 25 faizini, təqribən 2 milyard əhalisini müsəlmanlar təşkil edir. Bu din dünyada yüksək sürətlə inkişaf etməkdədir. Əfsuslar olsun ki, bir sıra İslam ölkələrinin gəlirləri həyat səviyyələri dünyanın digər ölkələri ilə müqayisədə çox aşağıdır. Təhsil gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır. Gənclər siyasi, iqtisadi, ümumilikdə, ölkənin inkişafına istiqamətlənmiş sahələrdə özlərini realizə edib, böyük işlərə imza atmalıdırlar. Təbii ki, bütün bu məsələlərdə dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə yüksək səviyyədə inkişaf etməlidir.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında məlumat verən nazir Azad Rəhimov deyib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlmiş dövlət proqramları, strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan çox gənclər mərkəzləri mövcuddur. Üç yüzdən çox gənclər təşkilatı fəaliyyət göstərir.

Sonda nazir Forum iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, forum çərçivəsində nazir Azad Rəhimov Türkiyənin Gənclər İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər İdman naziri Aruna Modibo Toure, həmçinin Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğan ilə ikitərəfli görüşlər keçirib.

 

Yeni Azərbaycan.- 2019.- 4 sentyabr.- S.3.