Multikulturalizm Mərkəzi
müəllimlər üçün
treninq keçirir
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
(BBMM) “Azərbaycan multikulturalizmi”
fənninin yerli və xarici ölkə universitetlərində
tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 21 aparıcı
universitetində “Azərbaycan
multikulturalizmi” fənni
magistratura pilləsində
tədris olunur. Bununla yanaşı, 2015-ci
ildən etibarən Azərbaycanın bir çox nüfuzlu ali təhsil ocaqlarının bakalavr pilləsində “Multikulturalizmə
giriş” seçmə
fənn kimi tədris edilir.
BBMM-dən
AZƏRTAC-a verilən məlumata
görə, Azərbaycan
Respublikası Prezidentinin
tövsiyəsi və
Təhsil nazirinin müvafiq əmri ilə artıq 2019-2020-ci tədris ilindən etibarən ölkəmizin
bütün ali təhsil məktəblərinin
bakalavr səviyyələrində
“Multikulturalizmə giriş”
əsas fənn kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən fənni
tədris edəcək
müəllimlərin bilik
səviyyələrinin artırılması
üçün təşkil
olunan hazırlıq treninqinə sentyabrın
2-də start verilib.
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət
göstərən Multikulturalizm
elmi-tədqiqat laboratoriyasında
keçirilən treninq
sentyabrın 13-dək davam
edəcək. Treninqdə “Multikulturalizmə
giriş” fənninin predmeti və əhəmiyyəti, Multikulturalizmə
liberalizm və kommunitarizm yanaşmaları”
(mühazirəçi Rəşad
İlyasov), “Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din” (mühazirəçi Asəf
Qənbərov), “Buddizm,
Konfutsiçilik, Daosizm,
Sintoizm, Hinduizm, Caynizm, Siqhizm” (mühazirəçi Güney
Həsənova), “Zərdüştilik,
Yəhudilik, Xristianlıq”
(mühazirəçi Elnurə
Həsənova), “İslam.
Qədim türk inancları” (mühazirəçi
Anar Qafarov), “Etnik müxtəliflik və milli ideya”
(mühazirəçi Eyyub
Kərimov), “Multikulturalizm
etnik-mədəni müxtəlifliklərin
tənzimlənməsinin səmərəli
siyasət modeli kimi. Müasir dövrdə Azərbaycanda
multikulturalizm” (mühazirəçi
Rəhim Rəhimov), “Multikulturalizmin cəmiyyətin
siyasi, iqtisadi, sosial və mədəni inkişafına
təsiri” (mühazirəçi
Billurə Aslanova), “Etnik-mədəni müxtəlifliyin
və multikulturalizm siyasətinin ölçülməsi.
Miqrantın inteqrasiya siyasəti indeksi
(MİPEX)” (mühazirəçi Şəmşad Əlizadə),
“Müasir dövrdə
Qərb ölkələrində
etnik-mədəni müxtəliflik
və onun tənzimlənməsi” (mühazirəçi
Rəfi Qurbanov) kimi mövzularda mühazirələr oxunacaq.
Ölkənin əksər ali təhsil məktəblərindən
100-dən çox müəllimin
qatıldığı treninqin
sonunda iştirakçılara
sertifikatlar təqdim olunacaq.
Yeni Azərbaycan.-
2019.- 4 sentyabr.- S.5.