Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “HOTREC” prezidenti ilə görüşüb
Sentyabrın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə
olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti
Jens Zimmer Kristensenlə görüşüb.
Dövlət Turizm Agentliyindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
Azərbaycanın turizm
imkanları, hotelçilik,
bütövlükdə turizm
sənayesinin inkişafı
barədə müzakirələr
aparılıb. Müzakirələrdə
qonaqpərvərlik sənayesində
beynəlxalq təcrübənin
öyrənilməsi, eləcə
də təcrübə
mübadiləsinin aparılmasının
vacib məqamlardan olduğu diqqətə çatdırılıb.
Fuad Nağıyev
qeyd edib ki, hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin
keyfiyyətini artırmaq
daim Agentliyin əsas hədəflərindəndir.
Görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə
hotelçiliyin inkişafı
üçün mühüm
addımlar atıldığını
və bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.
Xatırladaq ki, bu il
mayın 16-da Azərbaycan
Hotel Assosiasiyası
“HOTREC”-ə müşahidəçi üzv qəbul edilib.
Qeyd edək
ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) prezidenti
Jens Zimmer Kristensen sentyabrın 3-də
Bakıda start götürən “Intour” sammitinə qatılıb.
Yeni Azərbaycan.- 2019.- 5 sentyabr.- S.-3.