Hacı Zeynalabdin Tağıyevin heykəlinin
hazırlanması ilə
bağlı keçirilən
açıq heykəltəraşlıq
müsabiqəsi başa
çatıb
Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması
ilə bağlı keçirdiyi açıq
heykəltəraşlıq müsabiqəsi başa çatıb. Münsiflər
heyətinin qərarı
yaxın günlərdə
ictimaiyyətə açıqlanacaq.
Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı
sahələrində işləyən
peşəkar heykəltəraşların
qatıldığı müsabiqəyə
ümumilikdə 26 layihə
təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində,
eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu
sözləri jurnalistlərə
müsahibəsində Heydər
Əliyev Mərkəzinin
nümayəndəsi Zafiq
Xəlilov deyib. Onun sözlərinə görə, müsabiqədə
tanınmışlarla yanaşı,
gənc rəssam-heykəltəraşlar
və əcnəbi müəllif də iştirak edir. Müsabiqədə iştirak
edənlər arasında
Azərbaycanın məşhur
heykəltəraşları - Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş
Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.
Müsabiqəyə Azərbaycanın bölgələrindən
də (Gəncə şəhəri və Saatlı rayonu) heykəltəraşlar qoşulublar.
“İctimaiyyətdə böyük
maraq yaratdığına
görə peşəkarlarla
yanaşı, həvəskarlar
da müsabiqəyə
qatılıblar. Belə
ki, ixtisasca hüquqşünas olan, həvəskar heykəltəraş
İlkin Məmmədov
layihə təqdim edənlər arasındadır.
Təqdim olunan eskizlərdə
Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası,
təsbehi, əsası,
orden və medalları, bənnaçılıqdan
başlayaraq tikinti ustası və təşkilatçısı kimi
formalaşması, onu
milyonçuya çevirən
neft buruqları, təhsilə qayğısı
əsas elementlər kimi göstərilir.
Təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalib müəyyənləşdirəcək.
Müsabiqə iştirakçılarının
seçimi mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı,
təqdim edilmiş kompozisiyanın materialının
emal texnologiyasına uyğunluğu kimi meyarlar üzrə həyata keçirilir.
Heykəlin ucaldılması
müəllifin və
ya onun müvəkkili
olan şəxsin bilavasitə müşahidəsi
altında, müsabiqənin
təşkilatçısı tərəfindən seçilmiş
yerdə həyata keçiriləcək.
Hacı Zeynalabdin
Tağıyevin heykəlinin
“İçərişəhər” metrostansiyası yaxınlığındakı
meydançada (İstiqlaliyyət
küçəsi) ucaldılması
nəzərdə tutulur.
Qeyd edək
ki, müsabiqəyə
ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunurdu. Müsabiqəyə
olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
rektoru, akademik Ömər Eldarov və bir sıra
heykəltəraşların müraciətləri nəzərə
alınaraq müsabiqə
avqustun 31-dək uzadılmışdı.
Yeni Azərbaycan.-
2019.- 5 sentyabr.-S.7.