Bakıda Özbəkistanın
milli bayramı münasibətilə rəsmi
qəbul təşkil
olunub
Özbəkistanın Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 28-ci ildönümü
münasibətilə sentyabrın
5-də rəsmi qəbul
təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Baş
Naziri Novruz Məmmədov qəbulda iştirak edib.
Tədbir hər
iki ölkənin dövlət himnlərinin
səsləndirilməsi ilə
başlayıb.
Səfir Şerzod
Fayziyev ölkəsinin
müstəqillik tarixindən
danışıb. Bildirib
ki, müstəqilliyinin
qısa tarixi dövründə Özbəkistan
dünyada özünə
layiqli yer tutub. Hazırda Özbəkistan inkişafının
yeni mərhələsinə
qədəm qoyub. Sahibkarlıq və özəl mülkiyyət
üçün geniş
şərait yaradır.
Buna görə də ölkəyə vəsait qoyan xarici investorların sayı artır.
Diplomat vurğulayıb
ki, Özbəkistanın
qardaş Azərbaycan
ilə sıx əlaqələri var. Bu əlaqələr iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Ticarət, nəqliyyat və digər sahələri xüsusi qeyd etmək lazımdır.
Rəsmi qəbulda çıxış
edən Baş Nazir Novruz Məmmədov
Özbəkistan Respublikasının
milli bayramı - Dövlət müstəqilliyinin
28-ci ildönümü münasibətilə
Azərbaycan Respublikasının
Prezidenti və Hökuməti adından qardaş özbək xalqını təbrik edib, əmin-amanlıq və rifah arzulayıb.
Baş Nazir
deyib ki, ölkələrimizi ortaq
soykökü, möhkəm
tarixi dostluq və qardaşlıq əlaqələri bağlayır.
Bu əlaqələr əməkdaşlığımızın daha da genişlənməsinə
və inkişaf etdirilməsinə güclü
zəmin yaradır. Müstəqilliyimiz bərpa
edildikdən sonra münasibətlərimiz daha
da dərinləşərək
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.
Qardaş Özbəkistanın
ictimai-siyasi həyatında
baş verən mühüm dəyişikliklər,
iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması
bizi sevindirir.
Əlaqələrimizin möhkəmlənməsində
dövlətlərimizin başçılarının
münasibətlərinin xüsusi
rolu olduğunu vurğulayan Baş Nazir əminliyini bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyev arasında yaranmış dostluq münasibətləri
bundan sonra da ikitərəfli əlaqələrimizin bütün
sahələrdə daha
da genişlənməsinə
öz töhfəsini
verəcək.
Novruz Məmmədov
deyib ki, ölkələrimiz həm
ikitərəfli müstəvidə,
həm də beynəlxalq təşkilatlarda
bir sıra istiqamətlər üzrə
fəal qarşılıqlı
dəstək nümayiş
etdirirlər. “Xüsusilə vurğulamaq
istərdim ki, biz Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
həllində Azərbaycanın
beynəlxalq hüquq normalarına, dövlətlərin
suverenliyi, ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı prinsiplərinə
əsaslanan haqlı mövqeyinə nümayiş
etdirdiyi ədalətli
dəstəyi yüksək qiymətləndiririk”,
- deyə Baş Nazir əlavə edib.
Ölkələrimizin iqtisadi əlaqələrinin
inkişafında Azərbaycanla
Özbəkistan arasında
Birgə Hökumətlərarası
Komissiyanın da mühüm rolu olduğunu deyən Novruz Məmmədov diqqətə çatdırıb
ki, Azərbaycanı əlverişli regional tranzit mərkəzinə çevirən irimiqyaslı
infrastruktur layihələrindən,
o cümlədən Bakı-Tbilisi-Qars
dəmir yolundan Özbəkistanın da gələcəkdə faydalanması
ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
gücləndirilməsinə təkan verəcək.
“Azərbaycan və Özbəkistan xalqlarının tarixi və mədəni bağlılıqları əsrlərə
söykənir. Azərbaycanın
dahi şairi Nizami Gəncəvidən ilhamlanaraq daha bir “Xəmsə” yaradan Əlişir Nəvainin irsi bizim xalqın da dəyər verdiyi mənəviyyat və əxlaq xəzinəsidir. Onun yaradıcılığı Azərbaycan
ədəbiyyatı ilə
yaxından bağlıdır.
Bakının mərkəzində
abidəsi olan bu böyük mütəfəkkirin xatirəsinə
ehtiram əsrlər boyu bir-biri ilə
sülh, həmrəylik
şəraitində yaşamış
özbək və Azərbaycan xalqları arasında münasibətlərin
ruhunu əks etdirir.
Bütün sadalananlar bir daha onu deməyə
əsas verir ki, ölkələrimiz arasındakı ənənəvi
qardaşlıq və
dostluq münasibətləri
sağlam təməllər
üzərində daim
inkişaf etdiriləcək”,
- deyə Novruz Məmmədov qeyd edib.
Yeni Azərbaycan.-
2019.- 6 sentyabr.- S.4.