İsrailli şair Raxel Bluvşteynin Azərbaycan dilinə tərcümə edilmiş
şeirlər toplusunun
təqdimatı keçirilib
Sentyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində
tanınmış yəhudi
şairi Raxel Bluvşteynin (1890-1931) Azərbaycan
dilinə tərcümə
olunmuş şeirlər
toplusunun təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda
şairə Raxelin Azərbaycan dilinə tərcümə olunmuş
şeirləri ilə
yanaşı, ivrit dilində əsərləri
də yer alıb.
İsrailin ölkəmizdəki
səfirinin müavini
Avital Rosenberq tədbirdə çıxış
edərək bildirib ki, kitabın Azərbaycan dilinə tərcümə olunması
İsrail səfirliyinin
təşəbbüsü ilə reallaşıb. Qeyd edib ki,
müəllif bununla İsrail xalqının mədəniyyətini Azərbaycana
tanıtmağa çalışıb.
Səfirin müavini
deyib ki, kitabın tərcüməsində
artıq rus dilinə tərcümə
olunmuş mətnlərdən
istifadə edilib. O, tərcümənin olduqca
dəqiq edildiyini vurğulayıb.
Kitabı dilimizə
çevirən ssenarist,
şair və tərcüməçi Vaqif
Rəsuloğlu bildirib
ki, bu, onun
yəhudi şairlərindən
ilk tərcüməsi
deyil. O, İsrail dövlətinin yaradılmasının
70 illiyi münasibətilə
“İsrailin 100 şairi”
adlı kitabının
da müəllifidir. “Belə alındı ki, Raxel Bluvşteyn
mənim ən çox sevdiyim israilli şair oldu. Taleyinin pis gətirməsi səbəbindən onun əsərlərində sevgi
və kədərli mövzular daha çox yer alır”, - deyə tərcüməçi əlavə
edib.
Qeyd edək
ki, V.Rəsuloğlu
25 şeirdən ibarət
olan toplunu demək olar bir günə tərcümə edib.
Tədbirdə çıxış edən
Dağ Yəhudiləri
Dini İcmasının
sədri Milix Yevdayev bildirib: “Böyük şəxsiyyətlərin
ömrü yaşadığı
illərlə deyil, gördüyü əməllərlə
ölçülür. Mən
Raxelin həyatı ilə tanış olanda onun acı
taleyini hiss etdim”.
Tədbir boyunca
Raxel Bluvşteynin Azərbaycan dilində şeirləri səsləndirilib.
Azərbaycan Dillər Universitetinin tələbəsi Gülər
Tağıyeva müəllifin
ivrit dilində “Doğma torpağım” adlı şerini oxuyub.
Sonra Yekaterina
İsayeva müəllifin
şerinə bəstələnən
“Kədərli motiv” mahnısını ifa edib.
Raxel Bluvşteyn
(adətən sadəcə
Raxel kimi tanınırdı) dünyaca
məşhur yəhudi
şairidir. O, öz əsərlərini əsasən
ivrit dilində yazıb.
Raxel 1890-cı ildə Saratovda tacir ailəsində anadan olub. Uşaqlığını
və gəncliyini Poltavada keçirib. O, yəhudi məktəbində
oxuyub, həmin vaxtlarda da şeir
yazmağa başlayıb.
1909-cu ildə
Raxel Rusiya İmperiyasını tərk
edərək İsrailin
Rehovot şəhərinə
köçüb və
orada ivrit dilini öyrənib. 1910-cu
ilin payızından etibarən o, kənd təsərrüfatı briqadasının
tərkibində zeytun
plantasiyalarında işləməyə
başlayıb. 1911-ci ilin
aprel ayından tələbə olan Raxel Kinneret
gölünün yaxınlığında
məskulaşıb və
ömrünün ən
yaxşı günlərini
məhz orada keçirib. Şair ömrünün bu çağlarını şeirlərində
tez-tez xatırlayır.
Raxel 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil
almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb
və Raxel İsrailə qayıda bilməyib. Bunun əvəzində isə Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına
qulluq edib. Təəssüf ki, orada vərəm xəstəliyinə yoluxub
və 40 yaşında
dünyasını dəyişib.
Raxel ən yaxşı şeirlərini
Təl-Əvivdə tənha
və ağır xəstə vəziyyətində
yaşadığı vaxtlarda
yazıb.
1931-ci il aprelin
16-da vəfat edən şairə şeirlərində
tərənnüm etdiyi
Kinneretin sahilində dəfn olunub
Yeni Azərbaycan.-
2019.- 6 sentyabr.- S.6.