Əli Əhmədov:
Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün
əsas deyil və ola bilməz
Baş nazirin
müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun “Trend”ə müsahibəsi:
- Əli müəllim,
son dövrlərin əhəmiyyətli siyasi
meyillərindən biri
geniş spektrli siyasi qüvvələrin Prezident İlham Əliyevin yürütdüyü
siyasəti dəstəkləməsindən
ibarətdir. Bunun səbəblərini Siz nədə görürsünüz?
- Azərbaycanın inkişafı, uğurlarımız,
əhalinin rifahının
yaxşılaşdırılması istiqamətində atılan
möhtəşəm addımlar
göz qabağındadır.
İnsanlar Prezident İlham Əliyevin siyasətini, onun nəticələrini yüksək
qiymətləndirirlər. Biz
bunu əhalinin bütün təbəqələrinin
davranışında və
baxışlarında hiss
edirik. Hesab edirəm ki, dediyiniz geniş spektrli siyasi qüvvələrin hökumətin
siyasətini dəstəkləməsi
ilk növbədə bununla əlaqədardır.
Onlar bununla dövləti, dövlətçiliyi
partiya maraqlarından üstün tutduqlarını
nümayiş etdirirlər.
Mahiyyət etibarilə,
Yeni Azərbaycan Partiyası onlarla siyasi rəqib olsa da, dövlətçilik
maraqları naminə vahid mövqe nümayiş etdirilməsini
alqışlayırıq.
Başqa bir
səbəbi də vurğulamaq olar. Prezident İlham Əliyevin dövlət maraqlarının
ən yüksək səviyyədə ifadə
olunmasına və həyata keçirilməsinə
yönəldilmiş siyasəti,
eyni zamanda, həmin maraqlar naminə bütün siyasi qüvvələrin birliyini, dialoqunu və əməkdaşlığını
həm nəzərdə
tutur, həm də mümkün edir. Hakimiyyət milli maraqlar naminə konstruktiv mövqedə olan siyasi partiyaların
vahid mövqeyinin formalaşmasını alqışlayır
və bu zəmində əməkdaşlığa
hazır olduğunu bildirir. Yaxşı haldır ki, siyasi partiyaların böyük bir qismi dediyim bu
xətti dəstəkləyir
və adekvat cavab verir. Nəticədə
müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid
mövqeyinin yaranması,
səmərəli əməkdaşlığı
sahəsində ciddi irəliləyişlər əldə
edilmişdir.
- Yeni Azərbaycan Partiyasının
bir sıra tanınmış simaları
milli maraqlar naminə hakimiyyətlə
əməkdaşlıq mövqeyində
olan partiyaları, onların rəhbərlərini,
yumşaq şəkildə
desək, qeyri-səmimilikdə
suçlayır, onları
hətta düşmən
adlandırmaqdan belə
çəkinmirlər. Deputatlar Eldar İbrahimovun və Tahir Rzayevin bu məzmunda verdiyi müsahibələr
partiyanızın mövqeyidir,
yoxsa onların şəxsi mövqeyi?
- Mən qaldırdığınız
məsələ ilə
əlaqədar partiyamızın
mövqeyini yuxarıda
bildirdim. Bu gün ölkəmizdə
həyata keçirilən
siyasətdə milli birlik, milli həmrəylik
ideyası mühüm
yer tutur. Biz bunu, sadəcə,
bəyanat kimi deyil, real siyasət
olaraq qəbul edir və həyata
keçirilməsi naminə
real addımlar atırıq. Həmin fundamental dəyərlər
naminə bütün
insanların, siyasətçilərin,
partiyaların və ya ictimai təşkilatların
birləşməsinə nail
olmağa çalışmağımız
əsas vəzifələrdəndir.
Dövlətçilik naminə
əməkdaşlıq etdiyimiz
hər kəsə və hər bir siyasi partiyaya
hörmətlə yanaşırıq,
onlara vətənini və dövlətini ürəkdən sevən
insanlar kimi baxırıq. Düşünürəm
ki, onları qeyri-səmimilikdə suçlamağa
heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib. Bu gün Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri xalqın
elçisidir, onun səsi ilə millət vəkili mandatını qazanıb.
Hakim partiya kimi məmnunluğumuzu
ifadə etmək istəyirəm ki, xalqın etimadı ilə Milli Məclisdə təmsil olunan ayrı-ayrı partiyaların nümayəndələri
ümummilli məsələlərdə,
islahatların həyata
keçirilməsində Prezident
İlham Əliyevi dəstəkləyirlər. Biz buna İlham
Əliyevin yürütdüyü
siyasətin bütün
xalq tərəfindən
dəstəklənməsinin daha bir ifadəsi
kimi yanaşırıq.
Bu, həqiqətən,
belədir. Azərbaycan
siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir,
ziyalılardır. Onlar
əhalinin müəyyən
qisminin maraqlarını
ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində
əhəmiyyətli rol
oynayırlar. Bunu görməmək və qiymətləndirməmək ədalətsizlik
olardı.
- Əli müəllim,
partiyanın vaxtilə
yüksək vəzifə
tutmuş keçmiş
məmurlara münasibəti
necədir?
- Uzun illər
Yeni Azərbaycan Partiyasının iqtidarında
vəzifə tutmuş
bütün keçmiş
məmurlara münasibətimiz
onların vəzifədə
olduğu dövrdəkindən
fərqlənmir. Vəzifədə
olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan
və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna
olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi
üçün əsas
deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması
deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul
etmək lazımdır
və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə
növbəti dəfə
deputat seçilə bilməyən keçmiş
millət vəkili yenə də bizim yanımızdadır,
yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri
və zəhmətləri
də unudulmur. Əgər siz diqqətlə müşahidə
edirsinizsə, həmin
qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak
edir, bizimlə bir sırada dayanırlar. Söhbət
siyasi əqidədən
gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə
və dövlətçiliyə
sadiq insanlardır. İstefaya çıxdıqdan
sonra da onların hamısı həmin dəyərlərə
sədaqətini saxlayırlar.
Onlar bizim əqidə dostlarımız,
yol yoldaşlarımızdır.
Onlar bu iqtidarın təəssübünü
çəkən, qədrini
bilən, hər addımda onu dəstəkləyən hörmətli
insanlardır.
Onu da demək istəyirəm ki, hər bir
iqtidarın gücü
həm də onun daxili əqidə
birliyində, qarşılıqlı
inam və hörmət mühitinin olmasındadır. Biz keçmiş məmurları
əqidə və sədaqət baxımından
indi vəzifədə
olan məmurlardan fərqləndirmirik. Onların
hər biri xalqı, dövləti, dövlətçiliyi və
Prezidenti yolunda sədaqət və fədakarlıq göstərmiş
və göstərən
dəyərli insanlardır.
Biz bir yerdə
daha güclü oluruq.
Yeni Azərbaycan.- 2019.- 10 sentyabr.-
S.3.