Vyanada Bakı Dövlət Universitetinin
100 illik yubileyi qeyd olunub
Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali
məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə
zəngin şərəfli
bir yol keçib.
Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin
100 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncamı əsasında
bu ali
təhsil ocağının
yubiley tədbirləri
həm Azərbaycanda,
həm də ölkə hüdudlarından
kənarda geniş qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Avropanın
mədəniyyət paytaxtlarından
biri olan Vyana şəhərində
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Azərbaycan
Mədəniyyət Mərkəzində
təşkil olunan yubiley tədbirinə
BDU-nun rektoru Elçin
Babayevin rəhbərlik
etdiyi nümayəndə
heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri,
Avstriya ictimaiyyətinin,
işgüzar dairələrin
nümayəndələri, mədəniyyət və
elm xadimləri, bu ölkədəki azərbaycanlı
icmasının nümayəndələri
qatılıblar.
Yubiley mərasimi
BDU tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət
himninin səsləndirildiyi
videokadrın nümayişi
ilə başlanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri
Leyla Qasımova, ölkəmizin Avstriyadakı
səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış
ediblər.
Mədəniyyət Mərkəzinin rəhbəri
Leyla Qasımova bildirib ki, müsəlman
Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan xalqının
tarixində önəmli
iz buraxıb. Cəmi 23 ay sürən
həmin dövr Azərbaycan tarixində önəmli hadisələrlə
yadda qalıb, onlardan biri də
Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin
qurucuları Avropa nümunəsi əsasında
ali təhsil
ocağının əsasını
qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış
alim və mütəxəssislərini dəvət
ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən
böyük inkişaf
yolu keçərək,
bu gün nəinki Azərbaycanın,
eləcə də regionun ən böyük ali
təhsil ocağı
və mühüm elm
mərkəzidir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Bakı
Dövlət Universitetinin
Azərbaycanda təhsilin
və elmin inkişafına göstərdiyi
misilsiz xidmətlərlə
yanaşı, ölkənin
ictimai-siyasi həyatında
oynadığı mühüm
rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu
ali təhsil
ocağının inkişafı
Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər
Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib,
onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün
çox işlər görüb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək səviyyədə
qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə
təşəkkürünü bildirib. Qonaqları universitetin
25 minlik böyük kollektivi adından salamlayan rektor ölkə başçısı
İlham Əliyevin Sərəncamına əsasən
BDU-nun yubileyinin müxtəlif
səviyyələrdə, o cümlədən UNESKO-nun iqamətgahında,
dünyanın bir sıra ölkələrində
qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı
kimi yüksək dəyərləndirib.
Universitetin keçdiyi şərəfli
yola qısa ekskurs edən Elçin Babayev vurğulayıb ki, bu tarixi inkişaf
mərhələsində Ümummilli
Lider Heydər Əliyevin müstəsna rolu olub. Cəmi iki
fakültə ilə fəaliyyətə başlamış
universitetdə bu gün 16 fakültədə
22 mindən çox tələbə təhsil
alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi
olan BDU bu gün iki elmi-tədqiqat
institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, 125 kafedrası,
3 milyona yaxın kitab fondu olan
böyük kitabxanası
və digər üstünlükləri ilə
tanınır.
Universitetin 150 mindən artıq
məzunu arasında dünya şöhrətli
alimlər, siyasi xadimlər, görkəmli
şəxsiyyətlər var. Ümummilli Lider Heydər Əliyev, Nobel mükafatı laureatı
Lev Landau, əfsanəvi kimyaçı
Yusif Məmmədəliyev,
görkəmli ədəbiyyatşünas
alim və yazıçı Mir Cəlal
Paşayev, dünya şöhrətli riyaziyyatçı
Zahid Xəlilov, tanınmış şərqşünas
alim Aida İmanquliyeva
və digər onlarca məşhur sima bu şərəfli
siyahıda yer tutur.
Universitetin bu günü haqqında danışarkən
Elçin Babayev dünyanın tanınmış
ictimai-siyasi xadimlərinin
bu universitetin fəxri doktoru olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bir
çox ölkələrin,
o cümlədən Türkiyə,
Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları,
NATO, UNESKO və İSESKO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər
BDU-nun fəxri doktorlarıdır:
“Biz fəxr edirik ki, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar”.
Çıxışının sonunda rektor Elçin Babayev Vyanada fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinin
rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri
fərmanını təqdim
edib.
Tədbirin bədii hissəsində gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi
ilə “Xəzər virtuozları” kamera orkestri konsert proqramı təqdim edib. Konsertdə Azərbaycan və
Avropa bəstəkarlarının
əsərləri səsləndirilib.
Solistlər Cəmilə
Qaraçaylı (skripka),
Arslan Növrəsli
(tar) və Etibar Əsədlinin (fortepiano) ifaları
maraqla qarşılanıb.
Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. Mədəniyyət Mərkəzinin zallarında
BDU-nun 100 illik fəaliyyəti
haqqında tarixi və müasir fotoşəkillərdən ibarət
sərgi nümayiş
olunub.
Qeyd edilməlidir
ki, Bakı Dövlət Universitetinin
100 illik yubileyi münasibətilə bu ilin noyabr ayında
Bakı şəhərində
tədbirlər silsiləsi
keçiriləcək.
Yeni Azərbaycan.-
2019.- 11 sentyabr.-S.-5