ADU və
Ural Federal Universiteti arasında
əməkdaşlıq müqaviləsi
imzalanıb
Sentyabrın 11-də Bakı Biznes
Mərkəzində Azərbaycan
Dillər Universiteti
(ADU) ilə Boris Yeltsin adına Ural Federal Universiteti
arasında əməkdaşlıq
haqqında müqavilə
imzalanıb. Müqavilə
tərəflər arasında
təhsil və elm sahəsində uzunmüddətli
əməkdaşlıq, tədris
prosesində elmi nailiyyətlərin tətbiqi
və təcrübə
mübadiləsi, bərabərlik,
qarşılıqlı fayda
əldə edilməsi,
qarşılıqlı anlaşma,
hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı
kadrların hazırlanması,
elmi potensialın inkişafı, akademik, elmi və mədəni
əlaqələrin qurulması,
elmi araşdırma və təhsil sahəsində əlaqələrin
inkişafı və möhkəmləndirilməsi məqsədi
daşıyır.
Müqavilənin imzalanması mərasimində
çıxış edən
Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdulla tərəflər
arasında imzalanmış
müqaviləni yüksək
qiymətləndirib. Rektor gələcəkdə
bir çox birgə layihələrin həyata keçiriləcəyinə,
tələbə mübadiləsinin
reallaşacağına ümidvar
olduğunu deyib.
Ural Federal Universitetinin rektoru Viktor Kokşarov əməkdaşlığın qurulmasından məmnunluğunu
ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib.
Sonra Ural Federal Universitetinin
əməkdaşları Azərbaycan
Dillər Universitetində
olublar. Qonaqları universitetdə görməkdən
məmnun olduğunu bildirən akademik Kamal
Abdulla birgə əməkdaşlığın
əlamətdar hadisə
olduğunu vurğulayıb.
Tərəflər arasında bağlanan
müqavilənin həm
müəllimlərin, həm
də tələbələrin
gələcək inkişafında
əhəmiyyətli rol
oynayacağı diqqətə
çatdırılıb.
Kamal
Abdulla Ural Federal Universitetinin müasir ali təhsil ocağı olduğunu, beynəlxalq əlaqələrdə çoxşaxəli
sferalara malik olduğunu bildirərək,
əlavə edib ki, qarşılıqlı
elmi nailiyyətlərin
tətbiqi və təcrübə mübadiləsi
həm Azərbaycan Dillər Universiteti üçün, həm də Azərbaycan təhsili üçün
geniş imkanların yaranması deməkdir.
Yeni Azərbaycan.- 2019.- 12 sentyabr.- S.6