Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
Sentyabrın 12-də Rusiyanın Sverdlovsk vilayəti
nümayəndə heyətinin
ölkəmizə səfəri
çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Rusiya
biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə
yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika,
kənd təsərrüfatı,
tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya
texnologiyaları və
sair sahələrdə
fəaliyyət göstərən
120-dən çox iş
adamı iştirak edib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat
nazirinin müavini Rüfət Məmmədov
Azərbaycan-Rusiya əlaqələrinin
uğurla inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz
arasında siyasi-iqtisadi
əlaqələrin inkişafına
böyük önəm
verdiyini vurğulayıb. Qeyd edib
ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir. Rusiyanın Cənubi Qafqaz
ölkələri ilə
ticarət əlaqələrinin
təxminən yarısı
Azərbaycanın payına
düşür. Rusiya qeyri-neft
məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı
şirkət fəaliyyət
göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı
həyata keçirilir.
Rusiya şirkətləri
Azərbaycan iqtisadiyyatına
4,7 milyard ABŞ dolları sərmayə yatırıb. Azərbaycanın
Rusiya iqtisadiyyatına
investisiyası 1,2 milyard dollar təşkil edir.
Nazir müavini
deyib ki, iqtisadi əlaqələrin
inkişafında Rusiyanın
federal subyektləri, o cümlədən
Sverdlovsk vilayəti ilə
əməkdaşlıq önəmlidir. Sentyabrın 11-də
Sverdlovsk vilayəti ilə
Azərbaycan arasında
imzalanan sənədlər
müxtəlif sahələri
əhatə edir.
Bu, bir daha əlaqələrimizin çoxşaxəli
olduğunu göstəirir:
“Ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
daha da genişləndirilməsi
potensialı böyükdür
və bu məqsədlə tədbirlər
davam etdirilir. Azərbaycan məhsulları
“Made in Azerbaijan” vahid stendi
ilə Rusiyada keçirilən “Worldfood”,
“Prodexpo”, “MosBuild”, “Innoprom” sərgilərində
nümayiş olunur, Rusiyaya ixrac missiyaları təşkil
edilir, regionlararası
forumlar keçirilir”.
Sverdlovsk vilayətinin Beynəlxalq Münasibətlər
və Xarici İqtisadiyyat naziri Vasiliy Kozlov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin, o cümlədən
Sverdlovsk vilayəti ilə
əməkdaşlığın uğurlu inkişafını
vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il
Sverdlovsk vilayətinin sahibkarlarının
Azərbaycana səfərinin
təşkil edilməsi
planlaşdırılır.
Biznes forumda Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları barədə təqdimatlar
edilib, Sverdlovsk vilayətinin
iqtisadi potenisalı barədə videoçarx
nümayiş olunub.
Həmçinin biznes forum çərçivəsində
Azərbaycan Şərab
İstehsalçıları və İxracatçıları
Assosiasiyası ilə
Sverdlovsk vilayətinin “VINAZ” MMC, həmçinin Azərbaycanda
Meyvə və Tərəvəz İstehsalçıları
və İxracatçıları
Assosiasiyası və
Sverdlovsk vilayətinin “TEN” şirkətlər
qrupu arasında əməkdaşlığa dair
memorandumlar imzalanıb.
Sonra iş
adamları əlaqələrin
genişləndirilməsini, yeni əməkdaşlıq
imkanlarını müzakirə
ediblər.
Yeni Azərbaycan.- 2019.- 13 sentyab.-
S.7