Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına
dair müzakirələr
aparılıb
Aşqabadda İqtisadi
Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilib
Aşqabadda Türkmənistan-Azərbaycan
İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyasının beşinci
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda
Azərbaycan Respublikası
Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradovun rəhbərlik etdiyi nümayəndə heyətləri
iştirak edib.
Görüşdə tərəflər Azərbaycan
və Türkmənistan
arasında qardaşlıq,
mehriban qonşuluq və qarşılıqlı
hörmət prinsiplərinə
əsaslanan yüksək
səviyyəli əməkdaşlığı
qeyd ediblər.
Komissiyanın əvvəlki iclasında
əldə olunmuş
razılaşmaların icrası
ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq nazirlik və idarələri arasında
qarşılıqlı fəaliyyətin
dərinləşdirilməsi, habelə işgüzar dairələrin tərəfdaşlığın
inkişafı ilə bağlı təkliflər nəzərdən
keçirilib.
Tərəflər ticarətin artırılması
və müxtəlif profilli müştərək
müəssisələrin yaradılması,
Bakıda Türkmənistan
Ticarət Evinin və Aşqabadda Azərbaycan Ticarət Evinin açılması imkanlarını, Türkmənistan-Azərbaycan
işgüzar şurasının
yaradılması məsələsini
müzakirə ediblər.
Yüksək texnologiyalar və maşınqayırma sahəsində
də daxil olmaqla ən yaxşı təcrübə
mübadiləsi üçün
müxtəlif səviyyələrdə
qarşılıqlı səfərlərin
təşkil edilməsinin
zəruriliyi vurğulanıb.
Tərəflər iki
ölkə arasında
avtomobil-bərə və
dəmir yolu-bərə
xidmətinin yaradılmasında,
hava limanları vasitəsilə nəqliyyat
əməliyyatlarının aparılması işinin intensivləşdirilməsində də maraqlı olduqlarını bildiriblər.
Görüşdə mədəni və humanitar xarakterli məsələlər də
müzakirə edilib. İki ölkə arasında elm, təhsil, idman və turizm sahələrində əməkdaşlığın
daha da gücləndirilməsinin
zəruriliyi qeyd olunub.
Tərəflər Hökumətlərarası Komissiyanın
növbəti iclasının
gələn il Bakıda keçirilməsinə
dair razılığa
gəliblər.
Yeni Azərbaycan.-
2019.- 14 sentyabr.- S.5