Milli Məclisin
İnsan hüquqları
komitəsinin iclası
keçirilib
Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli
Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının
başlaması münasibətilə
deputatları təbrik
edib, onlara işlərində uğurlar
arzulayıb.
Sədr müavini
son dövrdə ölkəmizdə əldə
edilən nailiyyətlərdən
söhbət açaraq,
bu uğurların qazanılmasında Prezident
İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkədə
bütün istiqamətlərdə
ciddi islahatlar həyata keçirilir. İqtisadi, sosial, humanitar sahələri əhatə edən bu islahatlar inqilabi
xarakter daşıyır
və əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Sonra Bahar
Muradova gündəlikdəki
məsələlər barədə
məlumat verib. Komitənin 2019-cu ilin yaz və növbədənkənar
sessiyalarındakı fəaliyyəti
barədə hesabat təqdim olunduqdan sonra bildirilib ki, sessiya ərzində
10 iclas keçirilib,
18 məsələ müzakirə
olunub. Komitə tərəfindən Milli Məclisə tövsiyə
edilən 16 qanun layihəsi qəbul olunub. Bunlardan “Məcburi köçkünlərin
və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”,
“Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında”,
“Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı
üçün İqtisadi
Əməkdaşlıq Təşkilatının
Regional Mərkəzinin
(RCCACO) Nizamnaməsi”nin təsdiq
edilməsi haqqında
qanunları qeyd etmək olar.
Diqqətə çatdırılıb ki,
hesabat dövründə
komitəyə 800 müraciət
daxil olub. Komitə rəhbərliyi tərəfindən 124 vətəndaş
qəbul edilib. 620 məktub baxılması üçün aidiyyəti
üzrə göndərilib.
Nəzarətə alınaraq
göndərilən 236 ərizədən
217-nə yazılı cavab
verilib.
Sonra 2019-cu il
payız sessiyası üçün komitənin
iş planı barədə söhbət
açılıb. Diqqətə çatdırılıb ki,
növbəti sessiyada
Milli Məclisə qanunvericilik təşəbbüsü
qaydasında təqdim
edilən qanun layihələrinin müzakirəsi,
insan hüquq və azadlıqlarının
təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların
Azərbaycanda fəaliyyət
göstərən nümayəndəlikləri
ilə əməkdaşlığın
inkişaf etdirilməsi,
ölkədaxili və
beynəlxalq səviyyəli
tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Deputatlar Tahir Kərimli,
Elman Nəsirov, Yevda Abramov, Hikmət Babaoğlu, Flora Qasımova çıxış edərək
komitənin 2019-cu ilin
yaz və növbədənkənar sessiyalarında
fəaliyyətini qənaətbəxş
hesab edərək
2019-cu ilin payız sessiyası üçün
iş planını müsbət dəyərləndiriblər, cari məsələlərlə
bağlı fikirlərini
bölüşüblər.
Sonra iclasda “Məişət
zorakılığının qarşısının alınması
haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə dövlət
qayğısı haqqında”,
“Həbs yerlərində
saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında”
və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verilib.
Bildirilib ki, “Məişət
zorakılığının qarşısının alınması
haqqında” qanuna edilən dəyişikliklərə
əsasən, 1.0.8-ci maddədə
“psixi” sözü “psixoloji” sözü ilə əvəz edilir, 7.0.1-ci, 15.0.5-ci, 19.2.3-cü maddələrdə “reabilitasiya”
sözündən sonra
“və psixoloji korreksiya” sözləri, 8.0.6-cı maddədə
isə “psixoloji” sözündən əvvəl
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə
olunur. Layihəyə daxil olan digər
qanunlara da müvafiq düzəlişlər
edilib.
Diqqətə çatdırılıb ki,
yuxarıda adı çəkilən qanunlarda
nəzərdə tutulan
dəyişikliklər “Psixoloji
yardım haqqında” Azərbaycan Respublikasının
2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır.
Müzakirələrdən
sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Yeni Azərbaycan.-
2019.- 16 sentyabr.- S.4