Azərbaycanın gənclər
təşkilatlarının nümayəndələri “Türk
şəhidliyi” abidəsini
ziyarət ediblər
Sentyabrın 15-də Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər
Birliyi, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı,
“İrəli” İctimai
Birliyi, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurası - NAYORA, “Cavan”
İctimai Birliyi və digər gənclər təşkilatlarının
nümayəndələri Bakının
anti-Azərbaycan diktaturasının
və erməni quldur daşnak dəstələrinin hakimiyyətindən
azad edilməsinin
101-ci ildönümünü Şəhidlər xiyabanında,
Qafqaz İslam Ordusu sıralarında Azərbaycanın azadlığı
uğrunda şəhid
olmuş əsgərlərin
xatirəsinə ucaldılmış
abidənin önündə
qeyd ediblər.
AZƏRTAC xəbər
verir ki, gənclər əvvəlcə
torpaqlarımızın azadlığı
uğrunda canlarını
qurban vermiş qəhrəmanların xatirəsini
bir dəqiqəlik sükutla ehtiramla yad edib, abidənin
önünə əklil
və gül dəstələri düzüblər.
Mətbuata müsahibəsində YAP Gənclər Birliyinin sədri Seymur Orucov, NAYORA-nın sədri Məryam Məcidova, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu günün
xalqımızın və
dövlətimizin tarixindəki
yerindən danışıb,
Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın
müstəqilliyi, ölkəmizin
ərazi bütövlüyü
uğrunda canlarını
fəda etmiş qəhrəmanların xatirəsinin
həmişə xalqımız
tərəfindən ehtiramla
yad edildiyini, sovet təbliğatının
bütün cəhdlərinə
baxmayaraq, onların heç vaxt unudulmadığını
diqqətə çatdırıblar.
Ulu Öndərimizin “Bir millət, iki dövlət” fikrini xatırladan natiqlər, bu gün qeyd etdiyimiz
əlamətdar tarixin
bunun ən bariz nümunələrindən
biri olduğunu vurğulayıblar.
Gənclər bu gün Azərbaycan
gəncinin qüdrətli,
firavan və sabit ölkədə yaşadığını bildirib
və buna görə Azərbaycan gəncləri adından Prezident İlham Əliyevə təşəkkür
ediblər.
Qeyd edək ki, sentyabrın 15-i Bakının
işğaldan azad olunduğu gündür.
101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakıya
daxil olaraq şəhəri erməni-bolşevik
işğalından azad
edib. Beləliklə,
həm Azərbaycanın
müstəqilliyi təmin
olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son
qoyulub.
Bakının erməni-bolşevik işğalından
azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən
biridir. Möhtəşəm
və tarixi qələbədən sonra
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın
17-də Gəncə şəhərindən
Bakıya köçürülüb.
Beləliklə, Azərbaycanda
dövlət quruculuğunun
əsas mərhələsinə
start verilib.
Türk ordusunun
Bakını bolşevik-daşnak
işğalından azad
etməsi şəhərdə
əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə
təntənəli ziyafət
təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının
binasında keçirilib.
H.Z.Tağıyev türk
ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman
sərkərdələrinə hədiyyələr təqdim
edib.
1918-ci il sentyabrın
15-də Bakının azad
olunması Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı zəminində
müstəsna əhəmiyyət
daşıyan böyük
hadisədir. Osmanlı
qoşunları Bakının
azad olunması üçün həyata
keçirdikləri hərbi
əməliyyatlarda 1130 şəhid
verib.
Azərbaycan növbəti dəfə
müstəqillik qazandıqdan
sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olan türk əsgərlərinin
məzarları ziyarət
olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin
xatirəsinə ucaldılmış
“Türk şəhidliyi”
abidəsi önündə
anma mərasimi keçirilir.
Yeni Azərbaycan.- 2019.- 17 sentyabr.-
S.7.