Gənclər Fondu 425 tələbənin təhsil haqqı xərclərini ödəyəcək

 

Azərbaycan Respublikası Gənclər Fondu (AZGF) Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən elan etdiyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti müsabiqənin nəticələrini açıqlayıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələrinə əsasən ali orta ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam ya qismən) Gənclər Fondu tərəfindən ödəniləcək.

Keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması, savadlı, dövlətə, milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısının göstərilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas istiqamətini təşkil edir. Bu istiqamətdə Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq, son illərdə gənclər üçün çoxsaylı imkanlar yaradılıb, sosial həssas kateqoriyalara aid, I II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin Fond tərəfindən dəstəklənməsi digər addımlar atılır.

Xatırladaq ki, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsiüzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib.

Builki müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə sənədlərini təqdim edib. Müsabiqənin nəticələri ilə youthfoundation.az/tehsil linkinə keçid edərək tanış olmaq mümkündür.

 

Yeni Azərbaycan.- 2019.- 18 sentyabr.- S.7