Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə
imkan verməyəcək
Cənab Prezident
İlham Əliyevin hərtərəfli inkişaf
strategiyasının mahiyyətində
mövcud imkan və resurslara söykənərək Azərbaycanda
davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmaq
dayanır. Bununla yanaşı, Prezidentin
müəyyənləşdirdiyi bu kompleks inkişaf
xətti səmərəli
dövlət idarəetməsini,
qanunun aliliyini, insanların hüquq və azadlıqlarının
tam təminatını
və vətəndaşların
respublikamızın ictimai
həyatında fəal
statusunu da özündə ehtiva edir.
Prezidentin 16 illik
fəaliyyəti nəticəsində
Azərbaycan hazırda
iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətədavamlı ölkəyə
çevrilib. Bu gün
Azərbaycanın ən
ucqar bölgələrində
də vətəndaşlarımızın
rahat gündəlik həyatı üçün
zəruri olan rabitə, internet, bank və kommunal
xidmətlər, yollar
və digər kommunikasiyalar, səviyyəli
səhiyyə və təhsil xidmətləri təmin edilib.
1990-cı illərin
yoxsul Azərbaycanı
bu gün əhalinin gəlirlərinin
yüksək olduğu,
işsizlik səviyyəsinin
minimum həddə endirildiyi, inkişaf etmiş insan kapitalına, mühafizə
edilən, sağlam ətraf mühitə malik və hər
bir vətəndaşı
üçün geniş
imkanlar təqdim edə bilən regionun lider dövlətlərindən birinə
çevrilib. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizi beynəlxalq iqtisadi münasibətlər sistemində
yüksək rəqabətqabiliyyətli
iştirakçı statusuna
yüksəltməyi əsas
hədəf kimi müəyyənləşdirərək bunun reallaşdırılması
istiqamətində çalışır.
Məhz Azərbaycanın
bu sadaladığımız
çoxşaxəli inkişafı
qaçıb xaricdə
“mühacir” adının
kölgəsində gizlənib
dövlətimizə qarşı
çirkin kampaniyalar aparan qaragüruhu dərindən narahat edir. Həmin bu qaragüruh “mühacirlər” merkantil maraqları ucbatından anti-Azərbaycan dairəyə
daxil olan müxtəlif xarici kəşfiyyat orqanlarının,
ermənipərəst qüvvələrin
və digər bədniyyət çevrələrin
əlində alətə
çevrilirlər. Zaman-zaman Azərbaycana
qarşı təsir rıçaqları kimi istifadə edilən “mühacirlər”in sırf
qrant üçün
öz dövlətinə
və dövlətçilik
ənənələrinə ziyan vurmaq cəhdləri
uğursuzluqla nəticələnib
və bundan sonra da onların
çirkin niyyətləri
reallaşmayacaq. Ona görə
ki, Azərbaycan yuxarıda sadaladığımız
kimi, bu gün müstəqil siyasət yürüdən
qüdrətli dövlətdir,
ölkəmizdə sarsılmaz
xalq-iqtidar birliyi mövcuddur, xalqımız
seçdiyi və sevdiyi Prezidentinin ətrafında yumruq kimi birləşib. Cənab Prezidentin həyata keçirdiyi siyasi xətt cəmiyyət tərəfindən
birmənalı şəkildə
dəstəklənir.
Xalqımız həmişə zamanın
sınaqlarından üzüağ
çıxıb və
bundan sonra da anti-Azərbaycan mövqe sərgiləyən
bir ovuc qara qüvvənin dövlətimizə qarşı
apardığı mənfur
planları puça çıxaracaq. Xaricdən
idarə olunan bu cür qüvvələrin
müdaxilələri heç
vaxt hədəfinə
çatmayacaq.
Ətrafına yüzminlərlə vətəndaşımızı toplayan Yeni Azərbaycan
Partiyası həmişə
belə həssas məqamlarda lokomotiv qüvvə olduğunu nümayiş etdirərək
cəmiyyəti dövlətimizə
qarşı qarayaxma kampaniyası aparanlara qarşı mübarizədə
həmrəyliyə çağırır.
Çünki YAP-ın
Azərbaycanın milli
dövlətçilik
tarixində, cəmiyyət
həyatında kəsb
etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından
çox-çox üstündür.
Partiyamızın fəaliyyətinin ilk günlərindən dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, özünü Azərbaycana
bağlı sayan hər kəsin bu partiyada öz
yerini görməsi, onun sıralarında, təəssübkeşliyində, Heydər Əliyev ideyaları ətrafında
sıx birləşməsi
də bir daha sübut edir ki, ölkəmizdəki
siyasi proseslərə
xarici müdaxilə cəhdləri heç vaxt münbit şərait tapmayacaq və hər zamankı kimi fiaskoya uğrayacaq. Güclü dövlətimiz
və xalqımız heç vaxt xarici müdaxilələrə
imkan verməyəcək.
Hüseynbala Mirələmov,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan
Partiyası
Xətai rayon təşkilatının sədri
Yeni Azərbaycan.-
2019.- 18 sentyabr.- S.6.