Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin
mühüm təminatına
çevrildi
Azərbaycan Respublikasının Baş
Naziri Novruz Məmmədov “Əsrin müqaviləsi”nin 25 illiyi
ilə əlaqədar
“Twitter” səhifəsində
paylaşım edib.
AZƏRTAC xəbər
verir ki, Baş Nazirin paylaşımında deyilir:
“Əsrin müqaviləsi”
müstəqilliyini yenicə
qazanan gənc Azərbaycan dövlətinin
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əbədiliyinə,
sabitliyinə, respublikamızın
davamlı inkişafına,
beynəlxalq əməkdaşlığa,
qlobal və regional təhlükəsizliyə verdiyi
böyük töhfə
və zəmanətdir.
İyirmi beş
il əvvəl müstəqil Azərbaycan
Respublikası ilə dünyanın tanınmış
neft şirkətləri
arasında imzalanmış
müqavilə məhz
öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə “Əsrin müqaviləsi” adını
alıb.
Bu tarixi hadisənin
baş tutmasında ulu öndər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı,
böyük rəhbər
və insan kimi güclü iradəsi həlledici rol oynadı. O, müstəqil Azərbaycanın
strateji əməkdaşlığa
hazır olduğuna dünyanı inandıra bildi. Eyni zamanda, bu strateji əməkdaşlığın
imkanlarından yararlanaraq
ölkə iqtisadiyyatının
gələcək inkişafını
təmin etmək üçün gənc ölkəmizə böyük
imkanlar qazandırdı.
Bu müqavilə ilə müstəqil dövlətimizin neft strategiyasının əsası
qoyuldu.
Hesab edirəm ki,
bu qlobal layihə Azərbaycanın
suveren dövlət kimi öz təbii
sərvətlərinə sahib
çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə
etmək əzmini bir daha bütün
dünyaya göstərdi,
dövlət müstəqilliyimizin
mühüm təminatına
çevrildi. Müqavilənin
təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və
regional təhlükəsizliyə
də öz töhfəsini vermiş oldu.
İyirmi beş illik
uğurlu əməkdaşlıq
bir daha onu göstərdi ki, 100 il əvvəl
Şərqdə ilk demokratik cümhuriyyəti
quran, qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolunmaz mədəniyyət nümunələri
yaradan Azərbaycan xalqı etibarlı tərəfdaşdır və
qlobal əhəmiyyətli
bu layihənin tərəfdaşlarla birgə
icrasını davam etdirmək zəruridir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti
sayəsində ölkəmizə
misilsiz uğur qazandıran bu müqavilənin müddəti
XXI əsrin ortalarına
qədər uzadıldı.
“Əsrin müqaviləsi”nin
imzalanmasından ötən
25 ildə Azərbaycan
Respublikası və onun neft-qaz sənayesi
əsrə bərabər
bir inkişaf yolu keçib. Əminəm ki, müstəqil ölkəmiz
bu yolda şərəflə addımlamağa
davam edəcək”
Yeni azərbaycan.-
2019.- 21 sentyabr.- S.3