Bakıda “Xəzəri
qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib
21 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin
nüfuzlu şirkətləri,
dövlət qurumları,
müxtəlif təşkilat
və yüzlərlə
könüllülərin iştirakı
ilə keçirilmiş
“Xəzəri qoruyaq!”
adlı genişmiqyaslı
ekoloji aksiya çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənib.
“Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətlərinin, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin,
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin,
ASAN Könüllülük Məktəbinin təşkilatçılığı,
həmçinin, Azərbaycan
Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin
səfirliklərinin, ADA universiteti,
“AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və
Azərbaycan Velosiped İdmanı Federasiyasının
dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tona yaxın tullantıdan təmizləyib.
“Xəzəri qoruyaq!” aksiyası çərçivəsində toplanılmış tullantıların
bölgüsü belədir:
1815 kq qida qalıqları, tikinti materialları və şüşə, 211 kq plastmas, 30 kq karton və kağız, 15 kq sellofan torba.
Qeyd edək
ki, dünyanın bir çox ölkəsi hər il 21 sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı
Təmizlik Günü
Yer kürəsində
su hövzələri
sahillərinin tullantılardan
təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü
hərəkatıdır. Bu
məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin
sahillərini tullantılardan
təmizləyirlər. Azərbaycan
da bu beynəlxalq
ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir.
“Coca-Cola” bütün
dünyada aktual olan məişət tullantıları probleminin
həllində fəal
rol oynayır. Azərbaycanda artıq 9 ildir
ki, çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər il çimərlik mövsümü bitdikdə
məişət tullantılarından
təmizləyərək, insanları
ətraf mühitə
qarşı daha məsuliyyətli olmağa
çağırırıq. Çox şadıq ki, Azərbaycan bu beynəlxalq hərəkatda hər il fəal iştirak
edir və bu yolla biz,
ölkəmizin, Xəzər
dənizimizin daha təmiz olmasına töhfəmizi vermiş oluruq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə ictimaiyyətlə
əlaqələr və
kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
“Hər il
daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu ekoloji aksiyaya
qoşulduğunu müşahidə
edirik və bu fakt bizi
sevindirməyə bilməz.
Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm
də rəngarəng
proqramı ilə böyük bir bayramdır. “Bakcell” şirkəti qarşıdakı
illərdə də bu böyük layihəyə dəstək
verməyə hazırdır”,
- deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri
Süheylə Cəfərova
vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına
verdiyi töhfəni vurğulayıb: “Hər
ötən il aksiyaya qatılan könüllülərin sayı
durmadan artır. Builki aksiyaya 500 “ASAN könüllüsü”nün qatılması
gənclərin ekoloji
layihələrə marağının
artmasının bariz nümunəsidir. Ekoloji layihələrin gənclərin
həm də sosial məsuliyyətli fərd kimi formalaşmasında xüsusi
yeri var. Bu layihə sayəsində gənclər
öz üzərilərinə
düşən məsuliyyəti
dərk etmiş olurlar”.
“Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində keçirilən
aksiya çərçivəsində
təxminən 3 tona yaxın tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik
mövsümünün sonunda
gənclərin, şirkət
əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı
ilə keçirilən
sahilyanı təmizlik
aksiyası ölkədə
ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi
və ətraf mühitə məsuliyyətlə
yanaşma prinsiplərini
təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar
tərəfindən nəqliyyat,
idman köynəkləri,
sərinləşdirici içkilər
və qida, həmçinin təmizlik
üçün lazımi
ləvazimatlarla təmin
olunub.
Qeyd edək
ki, Azərbaycanda son 9 il ərzində
keçirilən analoji
birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektara
yaxın ərazisi
35ton məişət tullantısından
təmizlənib. Təmizlənən
ərazilərdən toplanan
tullantılar qeydə
alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir.
Həmin məlumatlar isə öz növbəsində dünya
su hövzələrinin
təmizlənməsi haqqında
ölkələr üzrə
beynəlxalq hesabatlarda
əks olunur.
Yeni Azərbaycan.-
2019.- 25 sentyabr.-S.7