Bu dövlət
hamımızındır və
onu qorumaq da hamının borcudur
Milli Məclisin deputatı Elşən Musayev
www.yap.org.az saytına müsahibə
verib:
- Elşən müəllim,
hazırda gündəmin
əsas müzakirə
mövzularından biri
xaricdə mühacir adı ilə fəaliyyət göstərən
dairələrin ölkəmizə
qarşı apardıqları
şər-böhtan kampaniyası
ilə bağlıdır.
Sizcə,
bu çirkin kampaniyanın əsasında
hansı amillər dayanır?
- İlk amil, ilk səbəb
odur ki, Azərbaycanın uğurları
bir çox qüvvələri qane etmir və bu
uğurları qəbul
etmək istəməyən,
onu həzm edə bilməyən həmin xəbis xislətli qüvvələr
öz daimi fəaliyyətlərindədirlər. Bu proses həmişə
olub və indi də estafet
davam edir. Azərbaycan inkişaf etdikcə, uğurlarımız artdıqca
məlum düşmənlərin,
bizi sevməyən qüvvələrin yönləndirdiyi
proseslər də artan dinamika üzrə inkişaf edəcək. Hazırda mühacir
adı ilə aldığı qrantların
miqdarını çoxaltmağa
çalışan, ölkədəki
radikal stimulvericilərinə
daha böyük həcmdə pul-para, pay-pürüş göndərməyə
səy göstərən
anti-milli ünsür komandası formalaşıb.
Təbii,
haralardansa da himayə
olunurlar və proqramlı fəaliyyət
göstərirlər. Son
dərəcə çirkin
kampaniyadır, amma nə təəssüf ki, həmin kampaniya vicdanını, ləyaqətini, şərəfini
itirən insanlar tərəfindən ardıcıl
mərhələlər üzərindən
davam edir. Kənardan görünə bilər ki, bu hakimiyyətə,
iqtidara qarşıdır.
Xeyr! Bu birmənalı
şəkildə dövlətə,
dövlətçiliyə, azərbaycançılığa, mentalitetə qarşıdır.
Həmin
kütlənin dərdi
xalq və dövlət deyil. Bu gün şər
və iftira fəaliyyətini davam etdirən ünsürlərin
xalqa və dövlətə azacıq
da olsa aidiyyəti yoxdur. Sadəcə şəxsiyyət vəsiqələrində və
pasportlarında azərbaycanlı
sözü yazılıb.
Vəssalam. Vidadi kimi
tərbiyəsiz millətçi,
xalq fədaisi ola bilərmi?
Bu psixoz, narkoman
dövlətin bu gününü, sabahını
düşünə bilərmi?
Əsla və əsla! Nə avantürist, nə söyüş ritorikasına
köklənən, nə
əslindən, nəslindən,
kökündən, şəcərəsindən
xəbəri olmayan varsa əlinə bir “noutbuk” alıb,
internetə qoşulub,
kanal açıb ölkəyə, ölkənin
ləyaqətli insanlarına
qarşı kənardan
hədyan yağdırır.
Biri adını bloqqer qoyub, biri veriliş
aparıcısı, biri
mühacir, biri məzlum. Absurddur. Hər mənada. Ən böyük
absurd isə bu yaramazların hələ də məsuliyyətə
cəlb edilməmələri,
rahat formada dolanmaları, gəzmələridir.
Azərbaycan dövlətində hansısa
əcnəbi öz ölkəsinin istənilən
vətəndaşına qarşı
belə informasiya terroru, mənəvi terror edə bilərmi? Bu mümkündürmü? Əsla mümkün
deyil. Dərhal tədbir görülər.
Və nəinki Azərbaycanda, özünə, qanunlarına
hörmət qoyan istənilən ölkədə.
Demək ki, bizə demokratiyadan dərs keçmək həvəsinə düşən
bəzi ölkələr
ilk öncə öz qanunlarının aliliyini qorumalı, ilk öncə
beynəlxalq hüququn
ana prinsiplərini gözardına almamalı,
Konvensiya tələblərinə
hörmətlə yanaşmalı,
ondan sonra uca səslə, bərkdən hansısa məhkəmə qərarlarının
icra faizi haqqında müzakirələrə
qoşulmalıdırlar, məruzəçi
təyin etməlidirlər,
demokratiya söhbətləri
aparmalıdırlar. Görünən budur ki, Azərbaycan
özü hazırda hamıya demokratiyadan dərs keçər.
Ən azından bizə demokratiya haqqında uzun-uzadı nağıllar
danışanlara. Daha doğrusu,
belə bir eşqə düşənlərə.
- Narahatlıq doğuran bir məqam da mühacir müxalifətin
xaricdəki müəyyən
dairələrin maraqlarına
xidmət etməsidir.
Bu fakt nə
dərəcədə təhlükəlidir?
- Müxalifət, daha dəqiqi, radikal müxalifət öz ampluasındadır. Dəyişən bir şey yoxdur.
Əgər Əli Kərimli adında siyasətçi Vidadi İsgəndərlinin hərəkətlərinə
dolayı yolla da olsa haqq qazandırırsa,
bu yolu dəstəkləyirsə,
Qənimətin dili, Natiqin ifası ilə təhqirin, söyüşün, şərin,
böhtanın ən yüksək həddini özünə prioritet seçirsə, bundan sonra heç nəyə təəccüblənmək
lazım deyil. Xislətləri və mahiyyətləri
budur. Təbii, qorxulu tendensiyadır.
Belə riyakarların əlində
imkan olsa ölkənin taleyini hərraca qoyub, onu keçi qiymətinə satarlar.
Çünki daim sata-sata
gəliblər. Düzdür, bəzən alıcıları
olmayıb, amma həmişə satmağa
nələrisə olub.
Öz liderini satan adamın
sata bilməyəcəyi
heç nə yoxdur. Bu aksiomdur! Əli Kərimli və onun tayları həmin kateqoriyadandır.
- Ölkəmizin daxilindəki
“beşinci kolon”un nümayəndələri
də mühacir müxalifəti ilə sinxron fəaliyyət göstərir. Bu fakt onların eyni mərkəzdən idarə olunduğunu göstərirmi?
- Onlar eyni komandadır.
Nəinki sinxrondurlar, hətta bir can, bir qan, bir
gendəndirlər. Üstəlik, ümumi maraqları üçün bütün
mental dəyərlərdən, əsl həqiqətlərdən,
gerçəklikdən uzaq
durublar. Durmağa
hazırdırlar! Təsəvvür edin, o gün Qənimətin verilişində
Elçibəy açıq
şəkildə təhqir
olundu. Biz Elçibəyin müdafiəsinə
qalxdıq, amma Kərimli qalxmadı, Qənimət cınqırığını
da çıxarmadı. Niyə?
Bəs Elçibəy axı sizin atanız, müəlliminiz, rəhbəriniz
idi? Deyim niyə. Çünki indiki mərhələdə
Əli Kərimliyə
və onun silahdaşlarına hansısa
başqa yaramaz ilə konflikt sərf eləmir. Bir daha qeyd
edirəm: ümumi maraqlar var. Ona görə. Elə bir hala, vəziyyətə gəliblər
ki, Leyla Yunus, Xədicə İsmayıl, Sevinc Osmanqızı bunların
ideoloqlarına çevriliblər.
“5-ci kolon”un nə ünsürü varsa onların beynindən, düşüncələrindən
qidalanırlar. Hələ baxarsız,
bir azdan internetdəki verilişlərinə
Əlikramı-fılan da çıxaracaqlar.
Bəli, bu millətə, dövlətə
düşmən olan kim varsa
bunların dostudur. Yəni məlum qüvvənin dost qəbul
etmə yaradıcılığında
ana xətt budur. Baxmayaraq ki, hər gün ifşa olunurlar, həm də faktlarla ifşa olunurlar - yenə dayanmırlar.
Çünki yaramazlığın dayanacağı, durma yeri, əyləc basma nöqtəsi yoxdur, olmur. Çünki yaramazlıq abstrakt
anlayışdır. Çünki yaramazın həyat kredosu, fəlsəfəsi
tükənməyən və
qəbrə qədər
davam edən pisliklərin məcmusundan
ibarətdir.
- Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi
ilə bağlı ölkəmizdəki siyasi
partiyaların və vətəndaş cəmiyyətinin
həmrəyliyi nə
qədər vacibdir?
- Bu fəaliyyət labüddür
və var. Amma söhbət aparılan insanlar elə sadəcə partiya sədridir deyə masaya dəvət olunmamalıdır. O gün
dəyirmi masada
müxalifət funksionerinin
dilindən gördünüzmü
hansı fikir səsləndi? Demə, “üsyan hüququ”
varmış, amma bizim xəbərimiz yoxmuş. Belə adamlarla nə
müzakirə, hansı
müzakirə aparmaq olar? Təbii, radikal deyil, konstruktiv müxalifət qanadında bizimlə müəyyən məsələlərdə
fərqli düşünən,
fəqət millətcil,
dövlətcil olan insanlar var. Qüdrət Həsənquliyev də müxalifətdir, düşüncəsini
açıq şəkildə
dilə gətirən
adamdır, bir çox məsələlərdə
iqtidarla eyni fəlsəfəni bölüşmür.
Amma ləyaqəti, şərəfi, mənliyi
həmişə üstündədir,
əsl dövlət cəfakeşidir, əsl kişi obrazına
sahibdir. Masada belə ləyaqətli müxalifətlə üzbəüz
oturmaq lazımdır,
polemika, müzakirə
onlarla aparılmalıdır.
Ayrıca, çox doğru
buyurdunuz ki, vətəndaş cəmiyyətinin
də bu istiqamətdə böyük
hərəkətliliyinə ehtiyac var. Bu fikirlə ikiəlli razıyam.
Çünki hazırda siyasi
kontingentlə bərabər
ictimai yük daşıyan insanların
da sayı olduqca çoxdur. Mən sizə tam səmimi
deyim ki, sosial şəbəkələrdə,
cəmiyyətdə öz
sözünu, əsas
da doğru sözü
söyləyən insanların
böyük əksəriyyəti
məhz ictimai fəallardır. Onların içində
vətənpərvər, millətini
sevən insanların sayı yetərincədir.
Yəni, sözümün
canı budur ki, fərq etməz
kim hansı
cəbhədədir, dövlət
marağını şəxsi
maraqlardan üstün
tutan hər kəsi mövzu ətrafında birləşdirmək
və xaricdə ölkəmizə qarşı
planlanan məkrli ssenarilərə qarşı
səfərbər etmək
lazımdır. Bu
dövlət hamımızındır.
Onu qorumaq da hamının borcudur.
Yeni Azərbaycan.- 2019.- 24
sentyabr.-S.6