Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
Heydər Əliyev
Mərkəzində Xalq
rəssamı Fərhad
Xəlilovun “Yenidən
Bakıda” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış
mərasimindən əvvəl
Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək
sərgisinin belə bir möhtəşəm Mərkəzdə nümayişinə
görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Vurğulayıb ki, bu sərgi
onun Bakıda ikinci fərdi sərgisidir. İlk sərgisi on il bundan əvvəl
təşkil edilib: “Rusiyada 11 fərdi sərgim açılıb.
Bu möhtəşəm
Mərkəzdə sərgi
təşkil etmək
böyük məsuliyyət
tələb edir. Çünki bura dünyada olan ən böyük, müasir mədəniyyət
mərkəzlərindən biridir. Buna görə
çox şadam. Sərgidə uşaqlıq,
gənclik və müasir dövrdə çəkdiyim əsərlər
təqdim edilib. Burada Xocalı faciəsinə həsr etdiyim əsərim də nümayiş olunur. Uzun müddətdir
bu mövzu üzərində çalışırdım.
Burada istəmişəm
ki, ermənilərin vəhşiliklərini dünyaya
çatdırım. İnanıram
ki, sərgi ziyarətçilər tərəfindən
böyük maraqla qarşılanacaq”.
Müasir incəsənət üzrə mütəxəssis,
Müasir İncəsənət
Dövlət Mərkəzinin
bədii rəhbəri,
Rusiyanın Ali İqtisad Məktəbinin
professoru Leonid Aleksandroviç Bajanov bildirib ki, bu
sərgi daha çox gənclərin marağına səbəb
olmalıdır: “Çünki
son 50 ilin sənətkarları gənc
rəssamların diqqətindən
kənarda qalıb. Beləliklə, onların
əsərlərinin nümayiş
etdirilməməsi ilə
biz bir çox
bədii yaradıcılıq
nümunələrini itirmiş
oluruq. Şadam ki, bu sərgi
geniş şəkildə
təqdim olunur. Rəssamın yaradıcılığı
irəlidə çox
tamaşaçını gözləyir.
O, dünya miqyaslı
rəssamdır. Bizim tələbələr onun
yaradıcılığına böyük maraq göstərirlər və
əsərlərini öyrənirlər”.
Rəssam haqqında ancaq
onun əsərlərinin
danışdığını söyləyən SSRİ Xalq
artisti, rejissor, Tbilisidəki Şota Rustaveli adına Dövlət Akademik Teatrının bədii rəhbəri Robert Robertoviç Sturua Xalq rəssamının sərgilərinin dünyanın
bir çox ölkələrində uğurla
nümayiş olunduğunu diqqətə
çatdırıb.
Sonra iştirakçılar
sərgi ilə tanış olublar.
Qeyd edək
ki, sərgidə rəssamın 60-a yaxın
rəsm əsəri nümayiş olunur. Abşeron təbiətinin
vurğunu olan rəssamın tablolarında
Buzovna, Mərdəkan,
Qala mənzərələri
xüsusi incəlik və sevgi ilə
əks edilib.
Sərgidə Fərhad Xəlilovun “Görüş”, “Xatirə”,
“Torpağın naxışları”,
“Gözlənilməz baxış”
silsiləsindən təqdim
edilən rəsmlərində
torpağın, dənizin
və səmanın vəhdəti hiss olunur.
Sərgi oktyabrın
25-dək davam edəcək.
Yeni Azərbaycan.-
2019.- 27 sentyabr.- S.5