ADU-da Avropa Dilləri Günü qeyd edilib

 

Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri Günü münasibətilə tədbir keçirilib.

Tədbir gənc yaşlı insanlara dil öyrənməyi ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, bir sıra dilləri öyrənməyin təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin Azərbaycandakı səfirlərinin səfirlik nümayəndələrinin, professor müəllimlərin, tələbələrin, digər ali məktəblərin nümayəndələrinin iştirak etdikləri tədbirdə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib. Akademik bildirib ki, Avropa dilləri günü anlayışını Avropada yaşayan xalqların dillərinin bayramı Avropada istifadə edilən dillərin bayramı olaraq iki cür şərh etmək mümkündür. “Mənə elə gəlir ki, bu dilləri bir-birindən ayırmaq olmaz bu gün Avropada işlək olan bütün dillərin bayramı kimi qeyd olunmalıdır. Avropa dillərini öyrənmək Avropa mədəniyyətinə, dünyagörüşünə, dəyərlərinə yaxınlaşmaq deməkdir. Azərbaycan dilini Avropa dillərindən biri hesab etmək mümkündür. On doqquzuncu əsrdə bir çox müşahidəçilərin dediyi kimi, Azərbaycan dilinin Qafqazdakı rolu həmin dövrdə Fransanın Avropadakı rolu kimi yüksək idi. Azərbaycan dili bu gün Azərbaycanda yaşayan xalqların ümumi dilidir, müxtəlif xalqlara Avropa mədəniyyətini öyrənməyə vasitəçilik edir. Universitetimizdə təmsil olunan 20-dən çox ölkənin dil mədəniyyət mərkəzləri bu gün təkcə öz ölkələrini Azərbaycana yaxınlaşdırmaq deyil, eyni zamanda, Azərbaycanı da öz ölkələrinə yaxınlaşdırmaq məqsədi güdür. Ona görə bu bayramın ölkəmizdə qeyd edilməsi Azərbaycan mühitinin, ictimaiyyətinin dövlətinin multikulturalizm ənənələrinə qədər sadiq olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm ideyaları, Azərbaycan multikulturalizmi modeli bütün dünya üçün maraqlıdır”, - deyə rektor bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis Avropa Dilləri Gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib. Dünyada miqyasından asılı olmayaraq, bir sıra xalqlara məxsus dillərin mövcud olduğunu deyən D.Daniilidis Avropa İttifaqının bunları qəbul etdiyini diqqətə çatdırıb. Xarici dillərin öyrənilməsi ilə bağlı danışan qonaq, eyni zamanda, ana dilin itirilməməsindən, onun hər kəsin milli kimliyi olmasından söz açıb.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets digər çıxış edənlər dillərin öyrənilməsinin əhəmiyyətindən danışıblar. Qonaqlar təmsil etdikləri ölkələrin dillərinin mədəniyyətlərinin ADU-da yüksək səviyyədə tədrisi təbliğində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

“British school in Baku” “Landau school in Baku”nun şagirdləri mahnılar oxuyub, rəqslər nümayiş etdiriblər.

Daha sonra tədbir iştirakçıları müxtəlif ölkə bayraqlarını, adət-ənənələrini əks etdirən rəmz bukletlərin olduğu stendlərə baxış keçiriblər.

Qeyd edək ki, Avropa Dilləri Günü 2001-ci il dekabrın 6-da Avropa Şurası Avropa İttifaqının birgə təşkil etdiyi Avropa Dillər İlinin (2001) təsis konfransında Avropa Şurası tərəfindən elan edilib. Bu günün təsis edilməsində məqsəd Avropada dil öyrənməyi təşviq etmək, dil öyrənməyin əhəmiyyəti barədə məlumat yaymaq, Avropanın zəngin dil mədəni müxtəlifliyini təbliğ etməkdir.

Yeni Azərbaycan.- 2019.- 27 sentyabr.- S.6