Yəhudilərin Roş-Ha-Şana bayramı münasibətilə Bakıda konfrans keçirilib

 

Sentyabrın 26-da Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə yəhudilərin Roş-Ha-Şana bayramı münasibətiləTolerant Azərbaycanmövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransda çıxış edərək bildirib ki, Fondun təşkilatçılığı ilə həyata keçirilənTolerant Azərbaycanlayihəsi çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının Alban-Udi Xristian dini icmasının ölkəmizdəki fəaliyyətinə həsr olunan konfranslar təşkil edilib. Bugünkü tədbir isə yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilir.

M.İsmayılov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında inkişafında yəhudi xalqının da özünəməxsus rolu var. Yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt şəhərlərində, həmçinin Quba Oğuz rayonlarında məskunlaşıblar. Dünyada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları yeganə ərazi Quba rayonunda yerləşən Qırmızı qəsəbədir. Dünyada cərəyan edən bir sıra siyasi proseslərin fonunda deyə bilərik ki, yəhudilər özlərini ölkəmizdə tam təhlükəsiz hiss edirlər. Həm ona görə ki, Azərbaycan onların vətənidir.

Yəhudi xalqının Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışan Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev bildirib: “Bizim qismətimizə qəribçilik yazılıb biz bu qisməti qəbul etmişik. Lakin Azərbaycanda biz özümüzü qərib hiss etmirik. Harada Azərbaycan adını eşitsək ürəyimiz fərəhlə dolur. Biz hər yerdə azərbaycanlı olduğumuzu fəxrlə deyirik”.

Daha sonra yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Yəhudiləri qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədr müavini Gündüz İsmayılov bildirib ki, bu tədbirdə müxtəlif dinlərdən olan nümayəndələrin, o cümlədən gənclərin iştirakı bugünkü tolerant Azərbaycanın kiçik bir şəklidir. İndiki mənzərəyə baxanda biz qürurlu, gələcəyimizin mənzərəsinə baxanda ümidliyik. Müsəlmanlar, yəhudilər, xristianlar, eləcə digər dinlərin xalqların nümayəndələri minilliklər boyu bu Vətənin təkcə torpağını, suyunu, çörəyini deyil, həm taleyini paylaşıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski ölkəmizdə tarixboyu müxtəlif xalqların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan dövləti bu tolerant mühitini qoruyur. Ölkəmizdə bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitlik, əmin-amanlıq var.

 

 Yeni Azərbaycan.- 2019.- 27 sentyabr.- S.6