Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib

 

Sessiyanın işində fərqlənən şəxslər təşkilatlar mükafatlandırılıb

Sentyabrın 26-da Bakı Konqres Mərkəzində bu ilin iyunun 30-dan iyulun 10-dək ölkəmizdə təşkil edilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkə başçısının müvafiq sərəncamları ilə sessiyanın yüksək səviyyədə təşkili keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş şəxslərə orden, medalların vəsiqələri Azərbaycan Respublikası Prezidentinin fəxri diplomutəqdim olunub.

İlk olaraq sessiyaya həsr olunmuş videoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən sessiyanın təşkilat komitəsinin rəhbəri, Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Nazir sessiyanın işinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edilib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edilib 29 irs nümunəsi siyahıya salınıb. Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. On gün ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb 29 irs nümunəsi siyahıya salınıb.

Əbülfəs Qarayev ölkəmizin ev sahibliyi etdiyi möhtəşəm tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Nazir vurğulayıb ki, sessiyanın açılış mərasimində Azərbaycan əsilli dünyaca məşhur ifaçı Sami Yusifin iştirakı ilə təqdim olunan konsert proqramı bu günYouTube”da rekord sayda baxış əldə edib. Bu da Azərbaycan mədəniyyətinin dünyada təbliğinə növbəti töhfədir.

Nazir vurğulayıb ki, sessiya çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Ümumdünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mədəni İrsin Qorunması, İnkişafı Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Abidə Menecerləri Gənc Peşəkarlar forumları uğurla təşkil edilib.

Ə.Qarayev deyib ki, Azərbaycan UNESKO-nun Dünya İrs Siyahısına daxil olan abidələrinə çox həssaslıqla yanaşır. Bu sessiyaya qədər İçərişəhər, Qobustan Ümumdünya İrs Siyahısına daxil idi. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında AzərbaycanınXan Sarayı ilə birgə Şəkinin tarixi mərkəziadlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini ölkəmizin böyük uğuru kimi dəyərləndirən nazir ölkəmizdə mədəni irsin qorunması istiqamətində dövlət səviyyəsində böyük işlər görüldüyünü söyləyib.

Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə bağlı hesabat bu ilin noyabrında UNESKO-nun Baş Assambleyasına təqdim ediləcək.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə sessiyanın işində fəal iştirakına görə təşkilat komitəsinin üzvlərinə Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Roslerin imzaladığı diplomlar təqdim olunub.

Tədbirdə sessiyanın işinə dəstək vermiş bir çox qurumlara şəxslərə mükafatlar verilib.

Diplom alanlar sırasında AZƏRTAC-da var.

 

Yeni Azərbaycan.- 2019.- 27 sentyabr.- S.6