Bakıda XIV Beynəlxalq
Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilib
Sentyabrın 26-da Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramının açılış
mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Bakı
Yunus Əmrə İnstitutunda reallaşan tədbir Türkiyə-Azərbaycan
Dostluq, Əməkdaşlıq,
Həmrəylik Vəqfi
və Yunus Emre İnstitutunun birgə əməkdaşlığı
ilə gerçəkləşib.
Əvvəlcə qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkün və müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxış
edərək qurultayın
əhəmiyyətindən söz açıb. Qeyd edilib ki,
bu qurultay türk dilinin zənginliyini və onun dünya dilləri arasında özünəməxsus yerlərdən
birinə sahib olmasını şərtləndirir.
Türk dilinin yaşadılması,
saflaşdırılması uğrunda mühüm işlər görüldüyünü
deyən C.Özdəmir
bundan sonra da bu istiqamətdə
işlərin davam edəcəyini vurğulayıb,
qurultayın işinə
uğurlar arzulayıb.
Qurultayın Təşkilat Komitəsinin
rəhbəri, Bilkənd
Universitetinin bölgə
ölkələri kurs
proqramlarının direktoru
Rasim Özyürək
deyib ki, iki gün davam
edəcək Türk Dili Qurultayı və 87-ci Türk Dili Bayramı həm ölkəmizdən,
həm də xaricdən 120 elm adamının, azərbaycanlı
müəllim və tələbələrin, türk
dilini sevənlərin
iştirakı ilə
böyük bir coşqu və həyəcanla qeyd ediləcək.
O vurğulayıb
ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri,
Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və
Həmrəylik Vəqfinin
baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk
dilinin yaşadılması, saflaşdırılması
uğrunda mühüm
işlər görür.
R.Özyürək bildirib ki, M.K.Atatürk
tərəfindən qurulan
Türk Dil Qurumu keçmişdə olduğu kimi, gələcəkdə də
gənclərə nümunə
olmağa davam edəcək. Vurğulanıb
ki, bu gün
Ulu Öndərin yaratdığı Türkiyə-Azərbaycan
Dostluq, Əməkdaşlıq
və Həmrəylik
Vəqfi rəhbərliyini
eyni xətt üzrə professor Ənvər Həsənoğlu
böyük fədakarlıqla
davam etdirir.
R.Özyürək hər kəsi
Ural-Altay dil qrupu Altay dilləri
ailəsində yer alan və dünyamızdakı
ən zəngin dillərdən olan ortaq dilimizə, mədəniyyətimizə sahib
çıxmağa çağırıb,
onu yad təsirlərdən
qorumağın vacibliyini
qeyd edib. Diqqətə çatdırılıb
ki, Türk dili millətimizin varlığı üçün,
mədəniyyətimiz üçün
çox vacibdir: “Dil və mədəniyyət
bir-birindən heç
vaxt ayrılmamalıdır.
Millətimizin ortaq bir dili, mədəniyyəti,
tarixi ənənələri
vardır. Dilimiz, mədəniyyətimiz yox
olmasın. Dilimiz və mədəniyyətimiz,
tariximiz üçün
dünən, bu gün əmək sərf edənləri, sabah bu mövzuda
əmək sərf edəcək gənclərimizi
indidən təbrik edirəm. Türk dünyasının elm adamlarının, türkcə
danışan soydaşlarımızın,
müəllimlərimizin, tələbələrimizin
azərbaycanlı vətəndaşlarımızın
Türk Dil Bayramını təbrik edirəm”.
Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfinin
və Beynəlxalq Pediatriya Assosiasiyasının
prezidenti Ənvər Həsənoğlu bildirib
ki, türk dili zəngin, milli və müasir
bir dildir.
“Türk dili bizi bir-birimizə bağlayan bir dildir. Bu dillə milli hisslər arasında qırılmaz bir bağ vardır.
Universitet və məktəblərimizdə təhsil
alan tələbə
və şagirdlər,
yazıçılar, media mənsubları
və digər yaradıcı mühitin insanları dilimizin zənginliyini duyur, onun daha da inkişaf
etməsi üçün
əlindən gələni
edirlər. Bu istiqamətdə daha da böyük işlərin
görülməsi vacibdir.
Dilimizin inkişafı üçün
atılan bütün
addımlarda yalnız
onun köklərindən
bəhrələnmək məqbul
sayılmalıdır. Bu qurultayın keçirilməsi
də bu mənada təqdirəlayiqdir.
Hər kəsi təbrik edir, uğurlar arzulayıram”, -
deyə Ə.Həsənoğlu
söyləyib.
Türkiyənin ölkəmizdəki səfiri
Erkan Özoral çıxış edərək
deyib ki, Böyük Türk Qurultayı ilk dəfə
olaraq 1926-cı ildə
Bakıda keçirilib.
“Bu qurultayın Bakıda
təşkil edilməsi
olduqca əlamətdar
idi. Bakı gözəl türkcəmizin
ən gözəl ləhcələrindən birinin
danışıldığı yerdir. Biz hamılıqla
türkcəmizi qorumalı,
onu bütün dünyada daha önəmli bir dil kimi qəbul
edilməsi halına gətirməliyik. Bu yöndə elm adamlarının
üzərinə böyük
vəzifələr düşür.
Bizim arxamızda 200 milyondan çox bir türk dünyası
var. Biz işdə, dildə
və fikirdə bir olmalıyıq”, - E.Özorol belə deyib.
Çıxışlarda Azərbaycan türkcəsinin
qloballaşma dövrünün
mənfi təsirlərindən
qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin əvəzedilməz
xidmətlərindən danışılıb. Bildirilib ki,
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında misilsiz xidmətlər göstərib.
Azərbaycan və türk dillərinin axıcılığından danışan
natiqlər Nizami, Füzuli, Qazi Bürhanəddin, Yunis Əmrə, Nazim Hikmət, Səməd Vurğun kimi klassiklərdən bizə
miras qalmış mənəvi bağların
inkişaf etdirilməsinin
vacibliyini bildiriblər.
Dilimizə, mədəniyyətimizə daim
böyük diqqət
və qayğı göstərən dövlətimizin
başçısı İlham
Əliyev bu sahələrin inkişafı
ilə bağlı mühüm sənədlər
imzalayıb.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamını xatırladaraq
dili bir, mədəniyyətləri bir,
həyata, dünyaya baxışları eyni olan xalqlarımız arasında mədəni əlaqələrin daha da
möhkəmlənəcəyinə əmin olduqlarını söyləyiblər.
Qeyd edək ki, M.K.Atatürkün
1932-ci il iyulun 12-də
qurduğu Türk dili Tədqiq Cəmiyyətinin (Türk
Dil Qurumu) böyük fəaliyyətləri
nəticəsində birinci
Türk Dili Qurultayının toplandığı
26 sentyabr tarixi hər il Dil
Bayramı Günü
kimi qeyd olunur.
Yeni Azərbaycan.-
2019.- 27 sentyabr.- S.7