Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının
təqdimatında iştirak
edib
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə
peşə kursu keçmiş istedadlı
gənclərin birgə
iştirakı ilə
hazırlanan “Nəsimi”
antreprizası təqdim
olunub.
AZƏRTAC xəbər
verir ki, tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən,
böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən
Nəsimi - şeir, incəsənət və
mənəviyyat Festivalına
həsr olunub.
Nizami Kino
Mərkəzində nümayiş
olunan antreprizanın təqdimatında Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Tamaşanın təqdimatından əvvəl
əlilliyi olan şəxslərin Nəsiminin
həyat və yaradıcılığına həsr
etdikləri, 30-a yaxın
incəsənət nümunəsindən
ibarət “Nəsimi” sərgisi nümayiş etdirilib.
Leyla Əliyeva
sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə
söhbət edib.
Sonra “Nəsimi”
antreprizası nümayiş
olunub.
Plastik üslubda
təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və yaradıcılığından
bəhs edir. Başlanğıcda qanunla ifa edilən
musiqidəki hər bir not Nəsiminin
ideologiyasının və
onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq
doğru yola istiqamətlənməsi, bu
yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması,
onun mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi dünyada nura qovuşmağı böyük
məharətlə təqdim
olunur.
Tamaşanın quruluşçu rejissoru
və bədii rəhbəri Nihad Qulamzadə, plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayev, bəstəkarı
Vüqar Camalzadə, quruluşçu rəssamı
Vüsal Rəhimdir. Tamaşada rolları Elşən Əsgərov,
Rafael Şahbəyli, Səmayə
Ağayarova, Cəmilə
Məmmədli, Mehdi Cənnəti,
Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev, Pegah Dafe, Riad Sultanov
və başqaları
ifa ediblər. Tamaşa üçün xüsusi
səhnə qurulub,
20-dən çox musiqi
bəstələnib, özəl
kostyumlar tikilib, əlilliyi olan şəxslərlə işləyən
xoreoqraf dəvət olunaraq xüsusi plastik həllərdən istifadə edilib.
Antreprizanın diqqəti cəlb edən fərqli cəhəti tamaşada iştirak edən gənclərin hərəkət
məhdudiyyətli olmalarına
baxmayaraq, bədii plastikadan bacarıqla istifadə edə bilmələri olub. Onlar istedadlı ifa tərzləri, rəqsləri
və s. ilə Nəsimi şeiriyyətinin
ruhunu, fəlsəfəsini,
ümumən Nəsimi
dühasını 55 dəqiqəlik
tamaşa boyu auditoriyaya dolğun şəkildə çatdıra
biliblər.
Əlilliyi olan
insanların sosial müdafiəsinin gücləndirilməsi,
onların reabilitasiyası
və cəmiyyətə
inteqrasiyası Prezident
İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən
biridir. Bu istiqamətdə tədbirlər ildən-ilə
geniş vüsət alır. Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları
məhdud gənclərin
və uşaqların
qayğı ilə əhatə olunmasında,
onlar üçün
reabilitasiya imkanlarının
genişləndirilməsində, sosial xidmət müəssisələrində müasir tələblərə
uyğun yaşayış və reabilitasiya şəraitinin
yaradılmasında Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərinin böyük rolu var. Heydər Əliyev Fondu bu sahəyə, eyni zamanda, əlilliyi
olan şəxslərin
bacarıqlarının cəmiyyətə
tanıdılması işlərinə
mühüm töhfələr
verib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslərin və sağlamlıq imkanları
məhdud uşaqların
sosial reabilitasiyası
və cəmiyyətə
inteqrasiyasına dəstək
göstərir. Leyla Əliyevanın fiziki məhdudiyyətli insanlara,
sosial müəssisələrin
sakinlərinə xeyirxah,
qayğıkeş münasibəti,
habelə həmin müəssisələrə tez-tez
gedərək onlarla görüşməsi bunun
bariz nümunəsidir.
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaradıcılıq
potensiallarının dəstəklənməsi
sahəsində layihələr
həyata keçirir.
Həmin məqsədlə
ümumrespublika səviyyəli
sərgi-yarmarkalar, baxış
müsabiqələrinin təşkili,
xüsusi bacarıqları
ilə fərqlənən
əlilliyi olan şəxslərin mükafatlandırılması
tədbirləri ənənəvi
xarakter alıb. Nazirlik tərəfindən
ilk dəfə olaraq sosial müəssisələrin
istedadlı sakinlərinin
yaradıcılıq fəaliyyətini
əhatə edən,
278 səhifəlik “Əlillik
qüsur deyil” kitab-albomu nəşr edilib. Kitab-albomdakı mətnlər Azərbaycan
və ingilis dillərindədir.
Əlilliyi olan
şəxslərdən ibarət
ƏSA Teatrı Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq imkanlarını
və repertuarını
xeyli genişləndirib.
Bu dəstək nəticəsində teatrın
Moris Meterlinkin “Göy quş” pyesi əsasında hazırladığı eyniadlı
tamaşa ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılanıb. Hazırlanan
“Nəsimi” antreprizası
da bu sahədə
uğurlu işlərin
davamıdır və
əlilliyi olan istedadlı şəxslərin
Nəsimi yaradıcılığına
böyük maraq və məhəbbətini
özündə ifadə
edir.
Nazirlik ƏSA Teatrı ilə birgə gələcəkdə
də bir sıra yeni uğurlu layihələr həyata keçirməyi
nəzərdə tutur.
Yeni Azərbaycan.-
2019.- 28 sentyabr.- S.2