Əli Əhmədov:
Mitinqdə insanların
iştirakı ilə
bağlı sorğunun
nəticələri virtual
müxalifətdən ötrü
soyuq duş effekti yaratdı
Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının
Sədr müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində
Virtual müxalifətin
iflası sərlövhəli
məqalə yayımlamışdır.
Əli Əhmədov qeyd etmişdir ki, cəmiyyət virtual müxalifətin yeni iflasının şahidi oldu: Bir neçə həftədir
virtual olaraq təbliğ edilən, az qala virtual
müxalifətin siyasi
təntənəsinin başlanğıcı
adlandırılan 28 sentyabr
mitinqi mifi gözlənilən sonuna çatdı. Mitinqə virtual dəstəyin real təcəssümünün
olmaması, sadə şəkildə desək,
cəmiyyətdə mitinq
ab-havasının və
mitinqdə iştirak etmək həvəsinin və həvəskarlarının
olmaması üzündən
müxalifət mitinqdən
imtina etmək məcburiyyətində qaldı.
Həmişə olduğu
kimi, bir bəhanə uydurmağı
da unutmadı. Lakin hər kəsə bir daha aydın oldu ki, müxalifətin
yaratdığı virtual
mitinq görüntüsünün
cəmiyyətdəki real
siyasi və ictimai proseslərlə heç bir əlaqəsi yoxdur. Virtuallıq və virtual müxalifətçiliyə
ağır zərbə
dəydi. Bu, onların, sözün həqiqi mənasında, iflası deməkdir.
Əslinə qalsa, müxalifətin iflası Azərbaycanın
siyasi reallığının
yeni hadisəsi deyil. 26 ildir ənənəvi müxalifət
iflas rejimində yaşayır və fəaliyyət göstərir.
Səbəbi də çox sadədir. Hakimiyyətdə olduğu cəmi
13 ay ərzində törətdiyi əməllərə
görə xalq tərəfindən devrilən
partiyalar lazımi nəticələr çıxarmaq
əvəzinə onları
iflasa sürükləyən
taktikalarını davam
etdirməyə üstünlük
verdilər və nəticədə sosial dayaqlarını bütünlüklə itirməli
oldular, marginallaşdılar,
cəmiyyətin mütləq
əksəriyyətinin nəzərində
yad ünsürlərə
çevrildilər. Artıq
neçə illərdir
ki, ənənəvi müxalifətin yeganə
fərqləndirici xüsusiyyəti
nəyin bahasına olur olsun hakimiyyətə
gəlməkdir. Sübut etməyə
ehtiyac yoxdur ki, nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək istəyi demokratik cəmiyyətlərdə
adi norma sayılan siyasi azadlıqlar anlayışının
bütünlüklə təhrif
olunması, zədələnməsidir
və onun demokratiya anlayışı
ilə hər hansı əlaqəsindən
söhbət gedə bilməz. Bu, xaos və
anarxiyaya aparan başlıca yoldur ki, vaxtilə sınaqdan keçirilib, insanlar onun ağır
fəsadlarını yaşayıblar
və bu səbəbdən də bir daha təkrar
olunmasına qətiyyən
imkan verməzlər. Xalqın mandatını qazanmağın
yeganə vasitəsi yalnız və yalnız inamdan, etimaddan ibarətdir. Ənənəvi müxalifətin
haqqında söhbət
etdiyimiz siyasi resursu çoxdan tükənib və bu gün onun
xalqla bağlılığını
sübuta yetirən nəyisə tapmaq qeyri-mümkündür. Əhalinin
müxalifətə
illərdir davam edən etinasızlığı
ilk növbədə məhz xalqla heç bir əlaqəsinin olmamasının
nəticəsi kimi başa düşülməlidir,
- deyə Əli Əhmədov bildirmişdir.
Yeni Azərbaycan Partiyasının
Sədr müavini Əli Əhmədov sözügedən ənənəvi
müxalifətin xeyli
zamandır əsas etibarilə virtual aləmdə mövcud olduğunu qeyd edərək bildirmişdir
ki, əslində bunun özü də həmin müxalifətin iflasının
nəticəsi və təzahür forması sayıla bilər: Ənənəvi
müxalifətin virtuallığı
təkcə real həyatdan ayrılmağında
deyil, həm də manipulyasiyalarla özünü cəmiyyətə
real güc kimi təqdim etməyə çalışmasında
təzahür edir. Bu qəbildən olan çabalamalara, bəlkə də, fikir verməyə dəyməz. Əgər kimsə özünü virtual aləmdə, trolların ətrafında
güc sahibi sanıb təsəlli tapırsa, qoy tapsın. Vaxtilə ölkədə keçirilən prezident seçkilərindən sonra
məğlub müxalifət
nümayəndəsinin təxminən
bir il özünü
prezident adlandırması
kimi tragikomik hadisə yaddaşlardan silinməyib. İndi isə yeni bir
tragikomik hadisə müşahidə olunmaqdadır:
məlum virtual müxalifət anonim tərəfdarlarının manipulyasiyaları sayəsində
özünə ana müxalifət adı qoyub. Cəmiyyət bütün bunlara öldürücü sükutla
cavab verir. Lakin görünür, virtual müxalifət öz uydurduğu yalana özü inanmağa başlayıb.
Belə olmasaydı, bir neçə gün əvvəl virtual aləmdə sentyabr ayının 28-də
keçirmək istədikləri
mitinqdə insanların
iştirakı ilə
bağlı sorğu aparmaq niyyətinə düşməzdilər. Hesab edirəm
ki, virtual müxalifətin bu addımı onlardan ötrü soyuq duş effekti yaratdı: sorğuda iştirak edənlərin təxminən 90 faizi mitinq çağırışına
yox dedi və virtual müxalifət daha acınacaqlı mənzərəni
görməmək üçün
sorğuları dayandırmalı
oldu. Buna iflasdan başqa ad vermək mümkün deyil. Lakin bizi maraqlandıran
təkcə insanların
əksəriyyətinin həmin
sorğulara mənfi reaksiyası deyil, zira nəticənin belə olacağına əsla şübhəmiz
yox idi. Bizim üçün sorğunun digər vacib nəticəsi müxalifətin virtuallığının
daha bir əyani sübutu olmasındadır. Bir daha isbat olundu
ki, ənənəvi müxalifətin əhali arasında dayaqları tamamilə sıfır həddindədir və onlar öz mövcudluğunu
göstərmək üçün
virtual görüntü
yaratmaqdan savayı çarə tapa bilmirlər. Virtual şəkildə isə mitinq keçirmək mümkün olmadığından
bu cür cəhdlər iflasa gətirib çıxarır.
Virtuallıq müxalifətin əsl mahiyyətini ört-basdır
etmək üsuludur. Virtual olaraq özlərini nə qədər demokrat, insan haqları fədaisi göstərməyə
çalışsalar da,
real həyatdakı qəddar, əzazil sifətləri gec-tez üzə çıxır.
Virtual demokratların
ailə üzvlərinə
qarşı illərlə
siyasi məqsədlərlə
gizlədilən qəddarlığı
bir neçə gündür bəzi dairələrdə geniş
müzakirə və ikrah obyektinə çevrilib. Bu hadisə virtual müxalifətin iflasının
və ifşasının
daha bir sübutu olmaqla yanaşı, həm də riyakar mahiyyətinin qabarıq göstəricisidir.
Azərbaycan xalqı reallığı
düzgün qiymətləndirməyi
bacarır. İnkişaf,
sabitlik, təhlükəsizlik
həyatımızın başlıca
reallığı, fundamental
dəyərləridir. Bu dəyərlərə
qarşı çıxanlar,
ölkədə sabitliyi
pozmağa cəhd göstərənlər həmişə
olduğu kimi, yenə də xalqın ən ağır qınağına
tuş gəlirlər.
İnsanlar rahat həyatını, inkişafı,
əmin-amanlığı kimlərinsə
boş vədlərinə
qurban vermək niyyətində deyillər.
Prezident İlham Əliyevə, Onun siyasətinə inam və etimad kifayət qədər yüksəkdir. Bu inam illərin təcrübəsinə söykənir
və onu zəiflətmək heç
kimə müyəssər
olmayacaq.
İnsanlar görür
və inanırlar ki, bu günümüz
nə qədər gözəldirsə, sabahımız
daha gözəl olacaq.
Yeni Azərbaycan.- 2019.- 28 sentyabr.- S.3