Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının
təqdimatında iştirak
edib
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə
peşə kursu keçmiş istedadlı
gənclərin birgə
iştirakı ilə
hazırlanan “Nəsimi”
antreprizası təqdim
olunub.
AZƏRTAC xəbər
verir ki, tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən,
böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən
Nəsimi – şeir, incəsənət və
mənəviyyat Festivalına
həsr olunub.
Nizami Kino
Mərkəzində nümayiş
olunan antreprizanın təqdimatında Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Tamaşanın təqdimatından əvvəl
əlilliyi olan şəxslərin Nəsiminin
həyat və yaradıcılığına həsr
etdikləri, 30-a yaxın
incəsənət nümunəsindən
ibarət “Nəsimi” sərgisi nümayiş etdirilib.
Leyla Əliyeva
sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə
söhbət edib.
Sonra “Nəsimi”
antreprizası nümayiş
olunub.
Plastik üslubda
təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və yaradıcılığından
bəhs edir. Başlanğıcda qanunla ifa edilən
musiqidəki hər bir not Nəsiminin
ideologiyasının və
onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq
doğru yola istiqamətlənməsi, bu
yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması,
onun mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi dünyada nura qovuşmağı böyük
məharətlə təqdim
olunur.
Tamaşanın quruluşçu rejissoru
və bədii rəhbəri Nihad Qulamzadə, plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayev, bəstəkarı
Vüqar Camalzadə, quruluşçu rəssamı
Vüsal Rəhimdir. Tamaşada rolları Elşən Əsgərov, Rafael Şahbəyli,
Səmayə Ağayarova,
Cəmilə Məmmədli,
Mehdi Cənnəti, Aysel
Əlizadə, Rəhimə
Abdinova, Elvin Mirzəyev,
Pegah Dafe, Riad Sultanov və
başqaları ifa ediblər. Tamaşa üçün xüsusi səhnə qurulub, 20-dən çox musiqi bəstələnib,
özəl kostyumlar tikilib, əlilliyi olan şəxslərlə
işləyən xoreoqraf
dəvət olunaraq xüsusi plastik həllərdən istifadə
edilib.
Antreprizanın diqqəti cəlb edən fərqli cəhəti tamaşada iştirak edən gənclərin hərəkət
məhdudiyyətli olmalarına
baxmayaraq, bədii plastikadan bacarıqla istifadə edə bilmələri olub. Onlar istedadlı ifa tərzləri, rəqsləri
və s. ilə Nəsimi şeiriyyətinin
ruhunu, fəlsəfəsini,
ümumən Nəsimi
dühasını 55 dəqiqəlik
tamaşa boyu auditoriyaya dolğun şəkildə çatdıra
biliblər.
Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların
reabilitasiyası və
cəmiyyətə inteqrasiyası
Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər
ildən-ilə geniş
vüsət alır.
Əlilliyi olan şəxslərin, sağlamlıq
imkanları məhdud gənclərin və uşaqların qayğı
ilə əhatə olunmasında, onlar üçün reabilitasiya
imkanlarının genişləndirilməsində,
sosial xidmət müəssisələrində müasir tələblərə
uyğun yaşayış
və reabilitasiya şəraitinin yaradılmasında
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərinin
böyük rolu var. Heydər Əliyev Fondu bu sahəyə,
eyni zamanda, əlilliyi olan şəxslərin bacarıqlarının
cəmiyyətə tanıdılması
işlərinə mühüm
töhfələr verib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslərin və sağlamlıq imkanları
məhdud uşaqların
sosial reabilitasiyası
və cəmiyyətə
inteqrasiyasına dəstək
göstərir. Leyla Əliyevanın fiziki
məhdudiyyətli insanlara,
sosial müəssisələrin
sakinlərinə xeyirxah,
qayğıkeş münasibəti,
habelə həmin müəssisələrə tez-tez
gedərək onlarla görüşməsi bunun
bariz nümunəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarının
dəstəklənməsi sahəsində
layihələr həyata
keçirir. Həmin məqsədlə ümumrespublika səviyyəli
sərgi-yarmarkalar, baxış
müsabiqələrinin təşkili,
xüsusi bacarıqları
ilə fərqlənən
əlilliyi olan şəxslərin mükafatlandırılması
tədbirləri ənənəvi
xarakter alıb. Nazirlik tərəfindən ilk dəfə
olaraq sosial müəssisələrin istedadlı
sakinlərinin yaradıcılıq
fəaliyyətini əhatə
edən, 278 səhifəlik
“Əlillik qüsur deyil” kitab-albomu nəşr edilib. Kitab-albomdakı mətnlər Azərbaycan
və ingilis dillərindədir.
Əlilliyi olan şəxslərdən
ibarət ƏSA Teatrı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq
imkanlarını və
repertuarını xeyli
genişləndirib. Bu dəstək nəticəsində
teatrın Moris Meterlinkin “Göy quş” pyesi əsasında hazırladığı
eyniadlı tamaşa ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanıb.
Hazırlanan “Nəsimi” antreprizası
da bu sahədə uğurlu işlərin davamıdır və əlilliyi olan istedadlı şəxslərin
Nəsimi yaradıcılığına
böyük maraq və məhəbbətini
özündə ifadə
edir.
Nazirlik ƏSA Teatrı ilə birgə gələcəkdə
də bir sıra yeni uğurlu layihələr həyata keçirməyi
nəzərdə tutur.
Yeni Azərbaycan.-
2019.- 28 sentyabr.- S.2