Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması
“Gate to Heaven” filminin prodüserlərinə etiraz
məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icması
işğal olunmuş
ərazilərimizdə çəkilən
“Gate to Heaven” adlı filmin prodüserlərinə
etiraz məktubu ünvanlayıb.
Bu barədə
AZƏRTAC-a “Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması” İctimai
Birliyindən məlumat
verilib.
Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icmasının
rəhbəri Tural Gəncəliyev məktubda
bildirir:
Mən sizə
Azərbaycan Respublikasının
işğal olunmuş
Dağlıq Qarabağ
bölgəsində “Cənnətə
aparan yol” filminin çəkilişində
iştirak etdiyinizə
görə yazıram.
Bu filmi “Cəhənnəmə
aparan yol” kimi adlandırmaq daha doğru olardı, çünki çəkilişin aparıldığı
ərazilər güc
tətbiqi nəticəsində
işğal edilib və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulub.
Siz yəqin
ki, Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycanın
ərazilərinin, Dağlıq
Qarabağ bölgəsi
və ətraf yeddi rayonun işğal
edilməsindən xəbərdarsınız.
Ermənistanın işğal
olunmuş ərazilərdə
azərbaycanlı əhalinin
etnik təmizləməsini
həyata keçirməsi
nəticəsində bir
milyondan çox azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşüb. Hazırda
Dağlıq Qarabağın
azərbaycanlı icmasının
80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın
müxtəlif bölgələrində
məcburi köçkün
vəziyyətində yaşamağa
məcbur olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ
bölgəsində yerləşən
Xocalı adlanan kiçik bir şəhərin azərbaycanlı
əhalisinə qarşı
Ermənistan silahlı
qüvvələri tərəfindən
törədilən qanlı
faciəni, oxşarı
olmayan qırğını
xatırlatmaq kifayətdir.
Bir gecə ərzində - 1992-ci il fevralın 26-da 613 nəfər
xüsusi qəddarlıqla
öldürülüb, onlardan
106-sı qadın, 63-ü uşaq
və 70-i yaşlılar
idi. Bu faciə
Xocalı soyqırımı
kimi tanınıb və bu soyqırımı
barədə ətraflı
məlumatları müxtəlif
veb-səhifələrdən, o cümlədən http://www.karabakh.az/ səhifəsindən əldə
etmək olar.
BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsi (1993-cü il)
Dağlıq Qarabağ
bölgəsini Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının
Azərbaycanın işğal
olunmuş ərazilərindən
təcili və qeyd-şərtsiz çıxarılmasını
tələb edir. Bu tələb
ATƏT, NATO, Qoşulmama Hərəkatı,
Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların
qətnamələri və
qərarlarında təsdiqlənib.
Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması, işğal
olunmuş torpaqlarımızda
film çəkilməsi
təşəbbüsü ilə bağlı dərin təəssüf
hissi keçirir, bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan
bölgədə separatizmi
və irredentizmi dəstəkləyəcəyini
düşünürük. Utandırıcı haldır ki,
sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi
təcavüzü nəticəsində
məcburən öz torpaqlarından qovulmuş
minlərlə azərbaycanlının
əsas insan hüquqlarının (öz
vətənlərində yaşamaq
hüququ, mülkiyyət
hüququ və s.) kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, qeyd olunan filmin çəkilişində
iştirak etməklə,
siz, Azərbaycan ərazilərinin işğalının
möhkəmlənməsinə şüurlu şəkildə
kömək etmiş olursunuz.
Biz, münaqişənin tezliklə sülh yolu ilə həll
olunması və azərbaycanlı icmanın
Dağlıq Qarabağ
bölgəsinə ən
qısa zamanda qayıdışına inanaraq,
sizi və bu təşəbbüsə
qoşulan bütün
şəxsləri Azərbaycan
ərazilərinin işğalı,
separatizmin dəstəklənməsi
və təşviq
edilməsini dayandırmağa çağırırıq. Əksinə,
Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində
erməni icmasının
azərbaycanlılarla birgəyaşayışına
dair filmlərin çəkilməsi ideyası
regionda sülh, sabitlik, tərəqqi və davamlı inkişafa töhfə verə bilər.
Biz Dağlıq
Qarabağ ərazisində
hazırda yaşayan insanların bu ərazilərdə baş
vermiş ədalətsizliyi
və qan töküldüyünü bildiyini
və bəzilərinin
buna şahid olmalarına rəğmən
necə normal yaşadıqlarını həmişə
sorğu edirik.
Sizi sülhü,
ədaləti və inkişafı dəstəkləməyə
və Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsinin erməni
və azərbaycanlı
icmalarının əməkdaşlığı
istiqamətində fəaliyyət
aparmağa dəvət
edirik.
Yeni Azərbaycan.-
2019.-8 yanvar.- S.6.