Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri olan alim

 

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş sərgi açılıb

Ziyadxan Əliyevin Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri var. O, 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli xarici ölkələrin mətbuatında təbliğ etməkdədir. Bu mənada ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan, Özbəkistan, Türkmənistan Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələri qeyd etmək olar. O, hər zaman çox cəsarətli sənətşünas kimi əsl sənət fədailərindən yazıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqında açılmış sərgidə səslənib.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ziyadxan Əliyevin yaradıcılığından söz açıb. Bildirib ki, Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Z.Əliyev, həm Azərbaycan Rəssamlar İttifaqının nəzdindəkiTənqid sənətşünaslıqbölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Miniatür Kitab Muzeyinin təsisçisi yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət tanıtma müşaviri İrfan Çiftçi, şair-publisist Azər Abdulla başqaları vurğulayıblar ki, Ziyadxan Əliyev müasir Azərbaycan sənətşünaslığında təsviri sənətin ən müxtəlif problemləri haqqında dolğun ətraflı tədqiqat işi aparan, tədqiqatlarını çoxsaylı kitablar, məqalələr kataloqlar şəklində ictimaiyyətə təqdim edən alim kimi tanınır. Ziyadxan Əliyev hər bir yeni işində axtarışlara meyilli olan faktlara əsasən yeni söz deməyi bacaran sənətşünasdır.

Qeyd edilib ki, o, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.

Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isəQərbi Avropa rus incəsənətielmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub. Qeyd edilib ki, bu cür uğurlu elmi atribusiyalar milli sənətşünaslığımızda muzeyşünaslığımızda rast gəlinən nadir hadisələrdəndir.

Sənətşünas Ziyadxan Əliyev həm təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi publisistik məqalələrin müəllifidir. O, hələ təhsil illərindəQobustanjurnalındaŞamaxının qədim abidələriadlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Bundan sonra onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

O, təsviri sənət sahəsində həm bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuşAzərbaycan ekslibrisikitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin - kitab nişanının Avropadan da çox qabaq Şərqdə - Azərbaycanda yaradıldığını sübut edib. Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsi qoymuş Mir Möhsün Nəvvabın yaradıcılığı haqqında kitab yazıb. “M.M.Nəvvabın rənglər aləmikitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilib.

Qeyd edilib ki, sənətşünasın təşəbbüsü axtarışları nəticəsində hələ sovet dönəmində - 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarətƏzizim Vətən yaxşı...” adlı tarixi sərgi təşkil olunub.

Ziyadxan Əliyevin çoxsaylı kitabların kataloq mətnlərinin müəllifi olduğunu bildirən natiqlər müəllifin Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuşSənətin Məcnunukitabını xüsusi qeyd ediblər. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitabı təqdirəlayiq tədqiqat əsəri kimi dəyərləndiriblər.

Ziyadxan Əliyevin bir alim kimi gənc sənətşünasların yetişməsində müstəsna xidmətləri olduğunu söyləyən çıxışçılar vurğulayıblar ki, o, hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirir. Bildirilib ki, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır. O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı məruzəçisi olub, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin hazırda yeni-yeni mövzular üzərində işlədiyini söyləyən natiqlər onun qədim milli-mənəvi dəyərlərimizin indiyə qədər qaranlıq qalan səhifələrinə işıq sala biləcək axtarışları davam etdirəcəyinə yeni tapıntılarla sənətşünaslıq elminə layiqli töhfələr verəcəyinə inamlarını ifadə ediblər.

Tədbir çərçivəsində Ziyadxan Əliyevin 70 illik yubileyinə həsr olunmuşSənətşünas taleyikitabının da təqdimatı olub. Kitaba sənətşünasın müxtəlif illərdə respublikamızın qəzet jurnallarında çap olunmuş məqalələri sənət haqqında fikirləri daxil edilib.

Tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirən yubilyar bundan sonra da Azərbaycan rəssamlarının yaradıcılığına işıq salacaq yeni əsərlərlə sənətsevərlərin görüşünə gələcəyini söyləyib.

Sonra iştirakçılar Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə açılmış sərgi ilə tanış olublar.

Sərgidə sənətşünasın uzun illər haqqında yazdığı rəssamların ən dəyərli əsərləri nümayiş olunub.

Yeni Azərbaycan.- 2019.- 10 yanvar.- S.4.