“Azərbaycan parlamentarizmi tarixi”: milli parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan fundamental tədqiqat əsəri
İkicildlik kitab multidisiplinar
üslubda yazılmaqla
tarix, politologiya, siyasi sosiologiya, müqayisəli politologiya
sahələrini əhatə
edir, yeni elmi-tədqiqat əsərlərinin
yaradılması üçün
mötəbər elmi
mənbə səciyyəsi
daşıyır
Yola saldığımız 2018-ci il Azərbaycan üçün çox mühüm uğurlar və əlamətdar hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin
rəhbərliyi ilə
həyata keçirilən
uğurlu siyasət nəticəsində bütün
sahələrdə tarixi
əhəmiyyətə malik
olan möhtəşəm
nailiyyətlər əldə
olundu. Ardıcıl islahatlar və
məqsədyönlü tədbirlərin
müvəffəqiyyətlə davam etdirilməsi, tarixi nailiyyətlərin altına imza atılması Azərbaycan
Respublikasının qüdrətinin
- milli gücünün
daha da artmasını
təmin etmiş oldu.
Bununla yanaşı,
2018-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyi ilə əlaqədar respublika miqyasında və ölkəmizin hüdudlarından kənarda
silsilə tədbirlər
keçirildi. Xüsusi vurğulamaq gərəkdir
ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin
ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsi
dövlətimizin başçısının
milli dövlətçilik
tariximizə diqqət
və qayğısının
göstəricisidir. Ötən
il mayın
28-də isə Heydər
Əliyev Mərkəzində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi münasibətilə
rəsmi qəbul təşkil edildi. Tədbirdə geniş nitq
söyləyən Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan xalqının bu tarixi hadisə ilə haqlı olaraq fəxr etdiyini, Cümhuriyyətin
23 aylıq qısa fəaliyyəti dövründə
böyük işlər
gördüyünü vurğuladı.
Bütövlükdə, “Azərbaycan Xalq
Cümhuriyyəti İli”ndə
keçirilən çoxsaylı
tədbirlər dövlətçilik
tariximizin və ənənələrimizin öyrənilməsi,
təbliğ olunması,
xüsusilə gənc
nəslin dövlətçilik
şüurunun möhkəmlənməsi
baxımından müstəsna
əhəmiyyətə malik
oldu.
Digər tərəfdən, 2018-ci ildə
Azərbaycan parlamentinin
100 illiyi də ölkəmizdə silsilə
tədbirlərlə qeyd
edildi. Sentyabrın 21-də Milli Məclisdə
Azərbaycan parlamentinin
100 illiyi münasibətilə
təntənəli iclas
keçirildi. Xarici ölkələrdən
dəvət olunmuş
çoxsaylı qonaqların
iştirak etdiyi iclasda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev nitq söylədi. Dövlətimizin başçısı nitqində ölkəmizdə
parlament institutunun formalaşması, keçdiyi
yol barədə danışdı. Cümhuriyyət
dövrü parlamentinin
200-dən çox qanun
qəbul etdiyini, qadınlara səsvermə
hüququ verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Milli Məclisinin əsası
100 il əvvəl qoyulmuş demokratik ənənələri bu gün uğurla davam etdirdiyini, milli maraqların tam şəkildə təmin
olunmasında önəmli
rolunu diqqətə çatdırdı.
Parlamentin
100 illiyi ərəfəsində
Azərbaycanın parlamentarizm
ənənələrinin dərindən
tədqiq edilməsi, öyrənilməsi baxımından
həyata keçirilən
ən mühüm tədbirlərdən biri Milli Məclisin spikeri Oqtay Əsədovun
elmi məsləhətçiliyi
və redaktorluğu, parlamentin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradovanın, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının
və AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Vasif Qafarovun müəllifliyi ilə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın işıq üzü görməsi oldu.
Ümumiyyətlə, ölkəmizdə parlamentarizmin
tarixi və ənənələri haqqında
ilk dəfədir ki, kitab dərc olunub. “Azərbaycan parlamentarizmi tarixi” kitabı ölkəmizdə
milli parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan birinci kitab kimi
böyük əhəmiyyətə
malikdir. Nəşrlərdə
Azərbaycan parlamentarizminin
tarixi təkcə 100 il bundan
əvvəl Cümhuriyyət
qurucularının yaratdığı
parlamentin tarixi ilə əlaqəli şəkildə göstərilməyib.
Müəlliflər həmçinin ölkəmizdə
parlamentarizmin qədim
tarixi ənənələrə
malik olduğunu göstərmək üçün
ilk dəfə olaraq bu istiqamətdə dərin, sistemli tədqiqatlar aparıblar.
Zəngin
mənbə və ədəbiyyatlardan geniş
istifadə edilməklə
yazılmış iki
cilddən ibarət əsərin birinci cildində qədim və orta əsrlər
Azərbaycan dövlətlərində
qərarların qəbul
edilməsi ənənəsi,
Azərbaycanın şimalının
çar Rusiyası tərəfindən işğal
edilməsindən sonra
qanun və qərarların qəbulolunma
qaydası, Dövlət
dumalarında azərbaycanlı
deputatların fəaliyyəti,
Birinci dünya müharibəsinin sonlarında
Cənubi Qafqaz regionunda yaranmış parlamentarizm sistemində azərbaycanlı nümayəndələrin
iştirakı, Azərbaycan
Milli Şurasının,
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
yaradılması və
fəaliyyəti, sovet
hakimiyyəti qurulduqdan
sonra yaradılmış
Müvəqqəti İnqilab
Komitəsinin, Ümumazərbaycan
Sovetlər qurultaylarının,
Mərkəzi İcraiyyə
Komitəsinin və Azərbaycan SSR Ali Sovetinin
tarixi, sovet hakimiyyəti illərində
Azərbaycan əleyhinə
müəyyən erməni
dairələrin fəaliyyəti
və ona qarşı respublikanın
hakimiyyət orqanlarının,
o cümlədən parlamentin
mövqeyi araşdırılıb.
Arxiv sənədlərinin, demək
olar ki, hamısı elmi dövriyyəyə ilk dəfə
gətirilib.
Monoqrafiyanın 1991-2018-ci illəri əhatə
edən ikinci cildində isə dövlət müstəqilliyinin
bərpası, SSRİ-nin
dağılmasından sonrakı
şərait, Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü,
Xocalıda törədilən
soyqırımından sonra
və 1992-ci ilin mayından 1993-cü ilin iyununadək ölkədə
yaranmış vəziyyət,
ümumi böhran, Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi,
Milli Məclisin Sədri, ölkə Prezidenti seçilməsi,
atəşkəsin elan
edilməsi, “Əsrin müqaviləsi”nin imzalanmasından
sonrakı şəraitin
parlamentdə müzakirə
edilməsi, Azərbaycanda
dövlət çevrilişi
cəhdlərinin qarşısının
alınması, ictimai-siyasi
sabitliyin təmin olunması və iqtisadi inkişafın, yüksəlişin əsasının
qoyulması, Milli Məclisə ilk seçkilər
və müstəqil Azərbaycan Respublikası
Konstitusiyasının qəbul
edilməsi, islahatların
həyata keçirilməsi,
II, III, IV, V çağırış Azərbaycan Respublikası
Milli Məclisinin fəaliyyəti, parlament diplomatiyası ən mötəbər mənbə
və ədəbiyyatlardan
geniş istifadə edilməklə tədqiq olunub. Kitabın ikinci cildində
də arxiv sənədlərinin, demək
olar ki, hamısı elmi dövriyyəyə ilk dəfə
gətirilib.
Kitabda həmçinin
Azərbaycan dövlətçilik
tarixinin dönüş
nöqtələri hesab
olunan hadisələrə
və tarixi mərhələlərə dair
analitik qənaətlər
faktlar əsasında diqqətə çatdırılıb.
Qeyd edilib ki, 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan KP
MK-nın birinci katibi vəzifəsinə seçilməsindən sonra
Azərbaycanın inkişafında
yeni bir mərhələ başladı.
Azərbaycanda sənaye,
kənd təsərrüfatı,
elm, təhsil, mədəniyyət və
digər sahələrdə böyük tarixi əhəmiyyət daşıyan tədbirlər
həyata keçirildi.
Vurğulanıb ki, 1993-cü ildə
isə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbiylə
hakimiyyətə gəlməsi
ilə ölkə separatçılıqla parçalanmaqdan,
dövlət dağılmaqdan,
xalq isə vətəndaş müharibəsindən
qurtuldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
və gərgin səyləri ilə
ölkədə geniş
sosial-iqtisadi, hüquqi,
demokratik islahatlara başlandı, ordu quruculuğu sahəsində
sistemli və məqsədyönlü tədbirlər
reallaşdırıldı, geniş beynəlxalq fəaliyyət həyata keçirildi. O da
diqqətə çatdırılıb
ki, 2003-cü ildə keçirilən prezident seçkilərində cənab
İlham Əliyevin xalqın böyük etimadı əsasında ölkə başçısı
seçilərək hakimiyyətə
gəlməsi ilə ölkə müasir, modern və rəqabətə davamlı
dövlət quruculuğu
dönəminə
qədəm qoydu, geniş demokratik islahatlar davam etdirildi.
Kitabda, eyni
zamanda, böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ölkə parlamenti, onun fəaliyyəti haqqında
fikirləri diqqətə
çatdırılıb. Bütövlükdə, həmmüəlliflər Azərbaycanda
tarixən qərarların
qəbul edilməsi ənənəsinin öyrənilməsini,
parlamentin dövlət
idarəçiliyi sistemində
tutduğu yerin, oynadığı rolun dəyərləndirilməsini, eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri
araşdırmaları
özündə əks
etdirən, ümumiləşmiş
tədqiqat əsəri
ortaya qoymağı başlıca məqsəd
kimi müəyyənləşdiriblər
və buna nail olublar. Məsələlərin
tədqiqi zamanı tarixi-xronoloji, sistemli yanaşma, şərh, təhlil, müqayisəli
təhlil metodları əsas götürülüb,
elmi-nəzəri ümumiləşdirmələr
aparılıb.
Kitab multidisiplinar üslubda
yazılmaqla tarix, politologiya, siyasi sosiologiya və müqayisəli politologiya
sahələrini əhatə
edir, gələcəkdə
çoxsaylı elmi-tədqiqat
əsərlərinin yaradılması
üçün mötəbər
elmi mənbə və əhəmiyyətli
baza səciyyəsi daşıyır. Əsər
siyasətçilər, tələbələr, alimlər və Azərbaycan parlamentarizmi tarixi ilə maraqlanan şəxslər üçün
nəzərdə tutulub.
Hikmət BABAOĞL
Yeni Azərbaycan.- 2019.- 10 dekabr.-
S.5.