şəhərRəsm Qalereyasında gənc rəssam Fidan ƏliyevanınHəyat şəfqətiadlı fərdi sərgisi açılıb

 

Yanvarın 14-də Bakının yeni cəlbedici məkanlarından olan şəhərRəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın rəngkarlıq əsərlərindən ibarətHəyat şəfqətiadlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açıb. Bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Fidan Əliyevanın bu fərdi sərgisi həm onun sənətsevərlərə növbəti yaradıcılıq hesabatıdır.

Bu gün Fidan Əliyevanın fərdi sərgisinin açılışına toplaşmışıq. Rəssam Azərbaycanın mədəni mühitində yaxşı tanınır. Bu sərgini yeni yaradıcılıq hesabatı da adlandırmaq olar. Sərgidə nümayiş olunan əsərlər rəssamın özünəməxsus yanaşma tərzini göstərir. Fidan xanım ətrafda gördüyü bütün gözəllikləri əsərləri vasitəsilə insanlara çatdırmağa çalışır. Filan Əliyevanın yaradıcılıq karyerasında bir neçə sərgi var. 2016-cı ildə Muzey Mərkəzində rəssamınGünəşə doğruadlı ilk fərdi sərgisi açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə - Tbilisidə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın ilk əsəri Luvrda Azərbaycan rəssamlarının vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm BakıdaWhite Studio GalleryArt Toverqalereyalarında gerçəkləşən iki qrup sərgisində iştirak edib”, - deyə Q.Qasımov vurğulayıb.

Sərgidə nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu, gənc rəssamın sayca üçüncü sərgisidir. Bu əsərlərin içində peyzaj natürmort janrında olanlar üstünlük təşkil edir. Sərgi rəssamın gənc olmasına baxmayaraq, əsl peşəkarlığından xəbər verir.

Fidan Əliyevaya yeni yaradıcılıq uğurları arzulayan S.Məmmədov onun gələcəkdə ölkənin ən tanınmış fırça ustalarından biri olacağına inamını ifadə edib.

Gənc rəssamın yaradıcılığından danışan müəllimi, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür.

S.Məmmədov tələbəsinin istedadından yaradıcılığından söz açıb. Sərginin əhəmiyyətindən danışaraq, tələbəsinin sənətə sevgisindən, onun yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs edən Xalq rəssamı S.Məmmədov Fidan xanıma gələcək yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə Cəmilə Həşımova gənc fırça ustasının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərginin təşkilatçılarına açılış mərasiminin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyib. Rəssam deyib: “Mən tamaşaçılara pozitiv emosiyalar bəxş etməyə çalışıram. Bu səbəbdən əsasən gülləri təsvir edirəm. Çalışıram ki, güllər insanlarda ən gözəl hisslər yaratsın, onları biganə soyuq olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın. Bir sözlə, istəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın. Güllər Günəşə doğru can atdığı kimi, insanlar da həyata - yaşamağa doğru can atmalı, məyusluğa problemlərə təslim olmamalıdır. Bu işdə onlara kömək etmək, xeyirxahlıq, sevgi sevinc enerjisini bölüşmək istəyirəm”.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə təsviri sənətdə öz sözünü cəsarətlə deyən Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilib. Onun tablolarına düşündürücü kompozisiya həlli stilistik müxtəliflik xasdır. Əsərlərindən görünür ki, gənc rəssam daha parlaq çalarlarla işləməyə üstünlük verir. Rəssamın hər bir əsəri avtoportret təsiri bağışlayır bütün tablolardan sanki onun əhval-ruhiyyəsi hissləri süzülür. Bu hisslər bəzən o dərəcədə qabarıq nəzərə çarpır ki, tamaşaçı tablonun qarşısında ayaq saxlamalı olur. Onun əsərlərində rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulur. F.Əliyevanın əsərlərinin mövzu dairəsi genişdir - gülləri yetişmiş meyvələri təsvir edən natürmortlar günəşli yay həzin payız mənzərələri ilə əvəzlənir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.

Bakıda dünyaya göz açan rəssam ADA Universitetinin məzunudur. Xüsusi rəssamlıq təhsili olmayan bu gənc sənətin sirlərinə Azərbaycan Memarlıq İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət Dizayn Kollecində incəsənət kurslarında yiyələnib.

Müəllifin yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər xüsusi yer tutur. Bu mövzudakı hər bir əsərində Vətənə böyük sevgi ilk baxışda nəzərə çarpır. Bir sözlə, Fidan kimi gənc istedadlı rəssamların yaradıcılığı Azərbaycan təsviri sənətinin gələcəyi barədə nikbin fikir söyləməyə əsas verir.

Böyük maraqla qarşılanan sərgi yanvarın 21-dək davam edəcək.

Yeni Azərbaycan.- 2019.- 15 yanvar.- S.6.