20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm yer tutur

 

Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:

- Fəzail müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 29-cu ildönümünü, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri rolu nədən ibarətdir?

- Ümumiyyətlə, 20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət eyni zamanda, faciə tarixidir. Qeyd edim ki, bu hadisənin dərin kökləri mövcuddur. 20 Yanvar faciəsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hökumətinin 1920-ci ildən 1990-cı ilə qədər apardığı anti-Azərbaycan, antimilli siyasətinin sonuncu akkordu idi. Sovet hökuməti qurulduqdan sonra Azərbaycanın dilinə, dininə, əxlaqına, mədəniyyətinə zidd olan yeni sosial-siyasi proseslər başladı.

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə minlərlə insan güllələnib. İlk bir il ərzində 48 min insanın güllələnməsi əslində soyqırımı deməkdir. Daha sonra məlum repressiya illərində minlərlə azərbaycanlı öldürüldü. İkinci Dünya müharibəsindən sonra isə azərbaycanlılara qarşı deportasiya baş verdi, soydaşlarımız öz dədə-baba yurdlarından zorla köçürüldülər. Bunların hamısı bir zəncirin həlqələri idi. 20 Yanvar faciəsi isə zəncirin son həlqəsi idi.

Hesab edirəm ki, Yanvar hadisələri məhz Dağlıq Qarabağ məsələsi üzərində yarandı. Keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqını susdurmaq, milli azadlıq mübarizəsini qırmaq üçün fürsət gözləyirdi. Bəzi hadisələrin baş verməsinə Kremlin özü şərait yaratdı ki, Bakıya qoşun yeritsin. Beləliklə, 1990-cı il yanvarın 19-da Azərbaycana, Bakıya hücum edildi. Hücumu kriminal adamlardan, narkomanlardan formalaşdırılan dəstələr həyata keçirdi. 29 il əvvəl keçmiş sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları azadlığı uğrunda ayağa qalxan xalqın inam iradəsini sıradan çıxarmaq, həmçinin sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədənlazımiaddımları atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə, görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.

Amma bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Yanvar hadisələri tariximizə qanlı hadisə kimi yazıldı. Bütün bu qanlı hadisələrdə ermənilərin rolu böyük olub.

20 Yanvar faciəsi baş verəndən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ona görə , hesab edirəm ki, 20 Yanvar şərəf ləyaqət tarixidir. Bir təsəllimiz var ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur. Azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatdı, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa etdi. Bu gün müstəqil dövlətimizlə hər bir vətəndaşımız qürur duyur.

- 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idimi? Ovaxtkı respublika rəhbərliyi xalqın maraqlarına uyğun siyasət aparmırdı. Onların səriştəsizliyi qətiyyətsizliyi bu faciənin baş verməsinə dərəcədə təsir etdi?

- Həmin illərdə Azərbaycana rəhbərlik edən Kommunist Partiyasının başçıları Moskvadan gələn göstərişləri yerinə yetirirdilər. Respublikayarəhbərlikedən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayır xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirdilər. Törədilmiş cinayət onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi.

Moskva elə adamları rəhbər təyin etmişdi ki, hər bir əmrə tabe olsunlar. Şübhəsiz, 20 Yanvar faciəsinin baş verməsində Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi müəyyən rol oynadı. Əgər respublikanın başçısı keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovla ciddi şəkildə danışıqlar aparsaydı, bəlkə , qırğının qarşısı alına bilərdi. Bu mənada, hesab edirəm ki, əgər vətənpərvər, xalqın maraqlarını qoruyan insanlar hakimiyyətdə olsaydılar, 20 Yanvar faciəsinin qarşısı alınardı. Şübhə etmirəm ki, Ümummilli liderimiz Heydər Əliyev respublikanın rəhbəri olsaydı, bu faciə baş verməzdi. Çünki Heydər Əliyev böyük siyasətçi idi hər zaman xalqının maraqlarını öndə tuturdu.

- 20 Yanvar faciəsi ərəfəsində Azərbaycan informasiya blokadasına alınmışdı. Amma o zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında deyə bilərsiniz?

- 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O günlərdə Azərbaycan xalqı sanki başsız qalmışdı. Belə ağır vəziyyətdə xalqına həyan çıxan o vaxt siyasi səhnədən kənarda olan Ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı. İmperiya rəhbərliyini qatil adlandıran Heydər Əliyev faciənin törədilmə səbəblərini təşkilatçılarının adlarını açıqladı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən Heydər Əliyev baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. Ulu öndərin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi.

- Fəzail müəllim, bu gün şəhid ailələrinə göstərilən diqqət qayğını necə qiymətləndirirsiniz?

- Təbii ki, bütün şəhidlərimizin xatirəsi daim anılmalı, onların ailələri diqqət mərkəzində olmalıdır. Çünki şəhidlər milli iftixarımızdırlar. Qeyd edim ki, 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxladı. Məhz Onun təşəbbüsü ilə ölkə parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Həmçinin 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdü davamlı olaraq artırılır. Bu addımlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır.

Xalqımız, dövlətimiz hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir. Hadisənin üzərindən artıq 29 il keçməsinə baxmayaraq, keçmiş SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bütün bunlar 20 Yanvar şəhidlərinin əziz xatirəsinə olan dərin ehtiramın ifadəsidir.

 

Fəzail İbrahimli

Yeni Azərbaycan.- 2019.- 19 yanvar.- S.6.