Azərbaycanda qaçqın və
məcburi köçkünlərə
yüksək səviyyədə
diqqət və qayğı göstərilir
Ötən dövr
ərzində 300 min qaçqın və məcburi köçkün
üçün 102 müasir
qəsəbə tikilib
istifadəyə verilib
Məlum olduğu
kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasətin nəticəsində Azərbaycan
böyük inkişaf
yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə
etməklə yanaşı,
ölkəmizin iqtisadi
gücünün artmasını
təmin edib. Ümumiyyətlə, Azərbaycan
sosial dövlət kimi xarakterizə olunur. Prezident İlham Əliyev dəfələrlə bəyan
edib ki, ölkəmizdə həyata
keçirilən siyasətin
mərkəzində Azərbaycan
vətəndaşlarının maraqları dayanır. Dövlət
başçısının müəyyənləşdirdiyi bu strateji kursa
uyğun olaraq respublikamızda ədalətli
resurs bölgüsü
həyata keçirilir
və qayğıya ehtiyacı olan bütün vətəndaşlar,
o cümlədən də
şəhid ailələri,
müharibə əlilləri
dövlət tərəfindən dəstəklənir.
Bu baxımdan, ölkəmizdə Prezident
İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün
soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Son 15 il ərzində qaçqın
və məcburi köçkünlər üçün
respublikanın 30-dan artıq
şəhər və
rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb
ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Belə ki, 2018-ci ildə 5800 köçkün ailəsi
üçün fərdi
evlər, mənzillər
tikilərək istifadəyə
verilib. Bu, son illər ərzində rekord göstəricidir. Eyni zamanda, şəhid ailələrinə və
Qarabağ müharibəsi
əlillərinə 620-dən çox mənzil verilib.
Yeri gəlmişkən, qeyd edək ki, ötən il dekabrın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində
qaçqın və məcburi köçkün
ailələri üçün
inşa edilən yaşayış binaları
kompleksinin açılışı
olub. Xüsusi memarlıq üslubunda
və müasir səviyyədə inşa
olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi
üçün nəzərdə
tutulub. Ərazisi 4 hektar olan kompleksdə
ümumilikdə 12 bina,
o cümlədən səkkizmərtəbəli
səkkiz, 15 mərtəbəli
dörd bina var. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda
yerləşən 21 saylı
məktəbə əlavə
olaraq dördmərtəbəli
yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.
Ötən il
dekabrın 24-də açılışı
olan Abşeron rayonunun ərazisində
1000 məcburi köçkün
ailəsi üçün
salınmış yeni
yaşayış kompleksi
də qeyd edilənlərin təsdiqidir.
Layihə üzrə
23-ü 42, biri isə
35 mənzilli olan yeddimərtəbəli yaşayış
binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil
olduğu yeni yaşayış kompleksində
digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi,
ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.
Bu məqamda
xatırlatmaq yerinə
düşər ki,
2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi
üçün inşa
edilən yaşayış
kompleksinin təməli
qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində
470 mənzil məcburi
köçkünlərə təqdim edilib. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan
465 mənzilə Binəqədi
rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili
Tibbi Yardım Stansiyasının yarımçıq
binasından məcburi
köçkün ailələrinin
köçürülməsi başa çatıb.
Beləliklə, 2007-ci ildə ölkədəki
12 çadır düşərgəsinin
ləğv edilməsi
ilə başlanan proses nəticəsində
qaçqın və məcburi köçkünlər
üçün indiyədək
3,5 milyon kvadratmetr yaşayış sahəsi
olan müasir qəsəbələr və
çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.
Evlərlə, mənzillərlə
təmin edilmiş məcburi köçkünlərin
sayı artıq 300 minə çatır. Bu da 55 min
ailə deməkdir.
Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə
14,8 milyon manat məbləğində mikrokredit,
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığın İnkişafı
Fondu tərəfindən
isə 2 min 74 məcburi köçkün
sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti
kənd təsərrüfatı
- əkinçilik, heyvandarlıq,
bitkiçilik, arıçılıq
ilə bağlı layihələrə yönəldilib.
Ötən dövrdə
200 min məcburi köçkün büdcə
təşkilatlarında və
digər sahələrdə
daimi işlə təmin edilib. Bununla da, məcburi
köçkünlər arasında
yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək
azalıb.
Bütün bunlarla yanaşı,
Beyləqan rayonunda müvəqqəti məskunlaşmış
məcburi köçkün
ailələri üçün
bütün zəruri
sosial-texniki infrastrukturu
olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün
30 hektar torpaq sahəsi ayrılıb.
Mənzillərin 12-si birotaqlı,
73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır.
Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası,
tibb məntəqəsi,
klub-icma mərkəzi
və inzibati bina da tikilir.
Qəsəbədəki evlərin
hər birinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi
olacaq.
Bütövlükdə isə, cari ildə təqribən 5000
məcburi köçkün
ailəsi üçün
mənzillərin tikilib
istifadəyə verilməsi
nəzərdə tutulur.
Bütün bunlar sübut edir ki, Prezident İlham
Əliyev qaçqınların
və məcburi köçkünlərin problemlərinin
həllinə xüsusi
qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində
saxlayır. Dövlətimizin
başçısı qaçqınların
və məcburi köçkünlərin sosial
problemlərinin həllini
dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyən
edib. Son illərdə qaçqınlar
və məcburi köçkünlər üçün
bütün zəruri
infrastrukturla təchiz
olunmuş qəsəbələr
salınıb, çoxmərtəbəli
binalar inşa olunub. Qaçqınların və məcburi
köçkünlərin sağlamlıqlarının
təmini, sosial durumlarının yaxşılaşdırılması,
məşğulluqlarının artırılması və
digər məsələlərlə
bağlı da bir sıra mühüm
işlər görülüb.
Bu işlərə Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan
dövlətinin qaçqınların
və məcburi köçkünlərin sosial
məsələlərinin həlli
istiqamətində gördüyü
tədbirlər dünyada
çox nadir təcrübədir.
Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən
çox yüksək
qiymətləndirilir və
ondan istifadə olunur.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 26 yanvar.- S.6.