Sergey Markov: Azərbaycan
multikulturalizm dəyərlərini
inkişaf etdirən ölkə kimi məşhurdur
Azərbaycan özünümaliyyələşdirmə sistemi yaratmağa nail olub. Bu
ölkə öz layihələrinin, o cümlədən
infrastruktur sahəsində
layihələrin maliyyələşdirilməsini
özü təmin edir və bu
mənada heç kimdən asılı deyil.
AZƏRTAC xəbər verir ki, Rusiya
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu
fikirləri “Moskva-Baku”
portalına müsahibəsində
söyləyib. O qeyd edib ki, bu
gün Azərbaycanda faktiki olaraq urbanistik inqilab gedir, köhnə Bakının yerində açıq səma altında memarlıq muzeyinə bənzəyən
yeni möhtəşəm
şəhər formalaşır.
Bakı müasir urbanistik dünyanın incisidir.
S.Markov deyib:
“Azərbaycan multikulturalizm
dəyərlərini inkişaf
etdirən ölkə
və müxtəlif məzhəblərə etiqad
bəsləyən xalqların
nümayəndələrinin dinc yanaşı yaşaması nümunəsi
kimi məşhurdur. Dünyada multikulturalizmin böhran keçirdiyi şəraitdə Azərbaycan
bu ideyanın, bu həyat modelinin
drayverlərindən biri
kimi, qlobal multikultural dünyanın formalaşmasına kömək
edir”.
Onun fikrincə,
Azərbaycan İslam ənənələri ilə
Avropa dəyərlərinin
qovuşmasının gözəl
nümunəsidir. Ekspert
deyib: “Bakı Humanitar Forumu artıq çoxdan bəri müxtəlif mədəniyyətlərin nümayəndələrinin
qarşılıqlı fəaliyyət
göstərdiyi bir məkana çevrilib. Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlər - idman tarixində ilk Avropa oyunları, habelə İslam Həmrəylik Oyunları
sayəsində Azərbaycan
sivilizasiyaların qovuşduğu
məkan kimi tanındı. Azərbaycanda
mütəmadi olaraq ən müxtəlif sahələrdə beynəlxalq
əhəmiyyətli tədbirlərin
keçirilməsi turizmin
və müvafiq infrastrukturun inkişafı
üçün çox
yaxşı stimuldur. Bakıda möhtəşəm
Heydər Əliyev Aeroportu tikilib. Ən yüksək səviyyəli otellər şəbəkəsi çoxlu
sayda qonaqları və turistləri qəbul etməyə imkan verir”.
Yeni Azərbaycan.-
2019.- 26 yanvar.- S.6.