Azərbaycan Prezidentindən xalqa xidmətin növbəti nümunəsi

 

Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərman sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət qayğı isə dövlətimizin başçısının xüsusi olaraq nəzarətindədir. Elə bunun nəticəsidir ki, indiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmçinin bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın bu günlərdə Prezident Sarayında şəhid ailələri ilə görüşü onlara olan diqqət qayğının bariz nümunəsidir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”. Dövlətimizin başçısının bu fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısı bununla bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi, şəhid ailələri bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Hesab edirəm ki, bu amil xalq-iqtidar, xalq-Prezident birliyini daha da möhkəmləndirir, onu daha güclü sarsılmaz edir.

İki sahilqəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti Sərəncamı bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc minnətdarlıqla qarşılandı: Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı. Doğrudan da bu, böyük diqqətdir, qayğıdır. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun. Hesab edirəm ki, möhtərəm Prezidentimizin atdığı növbəti humanist addımlar onun xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir”.

Yeni Azərbaycan.- 2019.- 2019.- S.6

Səs.- 2019.- S.9