Sədaqət Vəliyeva: Şəhid
ailələri ilə
görüş, imzalanmış
Fərman böyük
diqqət və qayğının növbəti
təcəssümüdür
Azərbaycan Prezidentinin şəhid
ailələri ilə
görüşməsi, onları
dinləməsi, eləcə
də daha 3 minə qədər şəhid ailəsinin birdəfəlik müavinətlə
təmin olunması haqqında Fərman imzalaması dövlətimizin
başçısının bu məsələyə nə qədər həssas yanaşdığını
nümayiş etdirir.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib
ki, dövlətimizin başçısının növbəti
humanist təşəbbüsü
olan bu Fərman
əsasında 11 min manatı alacaq vətəndaşların sayı
2725 nəfər artırıldı.
Yeni Fərmanla şəhid vərəsələrinə
ödəniləcək vəsaitin
həcmi 135 milyon manata çatır:
“Prezident İlham
Əliyevin mühüm
sosial əhəmiyyət
kəsb edən və şəhid ailələrinə böyük
diqqət və qayğının növbəti
təcəssümü olan
Fərman və görüş ictimaiyyətimiz
tərəfindən də
çox yüksək
dəyərləndirilir”.
Yeni Azərbaycan.-
2019.- 30 yanvar.- S.6.