Nizami Cəfərov:
"Hamımız Prezidentimizin
ətrafında sıx
birləşməliyik"
Artıq
3 aya yaxındır ki, koronavirus pandemiyası dünyanı təşvişə
salıb. Bu yoluxucu
xəstəlik dünyanın
170- dən artıq ölkəsinə yayılıb
və bir milyondan çox əhalini ağuşuna alıb. Dünyasını
dəyişənlərin də
sayını nəzərə
aldıqda koronavirusun nə qədər təhlükəli olduğu
açıq şəkildə
özünü göstərir.
Bu gün bütün dünya bu qorxunc virusa
qarşı müqavimət
göstərməkdədir. Hətta dünyanın ən güclü dövlətləri
belə bu virusun qarşısında
böyük itkilər
verməkdən sığortalanmayıb.
Çin, İran, İtaliya, Fransa, İspaniya, ABŞ və digər nəhəng dövlətlərin üzləşdikləri
acı reallıqlar da belə qənaətə
gəlməyə əsas
verir.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
Nizami Cəfərov qeyd
edib ki, koronavirusa qarşı mübarizədə düşünülmüş,
profilaktik, operativ, sistemli və ardıcıl mübarizə
siyasətini müəyyən
edən və bu pandemiyanın yayılması prosesini nəzarət altına almağı bacaran ölkələrdə itkilər
nisbətən aşağı
səviyyədədir. Bu ölkələr sırasında Azərbaycanın
adı, demək olar ki, birincilər
sırasındadır. Aprelin 10–da
Azərbaycan Prezidenti,
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
sədri İlham Əliyevin təşəbbüsü
ilə keçirilən
Türk Şurasının
videokonfrans vasitəsilə
fövqəladə Zirvə
görüşündə də bu barədə
ətraflı məlumat
verildi. Həm Ümumdünya Səhiyyə
Təşkilatının Baş
direktoru Tedros Adhanom Qebreyesus, həm də türkdilli dövlətlərin
başçıları öz
çıxışlarında bu reallığı təsdiq etdilər. Hətta Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru bu təhlükəli virusla mübarizədə
öz töhfələrini
verdiyinə və təşkilata 5 milyon dollar ianə köçürdüyünə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirdi. Bütün bunlar ölkəmizdə insanların sağlamlığının
dövlətin diqqət
mərkəzində saxlanılmasından
xəbər verir.
Deputat bildirib
ki, koronavirusla mübarizəyə başlanılan
ilk gündən Azərbaycan dövlətinin
atdığı addımlar,
ilk növbədə,
profilaktik və preventiv xarakteri ilə seçilir. Kimliyindən
və həyatda tutduğu mövqeyindən
asılı olmayaraq, hər kəs bu təhlükənin aradan qaldırılmasının
zəruriliyini dərk
etməli, koronavirusa qarşı aparılan mübarizədə həmrəylik
nümayiş etdirməli,
tələbləri və
tövsiyələri yerinə
yetirməlidir. Nazirlər
Kabineti yanında Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə
tam şəkildə əməl olunmalı, milli həmrəylik və dövlətçilik
məsələlərində tam birlik nümayiş
etdirməlidir. Hər
bir kəsə yaxşı bəllidir ki, dövlətimizin başçısı cənab
İlham Əliyev koronavirusa qarşı mübarizədə çox
ciddi addımlar atır, sərəncamlar imzalayaraq vəsait ayırır. Görülən
tədbirlər koronavirusun
ölkəmizdə yayılmasının
qarşısının alınmasında
və insan tələfatının digər
dövlətlərlə müqayisədə
cüzi olmasında mühüm rol oynayır.
Nizami Cəfərov
vurğulayıb ki, ölkəmizdə həyata
keçirilən siyasi
strategiya xalq tərəfindən tam dəstəklənir. Son on altı
ildə həyata keçirilən siyasi kursun prioritetini insan amili təşkil
edir. Hər il milyonlarla vətəndaşımız təmənnasız
olaraq tibbi müayinədən keçirilir.
On altı il
ərzində Azərbaycanın
səhiyyə sistemində
əsaslı işlər
görülüb, həkimlərin
peşəkarlıq səviyyəsi
yüksəlib, 750-dən çox
səhiyyə ocağı
tikilib və ya tam təmir olunub. Prezidentin apardığı siyasət xalq tərəfindən yüksək
səviyyədə dəstəklənir.
Koronavirusa qarşı aparılan
mübarizədə də
birgə olmalı, tələb və tövsiyələri yerinə
yetirməliyik.
Hazırda bütün dünyada həyəcana səbəb
olan koronavirusla bağlı Azərbaycanda
pandemik şərait müşahidə olunmur. Koronavirus infeksiyası
ilə bağlı vəziyyət dövlət
başçısının ciddi nəzarəti altındadır. Bu virusun acı fəsadlarından əziyyət
çəkən insanların
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
bütün vasitələrdən
istifadə olunur.
Dövlət başçısının tapşırığı ilə
Nazirlər Kabineti tərəfindən hazırlanmış
Tədbirlər Planının
artıq icrasına başlanılıb. Bütün bunlardan
sonra bəzi araqarışdıranların görülən
işlərə kölgə
salmaq, əhalidə xof, vahimə yaratmaq üçün həqiqətə uyğun
olmayan müxtəlif yalan məlumatlar yaymaları ölkəmizin
inkişafını gözü
götürməyənlərin köhnə vərdişidir.
Belələri xarici himayədarlarının
təsiri ilə Azərbaycanda qarışıqlıq
salmaq istəyənlərdir.
Onların əsas məqsədi
belə məqamlarda müxtəlif şayiələr
yaymaqla iqtidarla xalq arasında narazılıq yaratmaqdır.
Son vaxtlar belə
şayiələr Əmək
və Əhalinin Sosial müdafiəsi Nazirliyinin ünvanına
da səsləndirilir. Halbuki bu nazirlik əhalinin
sosial müdafiəsinin
daha da gücləndirilməsi
istiqamətində dövlət
başçısına təkliflər
verir və əsas fəaliyyətini aztəminatlı ailələrin
həyat tərzinin yaxşılaşdırılmasına yönəldib. Son illər özünüməşğulluq
fəaliyyəti istiqamətində
görülən işləri
xüsusi qeyd etmək olar. Bu istiqamətdə yeni layihələrin, proqramların hazırlanması
minlərlə aztəminatlı
ailənin məşğulluğunu
artırıb, onların
həyat səviyyəsini
xeyli yaxşılaşdırıb.
Ona görə də bu gün əsas
məsələ panikaya
qapılmamaq, dezinformasiyaya
inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə
işləri daha da gücləndirilməlidir.
“Unutmamalıyıq ki,
koronavirusa qarşı
mübarizə ümummilli,
dövlət təhlükəsizliyi
ilə bağlı olan məsələdir. Ona görə
də burada vətəndaş məsuliyyəti
çox mühüm rol oynayır. Bu baxımdan, hər
bir Azərbaycan vətəndaşı bu məsuliyyəti üzərində
hiss etməli, yalan və böhtana uymamalı və dövlət başçısının
ətrafında sıx birləşərək
bu təhlükədən
böyük itki vermədən xilas olmaq barədə düşünməlidir. Əminik ki, Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xalqımızı bu təhlükədən xilas
edəcək. Biz artıq bunu gündəlik həyatımızda
hiss edir və görürük”, - deyə
deputat bildirib.
Yeni Azərbaycan.- 2020.- 14 aprel.- S.- 6.