Yunus Əmrə İnstitutu COVID-19-un həllinə elmi diplomatiya ilə köməklik göstərir!

 

 

 

Yunus Əmrə İnstitutu Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayədarlığı altında “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi”ni (TABİP) icra edir. Yunus Əmrə İnstitutu, eyni zamanda, elmi əməkdaşlıq informasiya mübadiləsini təmin edən TABİP ilə, elmi diplomatiya fəaliyyətlərini icra edir.

 

AZƏRTAC xəbər verir ki, institut, COVID-19-un çarəsini tapmaq üçün fəaliyyət göstərən bütün tərəflərin aktual elmi araşdırmaları texniki inkişafları ən etibarlı mənbələrdən izləyə bilmələrini təmin etmək üçün covid19.tabipacademy.com saytını istifadəyə verib. “Covid-19 Hubadlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.

 

Yunus Əmrə İnstitutu bu əhatəli platforma ilə koronavirusa qarşı elmi texniki mübarizəyə öz töhfəsini verir. Əsas mənbələrdən əldə olunan ən müasir yenilikləri, məlumatları tapıntıları tərtib edərək, yüz minlərlə xəstənin həyatını xilas etmək virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparan elm adamları, həkimlər, tibbi avadanlıq istehsalçıları bütün aidiyyəti tərəflər üçün əlçatan hala gətirir koronavirusa qarşı elmi texniki mübarizəni sürətləndirir.

 

"Covid-19 Hub" başlıca olaraq Türkiyədəki yaxşı nümunələri yenilikləri, eyni zamanda, Yunus Əmrə İnstitutlarının dünya səviyyəsindəki şəbəkəsini istifadə edərək Yaponiyadan Cənubi Koreyaya, Almaniyadan ABŞ-a qədər hər ölkədəki yaxşı tətbiqləri insanlığın xidmətinə təqdim edir.

 

Türkiyə Akademik Elmi Əməkdaşlıq Layihəsiçərçivəsində bir ilkə imza atan Yunus Əmrə İnstitutunun rəhbəri, professor Şərəf Atəş dünyanı təsiri altına alan COVID-19 həllinə töhfə vermək üçün yeni bir xəbər saytı açdıqlarını söyləyib. İnstitutun rəhbəri Şərəf Atəş belə bir portala üçün ehtiyac olduğunu TABİP-in məqsədini belə izah edib: “Biz Yunus Əmrə İnstitutu olaraq, xüsusilə mədəniyyət elm sahəsində fəaliyyət göstəririk. Çünki mədəniyyət elm bəşəriyyət üçün ən vacib iki sərvətdir. Belə problemli vaxtlarda bunun dəyərini bir daha anlayırıq. Çünki mədəniyyət elm olmadan, mədəniyyət elm istehsal etmədən bəşəriyyətin özünü qoruması bu təcrübəni gələcək nəsillərə ötürməsi mümkün deyil. Çünki elm bir problemin necə ortaya çıxdığının, mədəniyyət isə niyə ortaya çıxdığının cavabını axtarır. Bu mənada xüsusən belə çətin günlərdə qarşılaşdığımız problemlərdə cəmiyyətin reaksiyası da vacibdir. Başqa sözlə, necə reaksiya verirsiniz, problemə necə yanaşırsınız, yəni həll yolu üçün yoxsa yola vermək üçün çalışırsınız?

 

Bu mənada Yunus Əmrə İnstitutu da öz üzərinə düşəni etmək üçün hərəkətə keçdi. İki il əvvəl Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayəsi altında qurduğumuz TABİP adlı bir layihəmiz var. Bütöv adı, “Türkiyə Akademik Elmi Əməkdaşlıq Layihəsi”dir. Bu layihənin əsas məqsədi dünyanın hər tərəfindəki elm insanlarını, layihələri, elmi inkişafları Türkiyə ilə bölüşmək, Türkiyədəki inkişafı da dünya ilə bölüşməkdir. Beləliklə bir ekosistem qurduq. Dünyadakı bütün elmi inkişafları Türkiyə ilə bölüşmək üçün biz buna hazır idik. Koronavirusla qarşılaşdığımız zaman isə həll yönümlü fikir mübadiləsi aparıb, bu problemə necə töhfə verə biləcəyimizi düşündük əlavə bir veb-sayt yaratdıq. Bu veb-saytı dərhal işə saldıq. (Covid19.tabipacademy.com)”.

 

Dünyanın 60 ölkəsində Yunus Əmrə İnstitutlarının fəaliyyət göstərdiyini, eyni zamanda, gənc dinamik bir işçi qrupuna sahib olduqlarını ifadə edən Şərəf Atəş, bu platforma ilə həll yolunun bir parçası olmaq istədiklərinə diqqət çəkərək deyib:Burada əsas məqsəd həll yolunun bir hissəsi olmaqdır. Buna görə xəstələrin həyatını xilas etmək üçün zamanla yarışan elm adamlarımız var. Bu təkcə Türkiyədə deyil, dünyanın hər tərəfində belədir. Həkimlər, tibbi avadanlıq istehsalçıları... Onlara lazımi düzgün məlumatlar vermək vacibdir. Bu məqamda, heç kim bir insan olaraq heç kimin rəqibi deyil, hər kəs bir-birinin "yoldaşıdır". Başqa sözlə, dilimizdə "yoldaş" yol dostu, birlikdə hərəkət edən insanlar deməkdir. Buna görə bu zəruri məlumatları ən qısa müddətdə doğru mənbələrdən yığmaq, süzgəcdən keçirmək cəmiyyətə ötürmək lazımdır. Komandalarımız bunu cəld bir şəkildə həyata keçirdirlər. Veb-saytımız hər saat yenilənir. Buna görə , internetdəki bütün səhv məlumatları nəzərə alaraq, buradan səhv spekulyativ elementləri çıxardırıq.

 

Bu virusa qarşı iki növ mübarizə var. Birincisi tibbi mübarizə, yəni insanların bədənlərinin buna qarşı çıxması. Onun üçün peyvənd tədqiqatları, dərman inkişaf etdirmə işləri, süni intellekt, nəfəs aparatı, test dəsti istifadəsi. Bütün bunlar çox vacibdir, lakin daha bir vacib məqam var. O da mədəni inkişafla bağlıdır. İnsanın həm fərd, həm cəmiyyət olaraq bu virusa qarşı yüksək müqaviməti. Beləliklə, psixologiya iqtisadiyyat amilləri meydana çıxır. Buna görə , bütün xəbərlərdə məqalələrdə həm fərdi müqavimətimizi artırmalı, həm ictimaiyyət olaraq bununla mübarizədə təsirli olmalıyıq”.

 

Bundan əlavə, İnstitutun rəhbəri Şərəf Atəş covid19.tabipacademy.com saytının dünyanın istifadəsinə açıq olduğunu, bundan istifadə edən bütün maraqlı tərəflərin, COVID-19 həlli üçün bütün dünyada tətbiq edilən ən yeni tədqiqatları, texnologiyaları, inkişafları, elmi mənbələri məqalələri izləyə biləcəklərini beləliklə süzgəcdən keçmiş məlumatlarla həll yolu üçün gedəcəkləri yolda vaxt qazanacaqlarını sayta girişin pulsuz olduğunu, eyni zamanda, heç bir üzvlük tələb edilmədiyini söyləyib.

 

Saytda süni intellekt, nəfəs aparatı, peyvənd test dəstləri daxil olmaqla 10-dan çox kateqoriyada xəbər məqalələr var bu xüsusiyyəti ilə epidemiyanı bir çox fərqli ölçüdə işləmiş olur.

 

Covid19.tabipacademy.com tamamilə akademik elmi nəşrlər olan bir saytdır.

 

 

Yeni Azərbaycan.- 2020.- 10 aprel.- S.7.