Adil Əliyev: Əfv Sərəncamı
ölkə Prezidentinin
növbəti humanist addımıdır
Prezident
İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin
22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir
sıra şəxslərin əfv olunması haqqında Sərəncam
imzalayıb. Bu, dövlətimizin
başçısının növbəti humanist addımıdır. Cəmiyyət
həmişəki kimi,
Prezidentin bu qərarını müsbət
qiymətləndirib. Ancaq
müxalifətin marginallaşan
hissəsi yenə də öz ampluasındadır. Bir neçə gün əvvəl sual edirdilər ki, əfv Sərəncamı
niyə verilmir. Əfv Sərəncamı
imzalanır, indi isə bu fikrin
tərsini deyirlər.
Görünür, bu bədniyyətli insanlar Prezidentin Sərəncamını
sonadək oxumayıblar.
Həmin sənədin
giriş hissəsini radikal müxalifətin diqqətinə çatdırmaq
istəyirəm. Sərəncam dünyada koronavirus infeksiyasının yayılması
ilə əlaqədar
yaşına və səhhətinə görə
xüsusi qayğıya
ehtiyac duyan yaşı 65-dən yuxarı
olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası
Prezidentinə ünvanlanmış
əfv haqqında müraciətlərinə baxılaraq,
məhkumların sağlamlıq vəziyyətini,
cəza çəkdikləri
müddətdə davranışlarını
nəzərə alınaraq
və humanizm prinsiplərinə əsaslanaraq
imzalanıb.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.
Adil Əliyev qeyd
edib ki, bu Sərəncamdan bir neçə gün əvvəl 200 məhbus da azadlığa buraxılmışdı.
“Bundan başqa, adına “siyasi məhbus” dedikləri şəxs azad olunaraq Avropa ölkələrindən birinə
köçdü. İndi
isə yaşı
65-dən yuxarı olan
176 məhkum əfv edildi. Sözdə liberal dəyərlərdən
dəm vuran kəsim əslində əfvə qarşı çıxmaqla elan etdikləri dəyərlərin
əleyhinə gedir. Koronavirusa görə əfv fərmanları bir neçə, o cümlədən radikal müxalifətin sitayiş
etdiyi ölkələrdə
də verilib. Qəribə məntiqdir. Radikal müxalifət həmin ölkələrdə
əfv fərmanları
veriləndə alqışlayır,
onları nümunə
göstərir, oxşar
sənəd Azərbaycanda
qəbul olunanda buna etiraz edir.
Yəni, Prezidentin hansı qərar verməsindən asılı
olmayaraq, ona qarşı kəskin müxalifdirlər. Əlbəttə,
radikal müxalifətdən
tərif gözləmirik,
ancaq marginallar ağa qara deməklə
ancaq ətrafındakı
məhdud qrupu aldada bilərlər. Cəmiyyət isə növbəti əfv Sərəncamını alqışlayır”,
- deyə Adil Əliyev bildirib.
Əfv olunanlar
arasında azadlıqdan
ömürlük məhrum
edilmiş iki nəfərin olduğunu deyən sədr müavini diqqətə çatdırıb: “Onlardan
biri 20, digəri isə 25 il cəza çəkib. Radikal müxalifətin sosial şəbəkələrdəki
“liderləri” və onların trolları bunu dəyərləndirmək
əvəzinə, diqqəti
ağır cinayət
törədən və
əfv olunan bir neçə şəxs ətrafında
cəmləyiblər. Radikal
müxalifət yeni mövzu axtarışında
məntiqsiz “Niyə onlar əfv olundu, bizimkilər əfv olunmadı” sualı ilə sosial şəbəkələrdə
gündəmi məşğul
etmək istəyirlər.
Daha anlamırlar ki, əfv Sərəncamı,
radikal müxalifətin
təbirincə desək,
“onlar” ilə “bunlar” arasında fərq qoymur. Ona qalarsa, əfv
olunanlar arasında Nardaran hadisələrinə
görə həbs olunan və radikal müxalifətin dəstəklədiyi iki nəfər də var. Göründüyü
kimi, dövlət kimsədən qisas almır”.
Əfv Sərəncamının
cəzasının bir
hissəsini çəkmiş,
ciddi xəstəliyi olan və virusa
yoluxma baxımından
həssas qrupa – yaşı 65-dən yuxarı
olan insanlara şamil edildiyini xatırladan Adil Əliyev bildirib: “Ancaq marginallar əfv olunmalı şəxslər arasında
elə ad çəkirlər ki, heç həmin şəxsin hələ məhkəməsi olmayıb.
Hansı hüququ dövlətdə məhkəməsi
olmayan şəxsi əfv edirlər?”
Prezidentin və
Birinci vitse-prezidentin təşəbbüsü ilə
dəfələrlə əfv
sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu qeyd edən sədr müavini deyib: “Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları
olur. Ötən illər ərzində minlərlə məhbus azadlığa çıxıb.
Dövlətimizin başçısı
azadlıqdan məhrum
edilən və cəzasının böyük
hissəsini çəkmiş
insanları azadlığa
buraxmaqla onlara ailələrinə qovuşmaq,
etdikləri səhvdən
nəticə çıxarmaq
üçün şans
verir. Koronavirusun yayıldığı indiki
məqamda bu şans həm də həssas qrupa daxil olan
insanlara münasibətdə
humanist bir addımdır”.
Yeni Azərbaycan.-
2020.- 8 aprel.- S.4