Görülən tədbirlər dövlətin sosial davranışından daha çox Prezident İlham Əliyevin öz vətəndaşlarına qayğısı kimi qiymətləndirilməlidir

 

 

Son 16 ilin təcrübəsi göstərir ki, Azərbaycan dövləti öz siyasətinin prioritetlərini bir qayda olaraq milli maraqlara və meydana çıxan yeni çağırışlara əsasən müəyyənləşdirir. İndiki şəraitdə dünya miqyasında böyük narahatlıqlar yaradan yeni növ koronavirus (COVİD-19) pandemiyasının daha geniş miqyasda yayılmasının qarşısının alınması, eləcə digər mənfi xarici tendensiyaların milli iqtisadiyyatımıza, əhalinin sosial vəziyyətinə təsirlərinin azaldılması ölkəmiz üçün əsas məqsədlər kimi müəyyənləşdirilib.

 

Postpandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar indidən qəbul edilir

 

Hazırda respublikamızın bütün resursları pandemiya ilə mübarizə tədbirlərinə səfərbər edilib. Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti Tədbirlər Planını təsdiqləyib, eyni zamanda, müvafiq qurumların rəy təklifləri nəzərə alınmaqla on müxtəlif istiqaməti əhatə edən dəstək proqramları hazırlanıb artıq onların bir qisminin icrasına start verilib. Mütəxəssislərin bildirdikləri kimi, respublikamızda reallaşdırılan operativ tədbirlər pandemiya şəraitində milli iqtisadiyyatımızın funksionallığının saxlanılmasına, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına, eyni zamanda, əhalinin sosial müdafiəsinin təmin edilməsinə, həssas qruplardan olan vətəndaşların böhrandan qorunmasına hədəflənib.

 

Hazırda dünya miqyasında pandemiyanın ən ciddi fəsadları isə iqtisadiyyatda hiss olunur. Nüfuzlu beynəlxalq iqtisadi maliyyə qurumları bildirirlər ki, pandemiya səbəbindən qlobal milli itisadiyyatların geriləməsi hətta 2008-2009-cu illərin böhranından daha dərin olacaq. Belə ağır vəziyyətdə dünyanın ayrı-ayrı ölkələri kəskin maliyyə çatışmazlığı ilə üz-üzə qalıblar. Bir sıra ölkələr açıq şəkildə etiraf edirlər ki, onların pandemiya ilə mübarizə aparmağa, artan sosial xərcləri qarşılamağa vəsaitləri çatışmır. Artıq 150-dən çox dövlət yardım üçün Beynəlxalq Valyuta Fonduna Dünya Bankına müraciət edib.

 

Azərbaycanın isə adı bu siyahıda yoxdur. Respublikamız həmişə olduğu kimi, pandemiyaya qarşı mübarizədə öz gücünə arxalanır. Azərbaycanın milli gücü, yaradılmış ehtiyatları pandemiyaya qarşı mübarizədə ölkəmizin imkanlarını artırır. Təbii ki, qısa zaman kəsiyində Azərbaycanın özünə güvənən güclü dövlətə çevrilməsi, iqtisadi maliyyə müstəqilliyini təmin etməsi, necə deyərlər, sehirli çubuğun sayəsində baş verməyib, burada Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət həlledici rol oynayıb. Prezidenti İlham Əliyev bu günlərdə Onun Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ölkəmizdə aparılan siyasətin hər zaman xalqımızın dövlətimizin maraqlarına xidmət etdiyinə diqqət çəkərək vurğulayıb: Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”, - deyə vurğulayıb.

 

Pandemiya, digər mənfi xarici tendensiyalar milli iqtisadiyyatımıza öz təsirini göstərməsinə, gəlirlərimizi azaltmasına baxmayaraq, ölkəmiz inkişafla bağlı səylərini bundan sonra daha da gücləndirmək əzmindədir. Prezident İlham Əliyev bəhs olunan müşavirədə ölkəmizin perspektiv inkişafı ilə bağlı fikirlərini nəzərə çatdlraraq deyib: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə”.

 

Azərbaycan Prezidentinin Öz vətəndaşının yanında olmaq iradəsinin ifadəsi...

 

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Son 16 ilin təcrübəsində biz davamlı şəkildə onu müşahidə etmişik ki, çətinliklə - təbii fəlakətlə, yanğınla, digər belə bədbəxt hadisələrlə üzləşən vətəndaşların köməyinə tələsən, onların üzləşdikləri problemləri aradan qaldıran məhz Azərbaycan dövlətidir, şəxsən Prezident İlham Əliyevdir.

 

Respublikamızın dövlət başçısı çətin vaxtlarda xalqın yanında olmaq iradəsini növbəti dəfə pandemiya şəraitində nümayiş etdirir. Məlum olduğu kimi, respublikamızda pandemiya səbəbindən xüsusi karantin rejimi tətbiq edilir. Sərt məhdudlaşdırıcı sosial təcridetmə tədbirləri, təbii ki, insanların gündəlik həyatına bir çıra çətinliklər gətirib. Belə vəziyyətdə Prezident İlham Əliyev insanların sağlamlığının qorunmasını sosial müdafiəsinin təmin........

 

Hikmət Babaoğlu

 

Yeni Azərbaycan.- 2020.- 24 aprel.-S.6.