Hikmət Babaoğlu:
Azərbaycan İnvestisiya
Holdinqinin yaradılması
milli iqtisadiyyatımızı neft
asılılığından tamamilə qurtara bilər
“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması starteji qərardır və milli iqtisadiyyatımızı
neft asılılığından
tamamilə qurtara bilər. Ölkəmizdə
davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün
sektorlarda üfiqi və şaquli vektor üzrə aparılır. Yəni islahatlar yeni
tipli idarəetmədən,
optimallaşdırmanı həyata
keçirmək üçün
yeni mobil qurumların yaradılmasından
başlamış cəmiyyətin
bütün sosial-istisadi
sahələri üzrə
hər gün bir qədər daha əhatəli və daha köklü
forma alır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu
bildirib ki, COVID-19 pandemiyasının yaratdığı
qlobal şərtlər
isə sosial izoliyasiya şəraiti içərisində iqtisadiyyatın
canlandırılması və
postpandemiya iqtisadiyyatının
formalaşdırmasını zəruri edir. Ona görə də, milli iqtisadiyyatımızı qorumaq
və inkişaf etdirmək üçün
yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin
işə salınması
olduqca aktualdır. Başqa bir tərəfdən, hazırda bütün dünyada sərmayə qıtlığının yaran
biləcəyi bir vaxtda milli resursların,
xüsusilə dövlət
şirkətlərinin iqtisadi
potensialının investisya
şəklində milli
iqtisadiyyatımızın inkişafı
üçün səfərbər
edilməsi mühüm
addım kimi qiymətləndirilməlidir. Ona görə
də, dövlət başçısının sərəncamında
qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin
hərtərəfli inkişafına,
dayanıqlı özəl
mülkiyyətin genişlənməsinə,
daha sağlam prinsiplərə söykənən
idarəçiliyə əsaslanmaqla
iqtisadi inkişafı
sürətləndirmək mümkündür.
Millət vəkilinin sözlərinə
görə, dövlətə
məxsus müəssisələrin
idarə olunması sisteminin təkmilləşdirilməsi,
fəaliyyətinin səmərəliliyinin
və şəffaflığının
artırılması, xərclərini
və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması
istiqamətində
struktur islahatlarının dərinləşdirilməsi
tələb olunur: “Əslində isə bu, həm də
yeni mərhələdə
iqtisadiyyatın liberallaşdırılması
şərtlərini daha
da optimallaşdırmalıdır
ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi
formalaşsın. Ona
görə də, sərəncamda azad bazar münasibətlərinin
hərtərəfli inkişafına,
dayanıqlı özəl
mülkiyyətin genişlənməsi
məsələsinə xüsusi
vurğu edilir. Məsələnin digər
mühüm tərəfi
ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında dövlət
müəssisələrinin xüsusi çəkisi böyükdür. DM-lərin
məşğulluqda payı
təqribən 25%-dir.
15 ən iri DM-in aktivlərinin həcmi ölkənin
ÜDM ilə müqayisə
edilə bilən səviyyədədir. Bu nəhəng iqtisadi və maliyyə potensialıdır ki, onun iqtisadi münasibətlər
sistemində realizə
olunması hətta sıçrayışlı iqtisadi
dinamika yarada bilər ki, bu da iqtisadi
inkişafımızda tamailə
yeni mərhələ
yarada bilər”.
Yeni Azərbaycan.-
2020.- 11 avqust.- S.4.