Kamal Kurnaz: Azərbaycan-Türkiyə qardaşlığı
gələcək nəsillər
üçün örnəkdir
Türkiyə-Azərbaycan müttəfiqliyi böyük
bir coğrafiyaya sülh, əmin-amanlıq,
inkişaf və tərəqqi vəd edir. Bunun real
göstəriciləri hazırda
uğurla fəaliyyət
göstərən beynəlxalq
layihələrdir. Azərbaycan
Türkiyə xalqının
qəlbinin bir parçasıdır. Canımız
və malımızla
bundan sonra da Azərbaycanın yanında olacağıq.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Avrasiya İqtisadi Əlaqələr Dərnəyi
(EkoAvrasya) sədrinin birinci müavini Kamal Kurnaz ifadə
edib.
Ermənistan ordusunun iyulun 12-dən başlayaraq Azərbaycanın
Tovuz rayonu istiqamətindən hücuma
keçməsini dünyanın
gözü qarşısında
törədilən vandalizm
aktı kimi dəyərləndirən Kamal
Kurnaz deyib: “Ermənistanın Dağlıq
Qarabağ daxil olmaqla Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması bütün türk dünyasının iradəsinə,
həmçinin beynəlxalq
hüquqa ziddir. Tarixin bütün dövrlərində fərqli
güclərin əlində
alət olan ermənilər anlamalıdırlar
ki, müstəqil dövlət olan Azərbaycanın Silahlı
Qüvvələri bölgədə
ən güclüdür.
Tovuz hadisələrindən
sonra baş verənlər bütün
dünyaya göstərdi
ki, Azərbaycan xalqı heç vaxt bir qarış
torpağını da
yağıya güzəştə
getməyəcək. Bu
mübarizədə bütün
Türkiyə Azərbaycanın
yanındadır”.
Azərbaycan ilə Türkiyənin
quru qoşunları və hərbi hava qüvvələrinin respublikamızda keçirilən
növbəti genişmiqyaslı
təlimlərini bütün
dünya üçün
sülh və inkişaf mesajı kimi dəyərləndirən
Kamal Kurnaz deyib ki, iki
qardaş ölkənin
bütün sahələrdə yüksək
nəticə verən
əməkdaşlığı bu günümüz və gələcəyimiz
üçün böyük
əhəmiyyət kəsb
edir. Nazir Hulusi Akarın
rəhbərliyi ilə
Türkiyənin ali hərbi heyətinin Azərbaycanda yüksək
qonaqpərvərliklə qarşılanması,
onların hərbi təlimləri izləməsi
bir daha göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı
əbədidir. İki
qardaş ölkənin
hazırkı münasibətləri
gələcək
nəsillər üçün
örnəkdir.
Yeni Azərbaycan.-
2020.- 18 avqust.- S.5.