Belçika Parlamenti Dağlıq Qarabağın
Azərbaycanın tərkib
hissəsi olduğunu bir daha təsdiq
etdi
2020-ci il dekabrın 2-də Belçika
Federal Parlamentinin Nümayəndələr Palatasının
Xarici Əlaqələr
Komitəsində Qarabağla
bağlı qətnamə
layihəsi müzakirə
olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə
sözügedən komitədə
qəbul edilməklə
Plenara tövsiyə olunmuşdu.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
APA-ya verilən məlumata görə, qətnamə layihəsinin
komitədə qəbul
edilən mətninin bu il dekabrın
17-də Belçika Nümayəndələr
Palatasının plenar
iclasında səsverməyə
qoyulması gözlənilir.
Lakin ermənipərəst
dairələrin canfəşanlığı
nəticəsində Belçika
Senatı da eyni mətni dekabrın 11-də səsverməyə
çıxarmağı qərara
alıb.
Türkiyə səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
Sabir Rüstəmxanlı:
“Birgə təlim keçirən Azərbaycan
və Türkiyə orduları dünyaya birliyimizi göstərir”
Sahibə Qafarova:
“Ermənistan təxribatlarını
davam etdirir və sabitliyə mane olur”
Tel: 050 202 88 87
Keçid
Optimal Təklif!
Qətnamə layihəsinin Senata
gətirilməsinin əsas
təşəbbüskarı Senatın Sahələrarası
məsələlər komitəsinin
sədri, Belçikanın
özündə də
separatçılıq meyllərinin
əsas daşıyıcılarından
olan, islamofob və anti-türk əhval-ruhiyyəli millətçi
Yeni Flamand İttifaqı Partiyasının
(N-VA) üzvü Mark
Demesmaekerdir. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Demesmaeker Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri
Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir
və sonuncunun təşkilatçılığı və şəxsən müşayiəti ilə
ötən il oktyabr ayında Azərbaycanın Ermənistan
tərəfindən işğal
edilmiş ərazilərinə
qeyri-qanuni səfər
edib.
Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Belçika üzrə parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri, millət vəkili Kamal Cəfərov belçikalı
senator Mark Demesmaekerə məktub ünvanlayıb. Məktubda millət vəkili
belçikalı həmkarına
mahiyyəti üzrə
ətraflı məlumat
verib, Dağlıq Qarabağ məsələsi
ilə bağlı beynəlxalq hüququn və hətta Belçikanın rəsmi
mövqeyinin Azərbaycanın
ərazi bütövlüyünün
yanında olduğunu xatırladıb.
Onu da qeyd edək ki, müxtəlif
erməni diaspor təşkilatları və
ermənipərəst qüvvələr
bu tip qətnamələr
qəbul etdirməklə
Ermənistanın Azərbaycan
qarşısındakı son
uğursuzluqlarını pərdələməyə
çalışırlar. Əslində
Fransada istədiklərinə
tam nail olmayan erməni lobbi təşkilatlarının
Belçika parlamentindəki
anti-Azərbaycan səyləri
də puç olub. Belə ki, qətnamənin ilkin layihəsində sabiq işğalçı
rejimin tanınması
və onun təhlükəsizliyinin təminatı
üçün bu rejimlə diplomatik əlaqələrin qurulması
məsələsi təklif
edilib. Lakin Azərbaycan Hökumətinin
və Milli Məclisinin vaxtında atılmış addımları
nəticəsində bu
cür absurd təkliflər qəbul edilməyib. Həmçinin qətnamə layihəsinin
ilkin mətnindəki qondarma “artsax” adına bütün istinadlar çıxarılıb
və Dağlıq Qarabağ anlayışı
qəbul edilib. Ən mühüm məqam isə ondan ibarət olub ki, beynəlxalq
hüquqa uyğun olaraq BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə
daxil edilib. Başqa sözlə, ermənilərin və ermənipərəst qüvvələrin
hər vəchlə qəbuluna çalışdığı
sənəd Dağlıq
Qarabağın Azərbaycanın
tərkib hissəsi olduğunu təsdiq edib.
Eyni zamanda, layihənin
ilkin versiyasında olan digər bir sıra absurd
fikirlər – “ATƏT-in
Minsk qrupundan Naxçıvanla Azərbaycan
və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə
koridor yaradılması
ideyasını rədd
etməyi tələb
etmək”, “Azərbaycan
ordusuna 27 sentyabrdan əvvəl tutduğu
mövqelərə dərhal
çəkilməsi üçün
çağırış etmək”, “9 noyabr bəyanatı Ermənistana
təzyiq altında əlverişsiz şərtlərlə
imzalatdırılmışdır” kimi təkliflər rədd edildi, qəbul edilməyib.
Qardaş Türkiyənin
Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə əlaqədar
olaraq, sənəddə
Türkiyəyə müəyyən
təzyiqlərin edilməsi
ilə bağlı çağırışlar da
qəbul edilmədi. Belə ki, “Türkiyənin Aİ
üzvlüyünə dair
danışıqların dərhal
dayandırılması”, “Türkiyə
səfirinə Belçika
hökumətinin etirazının
çatdırılması”, “Türkiyənin NATO-dan çıxarılması üçün
bütün mümkün
tədbirlərin görülməsi”
kimi cəfəng fikirlər layihənin mətnindən çıxarılıb.
Erməni lobbi təşkilatlarının
qətnamə layihəsindəki
müəyyən bəndləri
qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə
baxmayaraq, əslində
qondarma “artsax respublikası"nın tanınması
qətnaməsinin iflasa
uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi”
ala bilməməsi erməni və ermənipərəst
dairələrdə, o cümlədən
“artsaxın tanınanmasına”
dair qətnamə təkliflərini irəli
sürən deputatlarda
böyük narazılıq
və ruh düşkünlüyü yaradıb.
Əsas məqsədləri Belçika parlamentində
“artsaxın tanınması”
olan, lakin bu ideyanın reallaşdırılmasına nail
ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya,
Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində
Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşüb.
Azərbaycan Respublikası Milli Məclisi hadisələrin
gedişatını izləməyə
davam edir və mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaq.
Yeni
Azərbaycan.-2020.- 12 dekabr.- S.4.