Adil Əliyev: Zəfər paradı Qələbəmizi bütün
dünyaya nümayiş
etdirdi
Dekabrın 10-da keçirilən möhtəşəm
Zəfər paradı
Azərbaycanın gücünü
və tarixi Qələbəmizi bütün
dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında
qazandığı tarixi
Qələbənin təcəssümü
oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli
Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Sədr müavini qeyd
edib ki, şanlı Ordumuz işğal altında olan ərazilərimizi birdəfəlik işğaldan
azad etməklə düşmən üzərində
misli görünməmiş
Qələbə qazandı.
30 il həsrət qaldığımız Vətən
torpaqlarında indi artıq üçrəngli
Azərbaycan bayrağı
dalğalanır
ki, bu da
hər birimizə böyük qürur və fəxarət hissi yaşadır.
“Zəfər paradında nümayiş etdirilən texnikalar, eyni zamanda, dövlətimizin
başçısı tərəfindən
hərbi sahəyə
göstərilən diqqət
və qayğının
nəticəsidir. Ordumuzun
maddi-texniki bazasının
zənginliyi, istifadəsində
olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş
etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi döyüş
taktikası, istifadə
olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla
deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı
ən yüksək səviyyədə innovativ
yenilikləri tətbiq
edən ordudur”, - deyə Adil Əliyev qeyd edib.
O bildirib ki,
paradda nümayiş etdirilən silahlar dostlarımızda rahatlıq,
düşmənimizdə isə
qorxu yaradır. Məlumdur ki, 44 günlük Vətən müharibəsində
apardığımız azadlıq
mübarizəsi zamanı
silah-sursatını qoyub
qaçan, fərarilik
edən işğalçı
Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülübdür. Döyüşlərdə Ermənistan silahlı
qüvvələrinə məxsus
hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri
isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin
sərəncamına verilibdir.
Əminik ki, o texnikaların yerini doldurmaqda Ermənistan hakimiyyəti xeyli çətinlik çəkəcək.
Bakının Azadlıq
meydanından keçən
hərbi texnikaların
sırasında vaxtilə
Ermənistana məxsus
olan texnikaların da yer alması
sevindirici məqam idi. Bu, milli
qürur və iftixar doğururdu.
Sədr müavini
deyib: “Azərbaycan
xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin
Zəfər paradını
keçirərkən Ermənistan
hələ də daxili çaxnaşmalarla,
etiraz mitinqləri ilə çalxalanırdı.
Hadisələrin gedişi
göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın
və onun havadarlarının onilliklər
boyunca yürütdükləri
təcavüzkar siyasətin
süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə
qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra
etdi. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə
və işğal altında saxladığı
Azərbaycan torpaqlarını
qaytarmağa məcbur
etdi. Ermənistan hər addımda
kobud şəkildə
pozduğu beynəlxalq
humanitar hüququn prinsiplərinə riayət
etməyə məcbur
edildi. Əlbəttə,
bu məsələ yalnız Ermənistanın
məğlubiyyəti ilə
bitməyəcək, işğalçı
Ermənistan 30 il ərzində Azərbaycan
torpaqlarında törətdiyi
vandalizm aktlarına
və çoxsaylı
hərbi cinayətlərə
görə də beynəlxalq hüquq qarşısında cavab verəcək”.
Qeyd olunub ki, Türkiyə Cümhuriyyətinin
Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri
və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını
izləməsi, həmçinin
ölkələrimiz arasında
müxtəlif sahələrə
dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla
Türkiyə arasındakı
dostluq və qardaşlığın daha
bir əyani təzahürü oldu.
“Zəfər
paradında xalqımızın
yaşadığı qürur
yaddaşlara əbədi
həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya
başa çatdı
və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə
uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həll edildi. Bizə bu Qələbəni
yaşadan Müzəffər
Ali Baş Komandanımıza, rəşadətli
Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Zəfərimiz mübarək olsun!”, - deyə parlament sədrinin müavini vurğulayıb.
Yeni Azərbaycan.-
2020.- 12 dekabr.- S.5.