YAŞAT” Fondunun yaradılması ölkəmizdə şəhid ailələrinə Qarabağ müharibəsi əlillərinə dövlət qayğısının daha bir nümunəsidir

 

Məlum olduğu kimi, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan, dekabrın 8-də Azərbaycan Prezidenti İlham ƏliyevinAzərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqındaimzaladığı Fərman böyük əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar: “Prezidentin aylıq təqaüdü digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində s. bir sıra güzəştlər nəzərdə tutulub. Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri Qarabağ müharibəsi əlillərinə mənzillər fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil fərdi ev, habelə 7000-dən çox avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri müharibə əlilləri mənzil avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi aparılır”.

Komitə sədri qeyd edib ki, Prezident İlham ƏliyevinAzərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqındaFərman imzalaması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirəcək: Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək. Bütövlükdə, bu Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət qayğısının bariz nümunəsidir”.

Millət vəkili İlham Məmmədov isə qeyd edib ki, şəhid ailələrinə qazilərə dövlətin qayğısı ilə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər: Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAzərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqındaFərman imzalayıb. Bu Fərman ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir”.

Deputat söyləyib ki, Fərmana əsasən fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq: “Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Qeyd edək ki, fondun vəsaitləri şəhid ailəsi status alana ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin digər borc öhdəliklərinin qarşılanmasına, müalicə psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına digər istiqamətlərə yönəldiləcək. Bütövlükdə isə, Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür”.

Nardar BAYRAMLI

 

 Yeni Azərbaycan.- 2020.- 9 dekabr.- S.4.