Dini-tarixi irsimiz: həqiqətlər və
erməni mifləri
Təəssüf ki, adi həyatdan fərqli
olaraq, tarixi məkanda və ya siyasi xəritədə
qonşuları seçmək olmur. Bu, bir növ, tale məsələsidir.
Özü də elə bir taledir ki, onu sənin istəyinin
xaricində, bütün etiraz və müqavimətinə
baxmadan, zorən yazıblar. O qonşunun adı mayası
faşizmlə yoğrulmuş erməniçilik, erməni
millətçiliyidir…
Vaxtilə Cənubi Qafqaza yerləşdiriləndən
sonra “Böyük Ermənistan” mifik xülyasını
reallaşdırmaq üçün ermənilər daim həm
torpaqlarımıza, həm də mədəni irsimizə,
milli-mənəvi dəyərlərimizə göz dikmiş,
oğurlayıb özününküləşdirməyə
çalışmışlar. Bu proses
1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay”
müqavilələrinin ardınca Azərbaycan xalqının
parçalanmasının, tarixi torpaqlarımızın
bölünməsinin əsasını qoymaqla yanaşı,
qısa müddətdə zəbt edilən torpaqlara ermənilərin
kütləvi surətdə köçürülməsi
siyasəti ilə daha geniş vüsət almışdır.
Əsasən İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazisində məskunlaşdırılan
ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə
azlıq təşkil etmələrinə baxmayaraq, “erməni
vilayəti” adlandırılan inzibati bölgünün
aparılmasına nail ola bilmişlər. Sözsüz, himayədarları
olmadan onlar bu niyyətlərini əsla həyata keçirə
bilməzdilər. Bununla da, azərbaycanlıları öz
doğma yurd-yuvasından qovmuş, soyqırımına məruz
qoymuş, qədim alban məbədlərini
özününküləşdirmə işini isə
sürətləndirmişlər.
Oğurlanan
alban abidələri: “ideoloji istehkamlar”
Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən
ən qədim dövlətlərdən biri olmuşdur. O, öz mövcudluğunu
eramızdan əvvəl IV əsrdən başlayaraq
eramızın VIII əsrinə qədər qoruyub saxlaya
bilmişdir. Xristianlığın burada
yayılıb qəbul edilməsinədək albanlar müxtəlif
tanrılara – Günəş tanrısına, Göy
tanrısına, Ay tanrısına və digər səma cisimlərinə,
həmçinin təbiət qüvvələrinə - suya,
oda, torpağa sitayiş edirdilər. İlk
orta əsr müəlliflərinin məlumatına əsasən,
Xristianlığın qəbuluna qədər yerli əhalinin
bir hissəsi bütpərəst olmuşdur. Bütpərəstliyə aid məbədlər
Albaniyanın ictimai-siyasi həyatında mühüm rol
oynamışdır. Ölkədə
müxtəlif dövrlərdə çoxallahlılıq,
bütpərəstlik, atəşpərəstliyin
yayılmasını arxeoloji araşdırmalar zamanı
tapılan kurqanlar, daş qutu və torpaq qəbirlər,
katakombalar, sarkofaqlar, küp qəbirlər və s. təsdiqləyir.
Bu tapıntılar nəticəsində əhalinin
dəfn adətləri və dini həyatı barədə
müəyyən təsəvvürlər
formalaşmışdır. Məşhur
alban tarixçisi M.Kalankatuklunun məlumatına əsasən,
Albaniyada sehrbazlar, kahinlər təbəqəsi var idi və
onlar qurban mərasimlərini həyata keçirirdilər.
Albaniyada xristian dininin yayılması feodal münasibətlərin
yaranması və inkişafına paralel olaraq baş
vermişdir. Mənbələrdə Xristianlığın
Albaniyaya gəlişinin eramızın I-II əsrinə təsadüf
etdiyi göstərilir. Albaniya ərazisində
Xristianlığın yayılması İsa Məsihin həvariləri
Faddey və Varfolomeyin, eləcə də apostol Faddeyin
şagirdləri Müqəddəs Yelisey və Marın
adları ilə bağlıdır. Bu fakt
olduqca önəmlidir. Çünki bu amil
Alban Kilsəsinin qədim olmasını göstərməklə
yanaşı, həm də onun başqa kilsələr vasitəsilə
deyil, birbaşa İsa Məsihin şagirdləri – həvariləri
tərəfindən təsis olunduğunu ortaya qoyur. M.Kalankatuklu yazır ki, Yelisey Qafqaz Albaniyasına
Qüds patriarxı tərəfindən göndərilmişdi.
Alban Apostol Kilsəsinin öz
başlanğıcını bilavasitə Qüds Kilsəsindən
götürməsi onu Erməni-qriqoryan Kilsəsindən fərqləndirən
və tarix boyu erməniləri qıcıqlandıran əsas
amil olmuşdur. Məhz buna görə də biz tarixin
müxtəlif dövrlərində ermənilərin bu
torpaqları zəbt etmiş yadellilərə yarınmaq
qarşılığında Alban Kilsəsinin Erməni-qriqoryan
Kilsəsindən asılı vəziyyətə
salındığının, bununla da, Alban Kilsəsinin ermənisayağı
qisasın qurbanına çevrildiyinin şahidi oluruq. Azərbaycan
ərazisi çar Rusiyası tərəfindən işğal
olunduqdan sonra isə ermənilər əsrlər boyu davam edən
məkrli niyyətlərinə nail oldular. Belə
ki, Erməni-qriqoryan Kilsəsinin təhriki ilə imperator I
Nikolay 1836-cı ildə Alban Katolikosluğunu ləğv etdi,
onun yerində isə erməni katolikosluğunun tabeçiliyinə
verilən iki yeparxiya və Erməni Kilsəsinin Tiflis
konsistoriyasının tərkibində olan Gəncə
vikariatlığı yaradıldı. Bu,
tam qeyri-qanuni olub. Çünki Erməni
Kilsəsi ilə Alban Kilsəsi dini baxımdan tamamilə
ayrı istiqamətlərdir. Maraqlısı
odur ki, çar Rusiyasının dövründə
Dağlıq Qarabağdakı alban kilsələri Erməni-qriqoryan
Kilsəsinin himayəsinə keçsə də, onlar həmin
kilsələrdə ibadət etməyiblər. Hətta sovet dövründə həmin tarixi abidələr
Azərbaycan xalqının irsi kimi mühafizə olunub və
orada heç zaman dini ayin icra edilməyib. O zaman ortaya
ritorik sual çıxır: əgər bunlar ermənilərə
aid dini məbədlərdirsə, nəyə görə ermənilər
bu kilsələrdə heç vaxt ibadət etməyiblər?
Məsələn, Xudavəng, Gəncəsər,
Ağoğlan kilsələri XIX əsrdə zorla Erməni
Kilsəsinin tabeçiliyinə verildikdən sonra da ermənilər
bu kilsələrdə ayin keçirməyiblər, o cümlədən
sovet dövründə, İkinci Dünya müharibəsindən
sonra dinə qarşı başlayan yumşalma dövründə
də bu kilsələrdən istifadə etməyiblər. Dağlıq Qarabağdakı Xristianlığa aid
dini abidələr Erməni Kilsəsinə bağlı idisə,
nəyə görə ermənilər çar Rusiyası və
sovet vaxtı bu kilsələrlə heç maraqlanmayıblar?
Çünki özlərinki saymayıblar.
O kilsələri sovet dövründə də biz
qoruyub-saxlamışıq. Yalnız Azərbaycan
ərazilərini işğal etdikdən sonra ermənilər
alban kilsələrini qriqoryanlaşdırıblar, onun
interyerində və eksteryerində dəyişikliklər
aparıblar. Bunu da Qarabağı zəbt
etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədi
ilə ediblər. Onlar həmişə
Qafqaz Albaniyası kilsələri ilə mübarizə
aparıblar. Ona görə də Erməni-qriqoryan
Kilsəsinin rəhbərləri yalnız işğaldan sonra
bu məkrli niyyətlərini həyata keçirmək
üçün, bu torpaqlarda qalmaq məqsədi ilə
çoxlu sərmayə yatıraraq hərbi istehkamlarla
yanaşı, “ideoloji istehkamlar” da yaradıblar. Ancaq
bütün Azərbaycan xalqı əmindir ki, biz möhtərəm
Prezidentimizin qətiyyətli siyasəti və Azərbaycan
Ordusunun şücaəti ilə ermənilərin hərbi
istehkamlarını darmadağın etdiyimiz kimi “ideoloji
istehkamlarını” da darmadağın edəcəyik. Qərbdəki və ya başqa yerlərdəki ermənipərəstlərin
nəsə danışmasından, erməni lobbisinin pulu ilə
seçilən senatorların, siyasət adamlarının
addımlarından asılı olmayaraq, biz bunu etmişik və
edəcəyik.
Etno-natamamlıq
kompleksi
Bir sözlə, özlərinə yoxdan mədəniyyət
yaratmaq üçün dini etiqaddan tutmuş mədəniyyət
nümunələrinə, tarixi abidələrdən
kulinariyaya, coğrafi adlardan tarixi şəxsiyyətlərə
qədər bir çox məsələdə zaman-zaman
ifşa olunan erməni saxtakarlıqları bu gün də
öz “axarındadır”. Özü də bu mənimsəmə
təkcə biz azərbaycanlılara qarşı yönəlməyib.
Bu gün yaşadığımız regionda elə
bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər
hansı iddiası olmasın. Şübhəsiz, həmişə
bu işlərin “əsas hərəkətverici qüvvəsi”
dünyanın müxtəlif bölgələrinə səpələnmiş,
geniş maliyyə imkanlarına malik olan çoxsaylı erməni
təşkilatları, Erməni-qriqoryan Kilsəsi,
ayrı-ayrı ölkələrin, o cümlədən
böyük dövlətlərin müxtəlif
strukturlarında mühüm mövqelər ələ
keçirmiş ermənilər olub. Onlar
üçün sadə ermənin rifah içində, qonşuları
ilə mehriban şəraitdə yaşaması heç vaxt
maraqlı olmayıb. Əksinə, tarix
boyu millətlərarası ədavətin
qızışdırılmasına və baş qaldıran
münaqişələrdə öz maraqlarının təmin
olunmasına çalışıblar. Nuh peyğəmbərdən
tutmuş bir çox tarixi şəxsiyyətin erməniləşdirmək,
ilk dəfə odun əldə olunması, təkərin
icadı, ilk dəfə metalın əridilməsi, ilk əlifbanın
yaradılması, ilk su kanallarının çəkilişi
və s. kimi tarixi kəşfləri, ixtiraları öz
adlarına çıxmaq, özünü “ali mədəniyyətin
daşıyıcısı” adlandırmaq – bütün bu
iddialar yalnız bir şeydən xəbər verir: bu etnos ciddi
şəkildə natamamlıq kompleksindən əziyyət
çəkir.
Ermənisayağı
“Mandela effekti” və ya kollektiv paramneziya
“Biz
yaxşı bilirik ki, xaç və Bibliya bizim sərvətimizdir,
erməni xalqı on iki və yetmiş iki xristian xalqından
daha yüksəkdədir, erməni ibadətçiliyi və
şarakanı, erməni dünyası və inam simvolu
başqa heç bir xalqda yoxdur” – XIX əsrdə
yaşamış, erməni ədəbiyyatının klassiki
hesab olunan X.Abovyanın “Ermənistanın yaraları”
kitabından gətirilən bu iqtibas erməni millətinin gələcək
bədbəxtliyinin təməl daşlarından sadəcə
biridir. Əlbəttə, öz xalqının
yaxşı keyfiyyətlərini təbliğ etmək, gənc
nəsli öz tarixinə sevgi ruhunda tərbiyələndirmək
cəmiyyətin aparıcı qüvvəsi qəbul olunan
ziyalıların işi, hətta borcudur. Ancaq
Abovyan və onun kimi zərərli, irqçi düşüncə
sahibi olan erməni ziyalıları öz xalqına xidməti
onu qonşulara qarşı nifrət ruhunda kökləməkdə,
başqa xalqların dəyərlərinə sahib
çıxmağa, yad ərazilərdə özünə vətən
qurmağa təhrik etməkdə görmüşlər və
bu gün də görməkdədirlər. “1915-ci ilin
erməni faciəsi” (“La Tragedie Armenienne de 1915” (1988)) adlı
kitabında ermənilərin intellektual və maddi mədəniyyət
oğurluğunu, tarixi-coğrafi uydurmaları, saxta tarix
formalaşdırmağı ənənəyə
çevirdiklərini qeyd edən fransız tarixçi Jorj de
Malevilin dediyi kimi, “... erməni təbliğat
maşınında marksist dialektikasının üç
metodu hərəkətə gətirilmişdir: tarixin təzədən
yazılması, erməni xalqını istismar edənlərin
məxfi sui-qəsdi barədə tezis və mənəviyyat
naminə, bilərəkdən onu hüquqla dəyişik
salaraq qarşı tərəfin
günahlandırılması”. Ona görə də,
bütün bu total mənimsəmə, faktları
saxtalaşdırma, uydurma cəhdlərinin əsas səbəbini
onların etnogenezisində axtarmaq lazımdır. Ümumiyyətlə isə erməni millətini
içindən yeyən, onun gələcəyini sual altına
salan bu mərəzə biz əminliklə “Mandela effekti” də
deyə bilərik, yaddaş pozğunluğunun (paramneziya)
kollektiv forması da.
Birinci haşiyə. “Mandela effekti” – hər
hansı hadisənin bir qrup şəxsin yaddaşında real
faktlara zidd olan, təhrif edilmiş, uydurulmuş formada
qalmasıdır. Onun haqqında internetdə
ilk dəfə 2010-cu ildə Fiona Brum adlı bir bloqqer
yazıb. O, bir yazısında qeyd etmişdi ki, Cənubi
Afrika Respublikasında aparteid rejimini çoxirqli demokratiyaya dəyişdirmək
mübarizəsinə liderlik etmiş Nelson Mandelanın 1980-ci
illərdə həbsdə olarkən öldüyünü
çox əminliklə xatırlayırmış. Əslində isə belə olmadığını
sonradan öyrənib. Ən maraqlısı isə o idi
ki, F.Brum həmin yazını yazanda Mandela sağ idi. Ancaq müəllif bu yanlışını heç
cür qəbul edə bilməmiş və
düşündüyünü internetdə paylaşaraq digər
insanların da belə düşünüb-düşünmədiyini
öyrənmək istəmişdi. Nəticə isə
çox qəribə olmuşdu: F.Bruma cavab yazanların əksəriyyəti
Mandelanın həbsdə ikən vəfat etdiyini
xatırladığını yazmışdı.
İkinci haşiyə. Paramneziya – bəzi
insanların real hadisələri unudaraq yalançı xatirələr
formalaşdırmasıdır. Bu xəstəlikdən
əziyyət çəkənlər qeyri-iradi olaraq
keçmişdə baş verən hadisələri indiki
zamanda baş verən hadisələrlə
qarışdırır, gerçək hadisələri təhrif
və ya uydurma hadisələrlə əvəz edirlər.
“Erməni
tarixi sexləri” və ya mifologemlərə əsaslanan
“faktlar”
Diqqət etmisinizsə, erməni millətçiliyinin
ortaya atdığı iddialar üçün əsas “istinad
mənbəyi” dini-mistik hadisələr, yaxud qədim erməni
mətnləridir. Halbuki dəfələrlə şahidi
olmuşuq ki, həmin “istinadgah-mətnlər”in əlyazmaları,
orijinal nüsxələri ya tapılmır, ya da iddia olunan
tarixdən əsrlər sonralara gedib çıxan
köçürmələr şəklində təqdim
olunur. Bunu özləri də etiraf edirlər.
Məsələn, 2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə
həsr olunmuş “Ñîêðîâèùà àêàäåìè÷åñêèõ ñîáðàíèé Ñàíêò Ïåòåðáóðãà” (“Sankt-Peterburqun akademik
külliyyat xəzinəsi”) kitabının tərtibatçı
kollektivinin rəhbəri, milliyyətcə erməni olan prof.
Yuri Petrosyan yazır ki, minlərlə nüsxədə qorunub
saxlanan erməni əlyazmaları arasında bir dənə də
olsun orijinal mətn yoxdur, 80 faizə qədəri XVII-XVIII əsrlərə
aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə
köçürülənlərdir və bəlkə də,
onlardan birini XII əsrə aid etmək mümkündür. Erməni alimi onu da etiraf edir ki, bu arxivdə VII-XI əsrlərə
aid olan türk orijinallarının sayı isə minlərlədir.
Son illər Avropa ölkələrində, Rusiyada,
Gürcüstanda, Türkiyədə, Azərbaycanda
çoxsaylı müəlliflər tərəfindən erməni
saxtakarlıqlarının həqiqi simasının ortaya
çıxarılması ilə bağlı tədqiqatlar
aparılıb, yüzlərlə kitab, jurnal, məqalə dərc
olunub. Ancaq
erməni təbliğat maşını yenə də
“şakərindən” əl çəkmir, Azərbaycana məxsus
İslam dini abidələrini mədəni terrora məruz
qoyur, özgəninkiləşdirir, qədim alban-xristian məbədlərini
isə özününküləşdirir və bu niyyətinə
çatmaq üçün hər cür hiyləyə, fitnəkarlığa
əl atmaqdan da çəkinmir. Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi altında 44 günə Azərbaycan
ordusunun qarşısında diz çökən erməni
separatçıları acı məğlubiyyətləri,
düşdükləri rəzil durumla barışmaq istəmir
və işğaldan azad etdiyimiz ərazilərimizdəki Gəncəsər,
Xudavəng, Ağoğlan və s. kimi qədim, tarixi alban kilsələrini
həyasızcasına özlərininki elan edirlər. Halbuki qədim alban abidələri özlərinin
memarlıq quruluşuna görə erməni kilsəsindən
tamamilə fərqlənir. Məsələn, Erməni-qriqoryan
Kilsəsində altarın hündürlüyü 130-140 sm
olduğu halda, Alban Apostol Kilsəsində 70-75 sm-dir. Alban
xaçının simvolları da erməni xaçından nəzərəçarpacaq
dərəcədə fərqlənir. Belə
ki, alban xaçı üzərində Ay və məşəl
elementləri mövcuddur. Bu da
Xristianlıqdan öncə Albaniyada mövcud olmuş
inancların qalıqlarıdır. Bu
gün udilərin kompakt yaşayış yerlərindəki
xristian qəbirləri, xristian abidələri, qədim
arxeoloji tapıntılar da müasir Azərbaycanın bölgələrində
qədim alban irsinin mövcudluğunun əyani sübutudur.
Bunlara əsasən demək olar ki, Alban Apostol
Kilsəsi məbədlərinin arxitekturasına, xaç
simvolundakı elementlərə, dini rəhbərlərinin
geyimlərinə görə Erməni-qriqoryan Kilsəsindən
fərqlənir. Həmçinin
aparılan tədqiqatlar onu deməyə əsas verir ki, Alban
Apostol Kilsəsinin kifayət qədər inkişaf etmiş
kilsə təşkilatı, formalaşmış ayinləri
olub.
Ermənilərin abidələr üzərində
apardıqları saxtakarlığı üzə
çıxaran daha bir fakt isə Kəlbəcərin
işğaldan azad edilməsindən sonra burada tapılan bir
obyekt oldu. Onu əminliklə tarixdə misli görülməyən
saxtakarlıq nümunəsi də adlandıra bilərik.
Özlərinin bu torpaqların “qədim sakinləri”
olduqlarını dünyaya “sübut etmək”
üçün hər yola əl atan ermənilərin Kəlbəcərdə
“tarix istehsal edən emalatxanalar”ı aşkarlandı. Sən demə, bu illər ərzində erməni
daş ustaları üzərinə əski hərflər,
işarələr, erməni xaçları əlavə edərək
hazırladıqları qədim qəbir daşı
formasındakı daşları xüsusi hazırlanmış
məhlulun içərisində saxlayırmışlar ki, bir
müddət sonra daşlar eroziyaya və rəng dəyişikliyinə
uğrasın, dolayısı ilə “qədimiləşsin”.
Sonradan isə bu “qədim daşlar” “gələcək arxeoloji
qazıntı” şəklində Kəlbəcərdə və
işğal etdikləri digər ərazilərimizdə
basdırılırmış...
Ölkə
başçısı cənab İlham Əliyev Kəlbəcərin
işğaldan azad olunması ilə bağlı xalqa
müraciətində Kəlbəcərdə mövcud olan
kilsələrin qədim Qafqaz Albaniyası dövlətinə
məxsus olduğunu bir daha bəyan etməklə bu mövzuya
nöqtə qoydu: “Bunu təsdiqləyən bir çox tarixi sənədlər
var. Bu, heç kəsə sirr deyil. Sadəcə
olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim
alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər,
öz yazılarını oraya əlavə ediblər və bu
kilsələri özününküləşdiriblər.
Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki,
1830-cu illərdə çar Rusiyası Alban Kilsəsini ləğv
etdi, Alban Kilsəsinin bütün mülkiyyətini Erməni-qriqoryan
Kilsəsinə verdi və erməni keşişləri,
onların havadarları bu kilsələri mənimsəməyə
başladılar. Qafqaz Albaniyasının tarixini
silmək, unutdurmaq onların başlıca vəzifəsi idi.
Amma biz imkan vermədik. Azərbaycanda
bu məsələ ilə bağlı kifayət qədər
böyük elmi baza var, əsərlər var. Bu əsərlər
nəinki elm ictimaiyyətinə, bütövlükdə
dünya ictimaiyyətinə çatdırılır və
çatdırılmalıdır. Qafqaz
Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri
olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr,
kilsələr bizim tarixi-mədəni sərvətimizdir.
Biz bu kilsələri qoruyuruq”.
Eyni zamanda, bu günlərdə Alban-udi Xristian dini
icmasının nümayəndələrinin Kəlbəcərdəki
Xudavəng kilsəsini ziyarət etməsi və burada dini ayinlərini
icra etməsi bir daha göstərir ki, işğal olunmuş ərazilərdəki
dini abidələr bizim tarixi irsimizdir. Azərbaycan hökuməti bu irsi qorumağa və əsl
sahiblərinə qaytarmağa qadirdir.
“Narahatlar”ın
səfsətəli hay-küyü
Ancaq Azərbaycanın
44 günlük Vətən müharibəsində Ermənistanı
diz üstə çökdürməsi, məğlub etməsi
faktını heç cür qəbul edə bilməyən bəzi
Qərb siyasətçiləri və ziyalıları bu
cür saxtakarlıqları görmür, işğaldan azad
etdiyimiz ərazilərdəki xristian abidələrinin gələcək
taleyindən “narahatlıq” ifadə edirlər. Şübhəsiz,
bu cür hay-küy salanların məqsədi
Xristianlığın deyil, Ermənistanın təəssübünü
çəkməkdir. Bu həm də əhalisinin
böyük əksəriyyəti müsəlman olan Azərbaycanın
və əhalisinin, demək olar ki, hamısı xristian olan Ermənistanın
dövlət səviyyəsində həyata keçirdiyi din
siyasətindən bixəbərlikdir, Ermənistanın
dövlət səviyyəsində müsəlman abidələrinə
qarşı törətdiyi vəhşiliklərə
gözünü, ağzını və qulağını
bağlamaqdır – yapon pritçasındakı “üç
meymun”u oynamaqdır. Ölkəmizdə dini zəmində
münaqişələrin olmaması, insanların sərbəst
şəkildə öz əqidə formasını seçməsi,
dini dözümlülük şəraitinin mövcudluğu,
dövlətimizin din siyasətinin uğurları bir çox
beynəlxalq təşkilat, dünyada nüfuzlu din xadimləri
və böyük ölkələr tərəfindən dəfələrlə
etiraf olunub, Azərbaycanın dövlət-din münasibətləri
modeli nümunə göstərilib. Azərbaycan milli-mənəvi
dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan
tarixi-mədəni irsin qorunub-saxlanmasına, təmir-bərpasına
və yenidən qurulmasına xüsusi diqqət
ayırır. Maddi-mədəniyyət abidələrinin
bərpası və qorunmasına daim diqqət mərkəzində
saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə
qədim tarixi abidələr yenidən qurulur, yeniləri
inşa edilir. Xalqımızın genetik
yaddaşından irəli gələn müxtəlif dinlərə
və sivilizasiyalara hörmətlə yanaşmaq ənənəsinin
dövlət siyasəti ilə də dəstəklənməsinin
nəticəsidir ki, ölkədəki tolerantlıq
gün-gündən daha da möhkəmlənir, ölkəmiz
dünyada multikulturalizmin mərkəzinə çevrilib.
Ancaq nədənsə “narahat” Qərb bunları
görmür. Əslində, biz onlardan bunu
heç gözləmirik də. Çünki
xislətləri budur. Ancaq biz onlardan, cənab Prezidentin
dediyi kimi, hər şeydən əvvəl, güzgüdə
özlərinə baxmalarını istəyirik: “Bu gün
Xristianlığı əlində bayraq edib, özünü
“Xristianlıq təəssübkeşi” kimi göstərən
bəzi Qərb liderləri nədənsə unudurlar ki,
Xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan
olub və buradakı qədim xristian abidələri də
xristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə
heç bir aidiyyəti yoxdur. ... Bu gün,
müharibə başa çatandan sonra artıq Qərb dairələrindən
bəzi Qərb liderləri məsələ qaldırırlar
ki, bəs, Azərbaycanın nəzarətinə keçən
azad edilmiş torpaqlarda xristian məbədləri necə
olacaq? Heç kim narahat olmasın,
xüsusilə Qərb dövlətlərinin liderləri,
hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə
göz yumurlar və hətta onları təhqir edənlərə
bəraət qazandırırlar. Onların
haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi.
İkincisi, bizim ərazimizdə olan
bütün məbədlər tarixi sərvətimizdir.
Azərbaycanda hər il Bakı Humanitar
Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu
keçirilir. Azərbaycanda dünya dini liderlərinin
Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim
haqqımızda. İslam Əməkdaşlıq
Təşkilatı Azərbaycanda İslam dininə olan
münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda
olarkən Azərbaycanda bu sahədə görülmüş
işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində
olub. Roma Papası Fransisk Bakıda olarkən
rəsmi çıxışında Azərbaycanda
tolerantlıq, dini dözümlülük, multikulturalizm
haqqında danışıb. Kim bizə
irad tuta bilər? Məscidləri
bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə
öldürülmüş donuzların başlarını
atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?
Bizə heç bir narahatlıq ifadə etmək
lazım deyil. Bizim bütün tarixi abidələrimiz
dövlət tərəfindən qorunur. Mənim
göstərişimlə və dövlət vəsaiti
hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir,
üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə
dövründə udi qardaşlarımızın kilsəsi
Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq
istifadəyə verilib. Bizim Qafqaz
Albaniyası kilsələri milli sərvətimizdir.
...Narahatlıq ifadə etmək istəyən bəzi Qərb
dairələri bizim dağılmış məscidlərə
baxsınlar, Ağdam, Şuşa, Zəngilan,
Cəbrayıl, Füzuli məscidlərinə və digər
məscidlərə. O məscidlər ya
dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar
saxlanılıb. Niyə bu, narahatlıq
doğurmurdu? Otuz il bu barədə
niyə heç kim məsələ qaldırmırdı, bizdən
başqa? Mən bu məsələni dəfələrlə
beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən,
xarici həmkarlarımla təmaslar əsnasında
qaldırmışdım. Nə üçün buna
heç kim narahatlıq ifadə etmirdi? Nə
üçün bu məsələ ilə bağlı
heç kim beynəlxalq heyət göndərmək
istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan
xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim
işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə
ittiham etmək istəyən getsin, ilk növbədə,
güzgüyə baxsın”.
Xalqımızın
gen yaddaşından gələn tolerant və multikultural ənənələrin
yaşadılması, gələcək nəsillərə
ötürülməsi düşüncəsinin dövlət
siyasətinin tərkib hissəsinə çevirməsinin nəticəsidir
ki, bu gün ölkədə məscidlərlə
yanaşı, digər dinlərin ibadət evləri təmir və
yenidən bərpa olunur, yaxud yeniləri tikilir. Son illər Təzəpir,
Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində,
Gəncədəki “İmamzadə” kompleksində, o cümlədən
“Jen Mironosets” baş kafedral kilsəsində, “Müqəddəs
Məryəmin Miladı” baş kilsəsində, Şəkidəki
Kiş məbədində, Qəbələnin Nic qəsəbəsindəki
Çotari alban-udi kilsəsində, Bakının mərkəzində
yerləşən erməni-qriqoryan kilsəsində əsaslı
təmir-bərpa işləri aparılıb. Eyni
zamanda, Qafqazın ən möhtəşəm dini abidələrindən
olan Heydər məscidi, Bakıda Dağ yəhudiləri və
Avropa yəhudiləri üçün sinaqoqlar inşa edilib.
Bu istiqamətdə görülən işlərdən
danışarkən ölkəmizin Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq
lazımdır. Fondun maliyyə dəstəyi ilə Xəzər
rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim
və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki
Pirhəsən ziyarətgahı və Heydər məscidində,
Buzovna qəsəbəsindəki Cümə məscidində,
Gəncə şəhərindəki Şah Abbas, Həzrət
Zeynəb məscidlərində, Bakıdakı Pravoslav kilsəsində
və 44 günlük Vətən müharibəsi
dövründə Nic qəsəbəsində yerləşən
Müqəddəs Məryəm Ana Alban kilsəsində yenidənqurma
və əsaslı təmir-bərpa işləri
aparılıb. Eyni zamanda, Bakıdakı Müqəddəs
Məryəm kilsəsi asma tavan şüşələri dini
mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii
şüşələrlə əvəz edilib, məbədin
fasadında keramik panno yerləşdirilib. Heydər
Əliyev Fondunun gördüyü işlər təkcə
ölkə daxilində deyil, onun hüdudlarından kənarda
da böyük əks-səda doğurur. Onun
hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik
və dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına xidmət göstərir.
“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi
çərçivəsində ölkədəki məscid,
kilsə, sinaqoqlarda təmir-bərpa işləri ilə
yanaşı, Bakıda yəhudi uşaqları
üçün təhsil kompleksi istifadəyə verilib,
Fransada bir sıra kilsələr və Romada katakombalar bərpa
olunub, Həştərxanda Müqəddəs Knyaz Vladimirin
abidəsi ucaldılıb.
Bu
sadalananlar həm də onu göstərir ki, işğaldan
azad edilmiş ərazilərimizdəki xristian mirasına
görə “narahatlıq” səfsətədir, xristian təəssübü
adı altında gizlədilmiş riyakarlıqdır, qərəzdir.
Müsəlman abidələri ilə
yanaşı, mənşəyindən asılı olmayaraq,
xristian məbədləri də dövlətimiz tərəfindən
yüksək səviyyədə qorunacaq, bərpa ediləcək
və istifadəyə veriləcəkdir – bu, birmənalıdır.
Qumdan ev tikmək arzusu – bir fırtına ilə
puçdur və heçdir!
Nəticə
etibarilə deyə bilərik ki, ermənilərin, onların
havadarlarının yalanlar, saxtakarlıqlar üzərində
qurmaq istədikləri “Böyük Ermənistan” və bu mif
uğrunda göstərdikləri bütün səylər
qumdan ev tikmək xülyasından başqa
bir şey deyil. Kim bilir, bəlkə də,
yaşadıqları “Mandela effekti” və kollektiv paramneziya
onlara həm də onu unutdurub ki, qumdan tikilən evdən yurd
olmaz və o evin uçması bircə küləyin əsməsinə
bənddir. Necə ki, sentyabrın 27-dən noyabrın
10-dək müzəffər Azərbaycan əsgəri
döyüş meydanında qopartdığı
fırtına ilə bunu bir daha sübut etdi!
Sadiq Mirzəyev,
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Dini marifləndirməişinin
təşkili şöbəsinin müdiri
Yeni
Azərbaycan.- 2020.- 8 dekabr.- S.5.