İtaliya parlamentinin
nümayəndələri Gəncədə
Ermənistanın müharibə
cinayətləri ilə
tanış olublar
Dekabrın 5-də İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti
Gəncədə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Milli.Az-a verilən məlumata görə, deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi
nümayəndə heyətini
Azərbaycan-İtaliya parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət
ediblər.
Qonaqlar oktyabrın
11-də və 17-də Gəncədə
erməni terroru nəticəsində çoxsaylı
insanın öldüyü,
yaralandığı və
böyük dağıntıların
yarandığı əraziyə
gəliblər.
Əvvəlcə nümayəndə heyəti
həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış
binasının ətrafına
gül dəstələri
düzüblər.
Bildirilib
ki, səfərin məqsədi parlamentariləri
oktyabrın 11-də və
17-də gecə saatlarında
cəbhə zonasından
kənarda yerləşən,
Azərbaycanın ikinci
böyük şəhəri
Gəncənin ayrı-ayrı
məkanlarında Ermənistan
silahlı qüvvələrinin
raket hücumlarının
səbəb olduğu
cinayət izləri ilə tanış
etməkdir.
Ermənistanın hərbi cinayətləri
ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı
Ermənistanın silahlı
qüvvələri beynəlxalq
hüququn norma və prinsiplərini,
1949-cu il Cenevrə Konvensiyalarını və
onların Əlavə
Protokollarını, habelə
özlərinin israrlı
xahişləri əsasında
Moskvada keçirilmiş
görüşün yekunu
olaraq, razılaşdırılmış
humanitar atəşkəs
rejiminin tələblərini
pozaraq Azərbaycanın
dinc əhalisini qəsdən hədəfə
almaqla yaşayış
məntəqələrini ağır
artilleriyadan atəşə
tutub.
Ermənistan ordusunun oktyabrın 11-də
Gəncədə törətdiyi
müharibə cinayəti
nəticəsində 5-i qadın
olmaqla 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı
olmaqla, 34 nəfər
yaralanıb. Belə müharibə
cinayətlərindən sonuncusu
oktyabrın 17-də törədilib.
Gəncənin mərkəzi
hissəsinin raket atəşinə tutulması
nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə,
nəqliyyat vasitələrinə
külli miqdarda ziyan dəyib.
Qeyd olunub
ki, əhalinin sıx yaşadığı
ərazilərə "Toçka-U",
"Smerç", "Skad"
və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi
çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.
Baxmayaraq ki, dinc vətəndaşların
məqsədyönlü şəkildə
hədəfə alınması
insanlığa qarşı
cinayətdir, Ermənistan
beynəlxalq hüquqa
məhəl qoymadan müharibə cinayətlərini
davam etdirib. Həmin günlərdə
atəşkəs çağırışı
edənlər, dünya
dövlətləri isə
bunu uzaqdan seyr etməklə kifayətlənib.
İtaliya Senatının üzvü,
İtaliya-Azərbaycan Dostluq
Assosiasiyası rəhbərinin
müavini Maria Rizotti bildirib ki, İtaliyanın müxtəlif siyasi qüvvələrini təmsil
edən parlament nümayəndələrinin Gəncə
şəhərinə səfərinin
başlıca məqsədi
30 il sürən müharibənin ağrılı nəticələrini
görmək və günahsız insanların
həlak olduğu bu məkanı ziyarət etməkdir.
"Əlbəttə, bu
gördüklərimiz müharibənin
çox ağrılı
nəticəsidir. Burada
günahsız insanlar
və uşaqlar həlak olub. Lakin biz çox
məmnunuq ki, Azərbaycanın artıq
beynəlxalq hüquq tərəfindən tanınan
sərhədləri bərpa
olunub. İndi isə bu məsələnin
daha bir çətin mərhələsi
başlayır. Belə
ki, insanları vaxtilə yaşadıqları
yerlərə qaytarmaq
üçün bütün
bu ərazilərdə
bərpa işlərinə
başlanılır. "Azərbaycan-İtaliya
dostluq əlaqələrinə
əsaslanaraq deyə bilərəm ki, müharibə nəticəsində
ölkənin ziyan çəkmiş ərazilərinin
dirçəldilməsində biz də öz
dəstəyimizi göstərəcəyik",
- o qeyd edib.
Nümayəndə heyəti erməni faşizminin izləri ilə tanış olub, düşmənin raket hücumu nəticəsində doğmalarını,
ailə üzvlərini
və yaxın qohumlarını itirənlərin
faciələrini dinləyiblər.
Qeyd edək ki, İtaliya parlamentinin nümayəndələri
bu gün Ağdam rayonuna səfər edəcək,
işğaldan azad edilmiş əraizlərdəki
vəziyyətlə yerində
tanış olacaqlar.
Yeni Azərbaycan.-
2021.- 8 dekabr.- S.4.